Daha çox8
Daha çox8

Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyində kadr və struktur dəyişiklikləri olub

Büdcə Məlumat İdarəetmə SistemiMaliyyə Nazirliyində Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzi yaradılıb.

Mərkəzə rəhbərlik İlham Kərimova həvalə olunub.

Bundan başqa, Nazirliyin Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov qurumun aparat rəhbərinin müavini təyin edilib. O, eyni vaxtda iki vəzifə daşıyacaq.

Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyə şöbəsinin müdiri Xaqani Rzayev isə Nazirlik yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunub.

Adı çəkilən şöbənin əvəzində isə 2 yeni şöbə yaradılıb. Bunlardan biri Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsidir ki, ona müdir Cavid Məmmədov təyin edilib. Digər yeni şöbə isə Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsidir ki, onun müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Zakir Hacıyevə həvalə olunub.

Həmçinin Nazirliyin hərbi qurumların və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin müdiri dəyişib. İndiyə qədər şöbəyə rəhbərlik edən Rafiq Hüseynovu Etibar Kərimov əvəz edib.

Bundan başqa, Nazirliyin Ümumi şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şahin Qarayevə həvalə olunub. O, bu vəzifədə bir qədər əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilmiş Lalə Həsənovanı əvəzləyib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
 

Maliyyə departamentinə “İstehsalatın planlanması üzrə təcrübəçi-mütəxəssis” tələb olunur

vakansiya,İstehsalatın planlanması, mütəxəssis, təcrübəçi,Vəzifənin adı: Maliyyə departamenti, Planlaşdırma və Kod mərkəzi şöbəsi, Təcrübəçi-mütəxəssis.

Vəzifə öhdəlikləri:

• Material hərəkətinin izlənilməsi;
• Satınalma tələblərinin hazırlanması;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi.

Təhsil/Təcrübə:

• Maliyyə, Mühasibatlıq və ya Riyaziyyat sahəsində ali təhsil;
• MS Office, Excel – üstün səviyyədə;
• Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;
• Komanda ilə işləmək bacarığı;
• Stressə davamlı;
• Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• İş saatı: 9:00-18:00
• İş qrafiki: I-V günlər
• İş yeri: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalatın planlaması üzrə təcrübəçi-mütəxəssis” yazaraq cv@stp.az / info@finstaff.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: jobsearch.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda eyni vergi cinayətini 2-ci dəfə törətmiş şəxs həbs edilib

posted in: Vergi, Xəbər | 0

Bakıda saxta aksiz markalı, eləcə də aksiz markası olmayan spirtli içkilərin və tütün məmulatlarının satış məqsədi ilə saxlanılması halları aşkar edilib. Bu barədə Vergilər Nazirliyindən bildirilib. (vergi cinayəti)

Məlumata görə, Nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin həyata keçirdiyi operativ vergi nəzarəti tədbiri zamanı paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsinin M.Seyidov küçəsində yerləşən, fiziki şəxs Ağayev Davud Tofiq oğluna məxsus ərzaq mağazasında 412 ədəd saxta saxta aksiz markalı, eləcə də 20 ədəd aksiz markasız spirtli içki və 978 qutu aksiz markasız tütün məmulatı aşkar olunub. Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs bundan əvvəl də eyni cinayət əməlini törədib. Belə ki, D.Ağayevə məxsus eyni təsərrüfat subyektində bu ilin iyul ayında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 268 ədəd aksiz markasız müxtəlif çeşidli spirtli içkilər, 18 326 qutu tütün məmulatı, 14 ədəd saxta aksiz markalı spirtli içki, 105 ədəd aksiz markası ilə markalanmalı olan spirtli içkilərin nağd qaydada alınması aşkar olunub, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işi çərçivəsində istintaq hələ davam edir.

Beləliklə, iyul ayında başlanmış cinayət işinin istintaqının aparıldığı müddət ərzində eyni cinayət əməllərini təkrarən törətmiş D.Ağayev 18.10.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2019-cu il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və saxta aksizli malların satışı qanunvericiliklə qadağandır. Vergilər Nazirliyi belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək”, – deyə qurum bəyan edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi cinayəti

On beş yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilərmi?

posted in: Xəbər | 0

          On beş yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilərmi? emek

əmək müqaviləsi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatında bildirilib ki, 15 yaşına çatmamış şəxslər əmək müqaviləsinin tərəfi ola bilməz. Belə müqavilələrin elektron sistemdə qeydiyyatı və rəsmiləşdirilməsi də qeyri-mümkündür. E-sistem belə müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı bildirişləri heç bir halda qeydiyyat üçün qəbul etmir.

Bakı şəhərinin Yasamal rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirilmiş maarifləndirici tədbirdə vurğulanıb ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan işçilərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Bu təminatlar həmin şəxslərin əmək vərdişləri, əmək stajının az olması, fizioloji vəziyyəti ilə bağlı amillərin olması ilə əlaqədardır. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu da iştirakçıların diqqətinə çatdırılıb.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək müqaviləsi emek
error: Content is protected !!