Vergi ödəyicisinin öhdəliyi

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Vergi ödəyicisinin öhdəliyi

vergi

Sual:

Vergi ödəyicisinin vergidən azad edilmiş gəlirlərinin (xərclərinin) uçotunu aparmaq öhdəliyi varmı?

Cavab:

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin, o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Əsas: Vergi Məcəlləsi, 16.1.3-cü maddə

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vergi

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni elektron sistem hazırlanır

posted in: Xəbər | 0

Azərbaycanda daşınmaz əmlakın sığortası icbari olsa da, heç də bütün mənzillərin sığortalandığını demək olmaz. Yığılan sığorta haqlarının həcmi də bu sahədə ciddi problemlərin olduğunu göstərir. İcbari Sığorta Bürosunun məlumatına əsasən, ölkədə əmlakın sığortalanmasından illik cəmi 30 milyon manat sığorta haqqı toplanır. Bununla belə, gələn ildən bu sahədə ciddi dəyişikliklərin olacağı gözlənilir.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovun sözlərinə görə, bu sahədə elektronlaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası ilə inteqrasiya yaradılmalıdır. Bundan sonra hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu elektron qaydada müəyyən etmək mümkün olacaq: “Yaşayış yerləri ilə əlaqədar nəzarəti həyata keçirən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyətləri orqanlarıdır.

Artıq icra hakimiyyətlərinin sığortalı yaşayış yerini sığortasızdan ayıra bilmələri üçün fiziki olaraq yerində araşdırma aparmalarına ehtiyac qalmayacaq. İnformasiya sistemi vasitəsilə onlar öz ərazilərində olan hansı evin sığortalı olduğunu, hansı evin sığortasız olduğunu görə biləcəklər. Sığortasız əmlakın elektron qaydada cərimə edilməsi mümkün olacaq. Avtomobillər radarların altından keçəndə Daxili İşlər Nazirliyi öz elektron sistemi ilə hansı avtomobilin sığortasının olub-olmamasını müəyyən edə bildiyi kimi, əmlakın da sığortasının olub-olmadığını müəyyən etmək mümkün olacaq”.

Sığortalanmayan mənzillər 30 manat cərimə olunacaq. Bir neçə həftədən sonra həmin mənzil yenə də sığortalanmazsa, onun sahibi yenə cərimələnəcək. Hazırda daşınmaz əmlakın icbari sığortası Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər bölgələrdə isə 30 manatdır. Bunun müqabilində hər hansı hadisə baş verdikdə vətəndaşa dəyən ziyanın Bakıda 25 min manatı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 20 min manatı, digər bölgələrdə isə 15 min manatı sığorta şirkətləri tərəfindən ödənilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, bu məbləğlər çox kiçikdir: “Gələn ildən daşınmaz əmlakın icbari sığortası ilə bağlı qaydaların dəyişməsi planlaşdırılır ki, bu da sığorta hadisəsi zamanı vətəndaşlara daha çox vəsaitin ödənilməsini nəzərdə tutur. Təbii ki, bu bir tərəfdən sığortaya marağın artmasına, digər tərəfdən isə sığorta hadisəsi zamanı vətəndaşların sığorta şirkətindən daha çox pul almasına imkan verir. Təklif edilən dəyişikliklər pozitivdir.

Güman olunur ki, parlament dəyişiklikləri təsdiq etdikdən, dəyişikliklər qüvvəyə mindikdən sonra icbari sığortanın əhatə dairəsi genişlənəcək və daha çox vətəndaşımız bu sığorta növündən istifadə edəcək”.

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı digər problem isə sənədsiz evlərlə bağlıdır. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında 500 minə qədər sənədsiz evin olduğu ehtimal olunur. Rəşad Əhmədovun sözlərinə görə, bu evlərin sahibləri istəsələr belə, əmlaklarını sığorta etdirə bilməzlər: “Hazırda bu cür evlərlə bağlı ölkədə sənədləşmə prosesi sürətlə davam etdirilir. Hesab edirəm ki, bunun özü də əmlak sığortasının əhatə dairəsini genişləndirəcək”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
İcbari Sığorta daşınmaz əmlak

Vergilər Nazirliyi “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda səyyar vergi yoxlamasının keçirilməsi qaydası dəyişib. səyyar vergi yoxlaması

Vergilər Nazirliyinin Kollegiyası “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Dəyişiklik ödəmə mənbəyində tutulan vergilərin yoxlanılması ilə əlaqədardır.

Qüvvədə olan Qaydalara əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə  edilən ödənişlərdən verginin tutulması yoxlanılıb. Dəyişikliyə əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən (alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) istisna olunmaqla) verginin tutulması yoxlanacaq.

Dəyişiklik bu gündən – noyabrın 6-dan qüvvəyə minir.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Vergi Məcəlləsinə əsasən, aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs vergitutma məqsədləri üçün rezident sayılır:

– Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;

– təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:

– daimi yaşayış yeri;

– həyati mənafelərinin mərkəzi;

– adətən yaşadığı yer;

– Azərbaycan Respublikasının vətəndaşlığı.

– Vergi Məcəlləsinə 13.2.5.3-cü maddəsinə əsasən isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.

Azərbaycan Respublikasının qeyri-rezidentlərinə aşağıdakı şəxslər aid edilir:

– Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);

– Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);

– məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;

– Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Səyyar vergi yoxlaması

Xaricdən gələn minik avtomobilləri üçün yol vergisi

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir. yol vergisi

Yol vergisinin vergitutma obyektləri isə aşağıdakılardır:

  • AR ərazisinə daxil olan və tərk edən zaman yol vergisinə cəlb edilməli olan xarici dövlətlərin avtonəqliyyat vasitələri;
  • Azərbaycan Respublikası ərazisində istehsal edilib daxili istehlaka yönəldilən (topdan satılan) benzini, dizel yanacağı və maye qaz;
  • Azərbaycan Respublikası ərazisinə idxal edilən benzin, dizel yanacağı və maye qaz.

Yol vergisinin hesablanması və ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert Ramin Ramazanov bildirib ki, minik avtomobilləri üçün yol vergisinin hesablanma dərəcələrləri onların mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanır. Məsələn, tutaq ki, Ukrayna vətəndaşı özünə məxsus mühərrikin həcmi 1.800 kubsantimetrədək olan minik avtomobili ilə sentyabr ayının 15-də Azərbaycana gəlib və həmin ayın 25-də Azərbaycanı tərk edib.

Maşın ölkə ərazisində bir ayadək qaldığı üçün və mühərrik həcmi 2.000 kubsantimetrədək olduğundan onun ödəyəcəyi vergi məbləği 15 ABŞ dolları təşkil edib. Həmin şəxs Azərbaycanın gömrük sərhədini keçərkən gömrük orqanları tərəfindən ondan 15 ABŞ dolları məbləğində yol vergisi tutulur. Əgər mühərrikin həcmi 4.800 kubsantimetr olsaydı, o halda vergi məbləği 40 ABŞ dolları olacaqdı.

Qeyd edək ki, xaricdən gələn minik avtomobilləri üçün yol vergisinin hesablanması Vergi Məcəlləsinin 211.1.1.1-ci maddəsi ilə tənzimlənir. Məcəllədə müddətlər və mühərrikin həcmi dəqiq qeyd edilib:

Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2.000 kub santimetrədək olduqda Mühərrikin həcmi 2.000 kub santimetrdən 4.000 kub santimetrədək olduqda Mühərrikin həcmi 4.000 kub santimetrdən çox olduqda
1 aya qədər 15 dollar 20 dollar 40 dollar
3 aya qədər 30 dollar 40 dollar 60 dollar
1 ilə qədər 40 dollar 80 dollar 20 dollar
1 ildən yuxarı 40 dollar + 1 ildən artıq qalan hər gün üçün 0,5 dollar 80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 dollar 120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 dollar

R.Ramazanovun sözlərinə görə, Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün ölkə ərazisini tərk edən zaman burada artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği yuxarıda qeyd edilənlərə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilən yol vergisinin məbləği çıxılmaqla hesablanacaq.

Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən, kvotalar çərçivəsində mübadilə edilən “İcazə” blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq yol vergisinə cəlb edilirlər.

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkə ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yol vergisi