İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?

posted in: Vergi, Xəbər | 0

İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?

“Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən kompensasiya xarakterli ödənişlər (o cümlədən də işçinin xərclərini kompensasiya edən ezamiyyə xərcləri) nağdsız qaydada ödənilməlidir.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, qaydalara əsəsən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər ezamiyyə xərclərini nağd şəkildə ödəyə bilərlər. Qeyd edilən dövriyyəni keçən vergi ödəyiciləri isə ezamiyyə xərclərini nağd şəkildə ödəsələr, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasına məruz qala bilərlər.

Misal: Tutaq ki, dövriyyəsi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan yuxarı olan vergi ödəyicisi müxtəlif dövrlərdə işçilərə cəmi 4.000 manat ezamiyyə haqqını nağd şəkildə ödəyib. Bu hal vergi nəzarəti tədbirləri nəticəsində müəyyən olunarsa, vergi ödəyicisinə 400 manat (4.000 x 10%), təqvim ili ərzində 2 və 3 və daha çox hallarda müvafiq olaraq 800 manat (4.000 x 20%) və 1.600 manat (4.000 x 40%) həcmində maliyyə sanksiyası tətbiq olunacaq.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ezamiyyə haqqı

Vergilər Nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

                         Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edəcək vergilər naziri

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov noyabrın 14-də Xaçmaz şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: H.Əliyev prospekti) Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 6-12 noyabr 2019-cu il tarixlərində 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Xaçmaz, Quba, Qusar və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər naziri

Vakansiya: Mühasib operator – Qoç ət MMC

mühasib operator vakansiyaVakansiya: Mühasib operator.

İşəgötürən: Qoç ət MMC.

  • Şəhər: Bakı
  • Yaş: 22 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Cəfərzadə Günel Qalib qızı
  • Telefon: (055) 525-14-45
  • E-mail: hr@qocet.az / info@finstaff.az
  • Əmək haqqı: 500 – 600 AZN

 

İş barədə məlumat

– Qaimə-fakturaların proqrama işlənməsi

– Kassa mədaxil-məxaric orderlərinin yazılması

– Qiymətlərə nəzarət

– Üzləşmələrin gündəlik və dəqiq yerinə yetirilməsi

– Əmək haqqının hesablanması

– müdriyətin əlavə tapşırıqlarını yerinə yetirmək.

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

-Həftədə 6 iş günü ( 9:00-dan-18:00-a dək )

-Nahar şirkət tərəfindən verilir

Namizədə tələblər

– 1 C,Akinsoft proqramlarından hər hansı birində işləməyi bacarmalı

– Ofis proqamlarını bilməli-MS office (Word,Excel,Outlook)

– Problem həll etmək bacarığına malik

– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

– Ünsiyyətqurma və komandada işləmək bacarığı

– Analitik təhlil və operativlik bacarığı

– 22-40 yaş arası

CV-lərinizi hr@qocet.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib operator, vakansiya

Excel-də ROUND funksiyası – yuvarlaqlaşdırma

posted in: Excel, Xəbər | 0

Excel-də ROUND funksiyası – yuvarlaqlaşdırma.

Yuvarlaqlaşdırma əməliyyatı ilə hamımız tanışıq. Ümumi qaydaya əsasən, əgər yuvarlaqlaşdırılan rəqəm 5 və ya daha böyükdürsə, o zaman yuvarlaqlaşdırma 10-a, 5-dən aşağı isə 0-a tamamlanır. Misal üçün, 2,34 ədədi onluq dərəcəsinə yuvarlaqlaşdırılsa, 2,3 olacaq, çünki yüzlük dərəcəsindəki rəqəm 4-dür, yəni 5-dən aşağıdır. 2,36 isə 2,4 olacaq, çünki 6 5-dən böyükdür.

Excel-də yuvarlaqlaşdırma əməliyyatı əsasən ROUND funksiyası ilə həyata keçirilir və yazılış qaydası belədir:

=ROUND(number;num_digits)

Number: Yuvarlaqlaşdırmaq istədiyimiz ədəd

Num_digits: Yuvarlaqlaşdırılan dərəcə (onluq-1, yüzlük-2, minlik-3 və s.)

Misalımıza nəzər yetirək.

ROUND function - 1

Yuvarlaqlaşdırma istədiyimiz ədəd 2,348546, dərəcəsi isə minlik olsun. 3 rəqəmi bizə vergüldən sonra 3 rəqəm qalacağını bildirir. Funksiyamızı çalışdırdığımız zaman Excel ədədimizi alıb, vergüldən sonra 3 rəqəm qalacaq şəkildə yuvarlaqlaşdıracaq.

ROUND function - 2

Nəticə 2,349 olacaq. 8-dən sonra 5 olduğu üçün, 8 rəqəmi 9-a çevrildi.

Num_digits mənfi rəqəm də ola bilər. Belə olan halda, yuvarlaqlaşdırma vergüldən sola doğru gedəcək. Gəlin ədədi böyüdək və mənfi rəqəm ilə yuvarlaqlaşdırmağa çalışaq.

ROUND function - 3

Gördüyünüz kimi, num_digits mənfi rəqəm olduğu üçün, yuvarlaqlaşdırma əməliyyatı sola doğru işləmiş oldu. 115 ədədi onluq dərəcəsində yuvarlaqlaşdırıldı və 120 ədədi əldə edilmiş oldu.

Formulu özünüz yazıb, eksperiment apararaq daha yaxşı qavrama fürsətiniz olacaq. Həm mənfi, həm müsbət, həm də sıfır yazaraq nəticənin necə dəyişdiyini müşahidə edə bilərsiniz.

Uğurlar!

Müəllif: Elçin Xəlilov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ROUND funksiyası