3500 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

Böyük Mühasib VakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Qarabağ Taxıl MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Ruslan bəy
  • E-mail: crops.info@saba.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək
– Dövlət orqanları və idarəetmə üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını müəssisədə və təsisçisi olduğu digər törəmə müəssisələrdə təşkil etmək
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinənəzarət etmək
– Əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək
– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək
– İş şəraiti:
– İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
– İstirahət: Bazar günü;

Baş Mühasib üçün tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– Ümumilikdə 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur
– 1C Proqram təminatında işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli
– Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək
– İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır

CV-lərinizi crops.info@saba.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Baş Mühasib Vakansiya

Vakansiya: Baş Mühasib – Bioloji Təbabət Klinikası

vakansiya baş mühasibVakansiya: Baş Mühasib.

İşəgötürən: Bioloji Təbabət Klinikası.

  • Şəhər: Bakı
  • Yaş: 27 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@btk.az / info@finstaff.az

Vakansiya barədə məlumat

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi.
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi.
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi.
  • DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim edilməsi.
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili və nəzarət edilməsi.
  • İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
  • İstirahət: Bazar günü;

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

Namizədə tələblər

  • Təhsil: Ali (Mühasibat uçotu və audit, İqdisadiyyat, Menecment və Maliyyə ixtisasları)
  • Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə)
  • Azərbaycan dilində sərbəst, rus dilində yaxşı ünsiyyət qurma bacarığı.
  • MS Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə)
  • ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir.
  • Komanda ilə işləmə qabiliyyəti.
  • Operativlik, məsuliyyətlilik.
  • Analitik düşünmə, analiz etmə, diqqətlilik.
  • Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti.
  • Ədalətlilik və düzgünlük.

Son müraciət tarixi: 23.11.2019

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzü hissəsində Baş mühasib qeyd edərək CV-nizi hr@btk.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Baş Mühasib Vakansiya

Şirkətin balansında olmayan avtomobillərin yanacaq xərci gəlirdən çıxıla bilər?

posted in: sual-cavab, Xəbər | 0

Şirkətin balansında olmayan avtomobillərin yanacaq xərci gəlirdən çıxıla bilər?


Sual:

Balansında yük maşını olmayan, yükdaşıma xidməti göstərən firma daşımaya cəlb etdiyi maşınlara yanacaq verə bilərmi? Əgər verə bilərsə hansı sənədlərə əsasən yanacaq hesablanmalıdır?

Cavab:

Bildiririk ki, müraciətinizdə qeyd olunan halda tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən asılı olaraq müəssisə həmin şəxsləri yanacaqla təmin edə bilər. Qeyd olunan xərclər bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğu halda yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar çəkilən yanacaq xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bu zaman rezident fiziki şəxs yanacağın sərfiyyatına dair işin icrası haqqında məlumatı (haradan haraya), getdiyi yürüşü (km.) və s. əks etdirən müvafiq təsdiqedici sənədləri müəssisəyə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yanacaq xərci

Vəzifə dəyişiklikləri zamanı prosedurlar

posted in: Xəbər | 0

Vəzifə dəyişiklikləri zamanı prosedurlar

Təcrübədə işçilərin vəzifə dəyişikliyi ilə bağlı müxtəlif hallara təsadüf olunur. Məsələn, əmək məzuniyyətində olan işçinin vəzifəsini yüksək vəzifəyə dəyişmək lazım gəlir. Buna qanun yol verirmi? Prosedurlar necə həyata keçirilməlidir? Suallara sərbəst auditor Altay Cəfərov cavab verir.

Məsələyə dərindən yanaşmaq üçün Əmək Məcəlləsinin bir neçə maddəsinə nəzər yetirək və onları bir-biri ilə əlaqələndirməyə çalışaq. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə əmək şəraitinin təmin edilməsi zamanı işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən bu əmək şəraitlərini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi. 56-cı maddə isə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqındadır.

İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

59-cu maddədə başqa işə keçirmə zamanı işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Maddə 79 əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halları təsbit edir.

İşəgötürən tərəfindən məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Bu maddələr qoyulan sualın cavabını tam verir: məzuniyyətdə olan işçinin əmək müqavilənin işəgötürən tərəfindən ləğv olunması qadağandır.

Bundan əlavə, işçinin vəzifəsi 54-cü maddəyə əsasən əmək şəraitinə aid olan məsələdir. İşçini başqa işə keçirmək üçün hökmən işçinin razılığı olmalıdır və əmək müqaviləsinə əlavələr olmalıdır və ya yeni müqavilə bağlanılmalıdır (baxmayaraq ki, daha yüksək vəzifəyə dəyişdirilir).

Məzuniyyətdə olan işçinin başqa işə keçirilməsi ilə bağlı məcəllədə konkret məhdudiyyətə rast gəlinmir. Amma qeyd olunduğu kimi işçi razı olmalıdır, yeni müqavilə bağlanmalıdır və ya yeni müqavilə hər iki tərəfdən imzalanmalıdır.

Onda burada belə sual da meydana çıxır ki, yeni vəzifə yeni əməkhaqqı, yeni funksiyalar və yeni öhdəliklər deməkdir və məzuniyyətdə olan işçi bu öhdəlikləri necə yerinə yetirə bilər?

Görünür ki, belə bir addım praktiki cəhətdən mümkün deyildir. Adətən, işçi məzuniyyətdən qayıtmalı və dəyişiklik bundan sonra olmalıdır. Yaxşı olardı ki, siz dəyişikliyi işçi məzuniyyətdən qayıdandan sonra edəsiniz, yəni məzuniyyət işçinin istirahəti deməkdir və işçi tam istehsaltdan ayrılmalıdır.

Bu məlumatlar ƏƏSMN-nin bildiriş bazasına da əmək müqaviləsinə əlavələrin imzalanmasından sonra dəyişiklik kimi daxil edilməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vəzifə