» » » Vergilər Nazirinin müavini vətəndaşları qəbul edəcək

Vergilər Nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

                         Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edəcək vergilər naziri

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov noyabrın 14-də Xaçmaz şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: H.Əliyev prospekti) Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 6-12 noyabr 2019-cu il tarixlərində 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Xaçmaz, Quba, Qusar və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər naziri