Daha çox8
Daha çox8

Turagentlər və onların vergitutma obyektləri

posted in: Vergi, Xəbər | 0

Turagentlər, vergitutma obyektləriVergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Bu şərtlərlə bağlı Vergilər Nazirliyinin şərhində bildirilir ki, aviabilet və tur-paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Aviabilet və tur-paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.

Aviabilet və tur-paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur-paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur-paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Turagentlər, vergitutma obyektləri

Azərbaycan Mərkəzi Bankı elektron ticarətin vergidən azad edilməsi ilə bağlı təkliflər hazırlayıb

posted in: Bank, Vergi, Xəbər | 0

“Azərbaycan Mərkəzi Bankı (AMB) elektron ticarətə tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) mənfi təsiri ilə bağlı Vergilər Nazirliyi ilə danışıqlar aparır”.

Bunu jurnalistlərə açıqlamasında AMB sədrinin I müavini Alim Quliyev deyib.

“Bu məsələ ilə bağlı təkliflərimiz var. Nağdsız cəmiyyətin inkişafı, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması baxımından vergi inzibatçılığının müasirləşdirilməsi çox mühüm məsələdir. Son illər nazirlik bu istiqamətdə bir sıra islahatlar həyata keçirir. ƏDV-nin elektron ticarətə əngəl olması məsələsi daima gündəmdədir. Yəni, növbəti mərhələlərdə bu məsələyə baxılacaq və müvafiq addımlar atılacaq”, – o qeyd edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergidən azad

Vakansiya: Maliyyə mütəxəssisi – AzTrade

Vakansiya Mühasib, maliyyə mütəxəssisiVakansiya: Maliyyə mütəxəssisi.

İşəgötürən: AzTrade.

  • Şəhər: Bakı
  • Yaş: 30 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Şəbnəm xanım.
  • Telefon: (012) 514-88-86
  • E-mail: hr@aztrade.az / info@finstaff.az
  • Əmək haqqı: 800 – 1000 AZN.

İş barədə məlumat

– 1C proqramında müəssisənin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanması

– Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi

– Gəlir və Xərclərin, şirkət aktivlərinin dövr ərzində hərəkətinə nəzarət etmək və doğruluğuna əmin olmaq

– Büdcənin formalaşdırılması, tətbiqi və yoxlanılması

– Maliyyə transaksiyaların dəqiqliklə və periodik qeydiyyatına nəzarət

– Rüblük maliyyə analizlərinin aparılması və potensial maliyyə boşluqlarının/variansların aradan qaldırılması

– İş qrafiki: 5 günlük, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)

– Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi

– ACCA sertifikatı olanlara üstünlük veriləcəkdir

– MS Office – Excel və 1C proqramlarını mükəmməl bilməli

– Rus və İngilis dilini bilənlərə üstünlük veriləcəkdir

– P&L, Cash Flow hesabatlarını apara bilən

– Komanda ilə işləyə bilmə bacarığı

– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

Müraciət qaydaları:CV –ni hr@aztrade.az / info@finstaff.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Maliyyə mütəxəssisi yazmaqla müraciət edilir.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövriyyələrin şəffaflaşması prosesi sürətlə davam edir

posted in: Vergi, Xəbər | 0

Dövriyyələrin şəffaflaşması prosesi sürətlə davam edir

vergilər, Dövriyyələrin şəffaflaşması“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznes sektorunda dövriyyələrin leqallaşdırılması istiqamətində əldə olunmuş müsbət nəticələr 2019-cu ildə də ardıcıl xarakter alıb. İqtisadiyyatda və vergi sistemində şəffaflaşma proseslərinin sürətlə davam etməsi qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artmasına səbəb olub.

Cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda dövriyyənin nominal artım tempi 8,9 faiz təşkil edərək, bu sektorda ÜDM-in nominal artım tempini üstələyib. Regionlar üzrə bəyan edilmiş dövriyyələrin həcmi 11,9 faiz artıb. Qeyri-neft sektorunda əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin artım tempi 12,8 faiz, o cümlədən regionlar üzrə 27,9 faiz təşkil edib.

Qeyri-neft sektorunda dövriyyələrin ən yüksək artım tempi ticarətdə (24,2 faiz), o cümlədən pərakəndə ticarətdə (36,2 faiz) və topdansatış ticarətdə (15,8 faiz), ictimai iaşədə (21,6 faiz) və qeyri-neft istehsalı sahəsində (18,1 faiz) müşahidə olunub.

Əlavə dəyər vergisinə cəlb olunan dövriyyələrin həcmi ticarətdə 33 faiz, o cümlədən pərakəndə ticarətdə 41,5 faiz və topdansatış ticarətdə 27,6 faiz, xidmət sahəsində 14,1 faiz, o cümlədən ictimai iaşədə 19 faiz, kənd təsərrüfatında 15,8 faiz artıb.

Qeyri-neft sektorunun ümumi dövriyyəsində elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 55,2 faizdən 63,3 faizə yüksəlib, elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin həcmi isə 24,9 faiz artıb.


Bax: Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə arayışın verilməsi

Cəmi dövriyyədə elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi qeyri-neft sənayesində 69,7 faizdən 84,4 faizə, ticarətdə 48,2 faizdən 55,8 faizə (o cümlədən topdansatış ticarətdə 66,2 faizdən 81,6 faizə), tikintidə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri istisna olunmaqla) 83,9 faizdən 88,9 faizə, kənd təsərrüfatında 50,7 faizdən 91,8 faizə, digər fəaliyyət sahələrində isə 63,9 faizdən 83,9 faizə yüksəlib.

Elektron qaimə-fakturalar ilə rəsmiləşən dövriyyələrdə ən yüksək artım kənd təsərrüfatında (1,9 dəfə), ticarətdə (43,8 faiz), o cümlədən pərakəndə ticarətdə (48 faiz) və topdansatış ticarətdə (42,7 faiz), qeyri-neft istehsal sahəsində (31,1 faiz), xidmətdə (neft-qaz sektoruna xidmət edən vergi ödəyiciləri nəzərə alınmadan – 20,1 faiz), o cümlədən ictimai iaşədə (28,6 faiz), rabitədə (21,1 faiz) və digər fəaliyyət sahələrində (19,4 faiz) qeydə alınıb.

Bütün bunlar qeyri-neft sektorunda həyata keçirilən əqdlərin elektron sənədləşməsi səviyyəsinin yüksəldiyini və nəticə etibarilə dövriyyələrin vergidən yayındırılması hallarının miqyasının azaldığını göstərir. Bu proseslərin təsiri nəticəsində bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərin həcminin azaldığı, özəl sektor müəssisələrinin banklardakı cari hesablaşma hesablarının qalığında (milli valyutada) yüksək artım dinamikası müşahidə olunur. Bu da bank sektorundan keçən dövriyyələrin həcminin artaraq şəffaflaşmasını təsdiq edir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
error: Content is protected !!