ƏDV ödəyicisi olan və olmayan şirkətlər arasında ƏDV əməliyyatları necə aparılır?

posted in: Vergi, Xəbər | 0

ƏDV ödəyicisi olan və olmayan şirkətlər arasında ƏDV əməliyyatları necə aparılır?

Vergilər Nazirliyinin bu sualla bağlı açıqlamasında bildirilir ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda əlavə dəyər vergisinin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən əlavə dəyər vergisinin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə əlavə dəyər vergisinin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Sualda qeyd olunan halda, malları təqdim edən şirkət malların dəyərinə 18 faiz əlavə dəyər vergisi hesablamaqla təqdim edir. ƏDV ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə elektron qaimə-faktura, yaxud qəbz və ya çek verilə bilər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV ödəyicisi, ƏDV əməliyyatları

Korporativ kreditlərin təhlili üzrə təcrübəçi tələb olunur

Korporativ kreditlərin təhlili üzrə təcrübəçi, Azərbaycan Beynəlxalq Bankı, Korporativ kreditlərAzərbaycan Beynəlxalq Bankı ASC Korporativ kreditlərin təhlili üzrə təcrübəçi (Corporate credit analyst intern) axtarışındadır.(Korporativ kreditlər)

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
  • Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
  • Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Vakant vəzifə üzrə tələblər:

  • Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
  • CFA üzrə müəyyən bilgilərə sahib olmaq;
  • Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
  • Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20 noyabr 2019-cu il tarixinədək cv@ibar.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Corporate credit analyst intern” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: ibar.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Korporativ kreditlərin təhlili üzrə təcrübəçi, Azərbaycan Beynəlxalq Bankı, Korporativ kreditlər

Fərdi fahibkar asan imza olmadan MDSS hesabatı göndərə bilər?

posted in: Xəbər | 0

Fərdi fahibkar asan imza olmadan MDSS hesabatı göndərə bilər?

Asan İmza MDSS hesabatı

 

Sual: Fərdi fahibkar asan imza olmadan internet vergi idarəsinden kod-parol ilə daxil olub rüblük DSMF üzrə bəyannaməsini təsdiq edib göndərə bilərmi?

Cavab: Bildiririk ki, muzdlu işçisi olmayan fərdi sahibkarlar “Məcburi dövlət sosial sığortası haqqı” hesabatını istifadəçi kodu, parol və şifrə vasitəsilə onlayn qaydada təqdim edə bilərlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
MDSS hesabatı, Asan imza

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı vergi öhdəliyi

posted in: Xəbər | 0

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı vergi öhdəliyi

vergi öhdəliyi

Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə 14 gün üçün işəgötürənlər öz vəsaiti hesabına ödənc həyata keçirdiyi halda, həmin ödəncdən gəlir vergisini tutaraq, müvafiq qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar.

Vergilər Nazirliyinin açıqlamasına əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gündən artıq olan günlər üçün ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən, fond tərəfindən həmin ödənişlər üzrə gəlir vergisi hesablanmalı, hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməli və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Göründüyü kimi, işçiyə xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hər ay üzrə hesablanaraq ödənilən müavinətlər muzdla işləyən işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə aid edilməli və işçinin həmin aylardakı aylıq gəlirinin ümumi məbləğindən hər bir ay üzrə (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanaraq ödənilən müavinətlər də daxil olmaqla) ayrılıqda Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ uyğun olaraq Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt və azadolmalar nəzərə alınmaqla işəgötürən tərəfindən ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulmalı, müvafiq qaydada bəyan edilməklə növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməlidir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə əməkhaqqının hesablanması barədə daha ətraflı məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumatı isə Vergilər Nazirliyinin (195-1) nömrəli Çağrı Mərkəzinə müraciət etməklə əldə edə bilərsiniz.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi öhdəliyi