Azərbaycanda şirkətlərin gəlirlərinin yoxlanılacağı halların sayı artırılıb

posted in: Vergi, Xəbər | 0

İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlir (mənfəət) üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi hallarında vergi orqanları tərəfindən vergi ödəyicisinin gəliri yoxlanacaq. yoxlama

Vergilər Nazirliyinin Kollegiyasının “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu zaman vergilərin yenidən hesablanması yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçiriləcək.

Vergi Məcəlləsində nəzərdə tutulmuş azadolmaların düzgün tətbiqi və bəyan edilməsi ilə əlaqədar da gəlirin yoxlanılması həyata keçiriləcək. O cümlədən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsinin Vergi Məcəlləsinə uyğunluğunun yoxlanılması vergi ödəyicisinin gəliri yoxlanılacaq.

Dəyişiklik bu gündən qüvvəyə minir.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yoxlama

E-qaimənin göndərilib, sonra silinməsi hansı problemlər yarada bilər?

posted in: Xəbər | 0

e-qaiməE-qaimənin göndərilib, sonra silinməsi hansı problemlər yarada bilər? e-qaimə

Vergilər Nazirliyinin “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim ediləndə verilir.

Vergi Məcəlləsinin 16.1.11-6.1-ci, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
e-qaimə

ARKA MMC Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir

Baş Mühasib vakansiyaVakansiya: Baş Mühasib

İşəgötürən: ARKA MMC

  • Şəhər: Bakı
  • Yaş: 20 – 55 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Zeynal Hacıyev
  • Telefon: 055-515-06-95
  • E-mail: zeynal.haciyev86@gmail.com / info@finstaff.az
  • Əmək haqqı: 1800 AZN

Vakansiya barədə məlumat

Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək
– Dövlət orqanları və idarəetmə üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək
– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək
– İş şəraiti:
– İş qrafiki : 5 tam iş günü, şənbə günü yarım gün.
– İstirahət: Bazar günü;

Baş Mühasib üçün tələblər

Ali təhsil
– 1C Proqram təminatında işləmə bacarığı
– İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır
CV-lərinizi hr@arkased.com və zeynal19haciyev86@gmail.com ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Baş Mühasib

Azərbaycan vətəndaşlarının 29 faizinin maliyyə təşkilatında hesabı var

posted in: Maliyyə, Xəbər | 0

maliyyəAzərbaycanda yoxsulluqla mübarizə və iqtisadi artımın genişləndirilməsi istiqamətində görülən işlərin icrası ilə əlaqədar olaraq, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçirilən layihə çərçivəsində bu gün ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafının dəstəklənməsinə yönəldilən saziş imzalanıb. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlığı çərçivəsində IFC ölkənin kredit təşkilatlarını təmsil edən Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq edəcək. IFC Assosiyasiyaya maliyyə inklüzivliyi və müasirləşməyə töhfə verəcək mütərəqqi rəqəmsal maliyyə xidmətləri paketinin hazırlanmasına dair öz tövsiyələrini təqdim edəcək. Maliyyə təşkilatı

Bu əməkdaşlıq xüsusilə bankların filial şəbəkəsi ilə əhatəsi təmin edilməmiş kənd yerlərində həm fiziki şəxslər, həm kiçik sahibkarlıq subyektləri üçün əmanət hesablarının açılması və kreditlərin alınması prosesini əhəmiyyətli dərəcədə asanlaşdırmaq məqsədi güdür.

Layihə həmçinin əhalinin rəqəmsal və elektron bank məhsulları sahəsində maarifləndirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasına kömək edəcəkdir. Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki əhalinin yalnız 29 faizinin maliyyə təşkilatında hesabı vardır; bu rəqəm isə Dünya Bankının “Qlobal Findex” adlı maliyyə inklüzivlik üzrə hesabatında verilən məlumatlara əsasən, Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Maliyyə təşkilatı