Gələn il qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir

posted in: Xəbər | 0

                           Gələn il qeyri-neft sektorunda əhəmiyyətli artım gözlənilir qeyri-neft sektoru

Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
qeyri-neft sektoru

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edib

posted in: Təcrübə, Xəbər | 0

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər: Təcrübə Proqramı

  • İqtisadiyyat, maliyyə, jurnalistika, informasiya texnologiyaları, dizayner

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti;
  • Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb proqramlaşma (PHP, MySQL, CSS, HTML 5,);
  • Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 26 noyabr 2019-cu il tarixinə kimi intern@ereforms.org ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Təcrübə Proqramı İİTKM

Vakansiya: Baş Mühasib tələb olunur

Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Palitro

Əmək haqqı: 1000 – 1500 AZN

  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Zərifə xanım
  • Telefon: (050) 265-94-73 / (012) 447-47-43
  • E-mail: hr@palitro.az / info@finstaff.az

 

Vakansiya barədə məlumat

– Təhtəl şəxslərlə hesablaşmaların uçotunun aparılması
– Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi
– Digər kreditor və debitorlar ilə hesablaşmaların uçotunun aparılması
– Mal-material uçotu
– Elektron vergi hesab-faktura, qaimə-faktrura, hesab-fakturaların işlənməsi
– Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyasının hesablanması və inventarizasiya aparılmasına nəzarət edilməsi
– İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması
– İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi
– Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
– İş saatı: 08:30-dan 18:00-dək
– İstirahət: Bazar günü

Baş Mühasib üçün tələblər

– Xanım namizəd
– Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat)
– Yaş həddi: 30-50
– Dil bilikləri: Azərbaycan və Rus dili
– Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilmək
– Beynəlxalq mühasibat uçotu standartları sahəsinədə sertifikasiyası olmalı
– Vergi qanunvericiliyini mükəmməl bilmək
– İşə planlı yanaşmaq bacarığı
– Yüksək ünsiyyət bacarığı
– Nitq mədəniyyəti
– Təmkinlilik, etibarlılıq, özünəinam
– Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı

CV-lərinizi foto ilə birlikdə hr@palitro.az / info@finstaff.az ünvanına Baş Mühasib başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Baş Mühasib

Mühasibat uçotunda səhvlərin düzəldilməsi

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotunda səhvlərin düzəldilməsi

Mühasibat uçotu qarşısında qoyulan tələblərdən biri də təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsidir. Mühasibat uçotunda və hesabatlarda keçmiş dövrlər üzrə buraxılmış səhvlər vaxtında aşkar edilib düzəldilməlidir. Mövzunu BSC konsalting şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir.

Mühasibat uçotundakı səhvlərin düzəldilməsi qaydası səhvin vaxtına və mahiyətinə bağlıdır. Mühasibat uçotunda səhvlərin mahiyyətini təşkilat özü müəyyənləşdirir. Səhvlər müxtəlif səbəblərdən baş verə bilər:

  • mühasibat uçotu qanunvericiliyindən sui-istifadə olunur;
  • uçot siyasətinə düzgün əməl edilmir;
  • hesablamalarda səhvə yol verilir;
  • yanlış təsnifləşdirmə aparlır, iqtisadi fəaliyyət faktları düzgün qiymətləndirilmir və s.

Səhvlərin düzəldilməsində bir neçə üsul tətbiq olunur:

  • korrektura;
  • əlavə yazılış;
  • qırmızı storno.

Bu və ya digər üsulun tətbiqi səhvin xarakterindən və onun aşkara çıxarılması müddətindən asılıdır.

Məbləğləri hesablayan zaman buraxılmış səhvlər yekun göstəriciləri müəyyən edənə qədər aşkar edildikdə onlar korrektura üsulu ilə düzəldilir.

Səhvlərin düzəlməsi haqqında Mühasibat Uçotunun Beynəlxalq Standartında geniş qeyd edilib. 8 №-li Beynəlxalq Standartda keçmiş dövrlərin səhvləri dedikdə müəssisənin bir və ya bir neçə əvvəlki dövrlərini əhatə edən maliyyə hesabatlarında aşağıdakı şərtləri təmin edən etibarlı məlumatdan istifadə edilməməsi və ya səhv təqdim edilməsi nəticəsində buraxılmış səhvlər və edilmiş yanlış bəyanatlar nəzərdə tutulur:

  • məlumat həmin dövrlərin maliyyə hesabatları dərc olunmaq üçün razılıq verildiyi zaman mövcud olduqda;
  • məlumatın həmin maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı əldə edilməsi və uçota alınması məntiqi olaraq mümkün hesab edildikdə.

Belə səhvlərə riyazi və uçot siyasətinin tətbiq edilməsi zamanı buraxılan səhvlər, faktların gözdən qaçırılması və ya səhv izah edilməsi və saxtakarlıq daxildir.

Retrospektiv tətbiqetmə – yeni uçot siyasətinin əməliyyatlara, digər hadisə və şərtlərə onun sanki həmişə tətbiq edildiyi şəkildə tətbiq edilməsidir.

Retrospektiv qaydada təkrar təqdimat – maliyyə hesabatları elementlərinin məbləğlərinin tanınması, ölçülməsi və açıqlanmasına dair keçmiş dövrlərin səhvlərinin sanki heç olmadığı kimi düzəldilməsidir.

ƏDV dövrünün dəqiqləşdirilməsi, düzəldilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Səhv və ya yanlış təqdim edilmiş bəyanatların istifadəçilərin iqtisadi qərarlarına təsirinin və beləliklə əhəmiyyətliliyinin qiymətləndirilməsini, həmin istifadəçilərin xüsusiyyətlərinin təhlilini tələb edir. “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə Konseptual Əsaslar”ın 25.2-ci maddəsində “istifadəçilərin biznes, iqtisadi fəaliyyət və mühasibat uçotu üzrə əsaslı biliklərə malik olduqlarının və informasiyanı öyrənmək üçün əsaslı səylərə hazır olduqlarının ehtimal olunduğu”qeyd edilir. Beləliklə, bu xüsusiyyətlərə malik istifadəçilər tərəfindən iqtisadi qərarların qəbul edilməsinə məntiqi olaraq hansı təsirin gözlənilə biləcəyi qiymətləndirmə zamanı nəzərə alınmalıdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibat uçotu