Doqquz ayda paytaxt üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əmək haqqı artıb

posted in: Xəbər | 0

orta aylıq nominal əmək haqqıƏmək haqlarının, iş yerlərinin və dövriyyələrin artırılması istiqamətində ölkə üzrə həyata keçirilən islahatlar müsbət bəhrəsini verməkdədir. orta aylıq nominal əmək haqqı

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 min 876 nəfər artaraq 773 min 647 nəfər təşkil edib. İdarənin hesabatına əsasən, 8 ayda əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əmək haqqı da yüksəlib. Belə ki, orta aylıq nominal əməkhaqqı 4,4 faiz artaraq 822,2 manat olub.

Paralel olaraq paytaxtın ictimai iaşə dövriyyəsində də ciddi artım müşahidə olunub. Belə ki, Bu ilin yanvar-sentyabr aylarında paytaxtın ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 755,6 milyon manat olub. Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 46,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 53,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 350,1 milyon manat təşkil edib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
orta aylıq nominal əmək haqqı

Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0

Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

ƏDV EDV

Həm komisyon, həm də agent qaydasında aparılan əməliyyatlar üzrə ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən tənzimlənir. İqtisadçı ekspert Anar Bayramov bu maddədə diqqət yetirilməli olan məqamları şərh edir.

Tutaq ki, “A” MMC 10.000 manatlıq malları agent qaydada “S” MMC vasitəsilə təqdim edir və bu zaman həmin əməliyyatlar ƏDV-yə cəlb edilir. Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar ( mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Agent Əlavə Dəyər Vergisi üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə elektron vergi hesab-fakturası verir. Elektron vergi hesab-fakturası ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏLavə Dəyər Vergisini əvəzləşdirmək hüququ verir.

İzah: Misalı davam etdirək. Tutaq ki, həmin 10.000 manatlıq satışa görə 15 faiz haqq ödənilməlidir. Bu zaman 1.500 manat (10.000 manat * 15 faiz) “A” MMC-nin gəlirindən çıxılan xərcinə aid edilir. Həmçinin, “S” MMC ƏDV ödəyicisi olduğu halda, 1.500 manatlıq haqq üçün vergi hesab-fakturası təqdim etməlidir. “A” MMC həmin xidmət haqqına hesablanan ƏDV məbləğinin 324 manatını (1.800 manat * 18 faiz) qaydalara uyğun ödədiyi halda əvəzləşdirə bilər.

Digər şəxs tərəfindən agentə verilmiş malların (işlərin, xidmətlərin) dəyərinə Əlavə Dəyər Vergisi daxil edilib-edilməməsindən asılı olmayaraq, agent malların (işlərin, xidmətlərin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturası verə bilməz.

Bu maddəyə əsasən, “S” MMC agent qaydada aldığı malları başqa vergi ödəyicisinə satdığı halda, ona vergi hesab-fakturası verə bilməz.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV

Rusiyada yeni nazirliklər mühasibatlıq olmadan keçinə biləcəklər

posted in: muhasibat, Xəbər | 0

Yeni nazirliklər mühasibatlıq olmadan keçinə biləcəklər

Maarif nazirliyi və Elm və ali təhsil nazirliyi öz fəaliyyətlərinin mühasibat uçotunu aparmayacaqlar. Bu iki idarə bu funksiyaları Federal xəzinədarlığa verəcək ilk federal nazirliklər olacaq. Bu haqda Rusiya  hökumətinin qərar layihəsinə istinadla “Kommersant” nəşri məlumat verib.

Elm və maarif nazirlikləri özlərinin qeyri-profil fəaliyyət göstərmək səlahiyyətlərini xəzinədarlığa verəcəklər. Yeniliklər bir il ərzində qüvvəyə minməlidir. Xüsusilə, xəzinədarlıq nazirliklərdə büdcə uçotu və büdcə hesabatlarının formalaşdırılması, əmək haqlarının hesablanması və ödənilməsi, eləcə də büdcəyə digər ödənişlər və onlarla bağlı məcburi ödənişlərin aparılmasını həyata keçirəcək.

İlk və hələ ki, mühasibat funksiyalarını xəzinədarlığa verən yeganə dövlət orqanı Rosakkreditləşmə oldu. Bu pilot layihə 2018-ci ilin əvvəlində başlamışdır. Bir il ərzində bir neçə federal qurum da ona qoşulmalıdır. Hesab edilir ki, bu qərar icarə ödənişlərinə qənaət etməyə və əməkdaşların sayının optimallaşdırılmasına, səmərəliliyin artırılmasına, həmçinin korrupsiyanın azalmasına gətirib çıxarmalıdır.

May ayında Rusiyanın baş naziri Dmitri Medvedyev prezident Putinə təhsil və elm nazirliklərini iki idarəyə bölməyi təklif edib. Onlardan birinə – Maarif nazirliyinə məktəb, məktəbəqədər təhsil və pedaqoji təhsil müəsisələri, digərinə isə elm və ali təhsil nazirliyinə – bütün digər ali təhsil və elm sahələri düşməlidir. Birinci quruma sabiq təhsil və elm naziri Olqa Vasilyeva, ikinciyə isə elmi təşkilatların federal agentliyinin sabiq rəhbəri Mixail Kotyukov rəhbərlik edəcək.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasibatlıq

Mühasib vəzifəsi üzrə vakansiya elan olunur

Mühasib VakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Royal Foods Ltd

  • Şəhər: Bakı
  • Yaş: 28 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Rəna Məmmədova
  • Telefon: (012) 562-57-70 / (055) 400-81-97
  • E-mail: info@royalfoods.az / info@finstaff.az

 

Vakansiya barədə məlumat

– İş qrafiki : həftənin 5 günü saat 09:00-dan 18:00-dək
– Həftənin 6-cı günü qisa iş günü
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə- təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edilməsi
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edilməsi
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətin aparılması
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi
– Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarətin aparılması
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi
– Şirkətin mühasibat uçotunun sərbəst şəkildə aparılması

Mühasib üçün tələblər

– Müvafiq sahə üzrə ali təhsil
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Vergi, əmək qanunvericilikləri üzrə tam məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal- materialların uçotunun yüksək şəkildə aparılması
– Balansın çıxarılması

Mənbə: kadr.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib