» » » Xaricdən gələn minik avtomobilləri üçün yol vergisi

Xaricdən gələn minik avtomobilləri üçün yol vergisi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir. yol vergisi

Yol vergisinin vergitutma obyektləri isə aşağıdakılardır:

  • AR ərazisinə daxil olan və tərk edən zaman yol vergisinə cəlb edilməli olan xarici dövlətlərin avtonəqliyyat vasitələri;
  • Azərbaycan Respublikası ərazisində istehsal edilib daxili istehlaka yönəldilən (topdan satılan) benzini, dizel yanacağı və maye qaz;
  • Azərbaycan Respublikası ərazisinə idxal edilən benzin, dizel yanacağı və maye qaz.

Yol vergisinin hesablanması və ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert Ramin Ramazanov bildirib ki, minik avtomobilləri üçün yol vergisinin hesablanma dərəcələrləri onların mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanır. Məsələn, tutaq ki, Ukrayna vətəndaşı özünə məxsus mühərrikin həcmi 1.800 kubsantimetrədək olan minik avtomobili ilə sentyabr ayının 15-də Azərbaycana gəlib və həmin ayın 25-də Azərbaycanı tərk edib.

Maşın ölkə ərazisində bir ayadək qaldığı üçün və mühərrik həcmi 2.000 kubsantimetrədək olduğundan onun ödəyəcəyi vergi məbləği 15 ABŞ dolları təşkil edib. Həmin şəxs Azərbaycanın gömrük sərhədini keçərkən gömrük orqanları tərəfindən ondan 15 ABŞ dolları məbləğində yol vergisi tutulur. Əgər mühərrikin həcmi 4.800 kubsantimetr olsaydı, o halda vergi məbləği 40 ABŞ dolları olacaqdı.

Qeyd edək ki, xaricdən gələn minik avtomobilləri üçün yol vergisinin hesablanması Vergi Məcəlləsinin 211.1.1.1-ci maddəsi ilə tənzimlənir. Məcəllədə müddətlər və mühərrikin həcmi dəqiq qeyd edilib:

Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2.000 kub santimetrədək olduqda Mühərrikin həcmi 2.000 kub santimetrdən 4.000 kub santimetrədək olduqda Mühərrikin həcmi 4.000 kub santimetrdən çox olduqda
1 aya qədər 15 dollar 20 dollar 40 dollar
3 aya qədər 30 dollar 40 dollar 60 dollar
1 ilə qədər 40 dollar 80 dollar 20 dollar
1 ildən yuxarı 40 dollar + 1 ildən artıq qalan hər gün üçün 0,5 dollar 80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 dollar 120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 dollar

R.Ramazanovun sözlərinə görə, Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün ölkə ərazisini tərk edən zaman burada artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği yuxarıda qeyd edilənlərə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilən yol vergisinin məbləği çıxılmaqla hesablanacaq.

Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən, kvotalar çərçivəsində mübadilə edilən “İcazə” blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq yol vergisinə cəlb edilirlər.

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkə ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yol vergisi