Daha çox8
Daha çox8

Vakansiya: Hesab üzrə mütəxəssis (Əməliyyatçı)

mühasib operator vakansiyaVakansiya: Hesab üzrə mütəxəssis (Əməliyyatçı).

İşəgötürən: Bank Respublika ASC.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 38 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: HR@bankrespublika.az / info@finstaff.az
  • Əmək haqqı: Razılaşma əsasında.

İş barədə məlumat

  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Namizədə tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə 1 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və ya İngilis dili bilikləri arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşma;
  • Bankın Bakı və Sumqayıt şəhəri üzrə yerləşən filiallarına ezamiyyətlərə hazır olma

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 noyabr 2019-cu il tarixinədək HR@bankrespublika.az / info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Hesab üzrə mütəxəssis (Əməliyyatçı) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya: Hesab üzrə mütəxəssis (Əməliyyatçı)

Oktyabr ayında dövlət büdcəsinə gömrük daxilolmaları artıb

posted in: Xəbər | 0

Oktyabr ayında dövlət büdcəsinə gömrük daxilolmaları artıb

gömrük daxilolmaları, Gömrük orqanları büdcəBu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 395,211 milyon manat vergi və rüsumlar daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,088 milyon manat və yaxud 4,5 faiz çoxdur. DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17,550 milyon manat və yaxud 18,8 faiz artaraq 110,802 milyon manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmalar 1,175 milyon manat və yaxud 0,4 faiz artaraq 264,861 milyon manat, aksizlər üzrə daxilolmalar 709 min manat və yaxud 4,3 faiz azalaraq 15,831 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 928 min manat və yaxud 20 faiz azalaraq 3,717 milyon manat təşkil edib.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda müştərilər barədə bank sirrinə münasibətdə yeni yanaşma tətbiq ediləcək

posted in: Bank, Xəbər | 0

bank sirri“Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklar haqqında” qanunun 41-ci maddəsini yeni redaksiyada hazırlayıb”.

Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Rəqəmsallaşmada tənzimləmənin hüquqi aspektləri” mövzusunda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsinin rəisi Tural Feyzullayev bildirib.

T. Feyzullayev deyib ki, qanunda bank sirri ilə bağlı olan bu maddə artıq yeni redaksiyada verilir: “Bank sirrinin tənzimlənməsinə yeni yanaşma tətbiq olunur”.

Palatanın idarə rəisi qeyd edib ki, bank sirri şəxsin özünün razılığı əsasında olsa belə, başqa şəxsə ötürülə bilən məlumat deyil: “Biz belə başa düşürük ki, Mülki Məcəlləyə görə, qanunvericiliyin tələblərini gözləmək şərti ilə, hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar. Mülki Məcəllənin 967-ci maddəsində bank sirrinin kimlərə verilə biləcəyini əksini tapıb, konkret siyahı müəyyən olunub.

Daha sonra genişləndirici formada “Banklar haqqında” qanunun 41-ci maddəsində məsələ əksini tapıb. Biz ona görə də hesab edirik ki, şəxsin iş yerinə onunla bağlı məlumatların göndərilməsi onun bank sirrinin pozulmasıdır. Bununla bağlı mövqeyimiz dəyişilməyib. Amma bizim 41-ci maddəyə təklif edilən dəyişikliklə bağlı müxtəlif yanaşmalar nəzərdən keçirilib. Bir yanaşma şəxsin özünün razılığı ilə məlumatların ötürülə bilmə imkanıdır.

Amma praktiki cəhətdən onun problemləri bizə deməyə əsas verir ki, bu razılıq heç də həmin şəxsin özünün iradəsini ifadə etmir. Çünki 20-30 səhifəlik müqavilədə hansısa bir yerdə razılığın olması onu deməyə əsas vermir ki, həmin şəxs banka həmin məlumatları ötürməyə razılıq verib. Biz hazırda müştərinin açıq-aşkar razılığını ifadə edə bilməsi formasını müəyyən edə bilsək, əlbəttə, bank sirrinin verilməsi mümkündür”.

Qeyd edək ki, Banklar haqqında qanunun 41-ci maddəsində qeyd edilir ki, Mülki Məcəlləyə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

Mülki Məcəllənin 967-ci maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

Mənbə: apa.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank sirri

Patentin alınması barədə Tələblər təsdiq olunub

posted in: Xəbər | 0

“Patentin alınması barədə iddia sənədinə aid Tələblər”in təsdiq edilməsi haqqında (patent)

“Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1475-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 749 nömrəli və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 dekabr tarixli 167 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 30 mart tarixli 600 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Patentin alınması barədə iddia sənədinə aid Tələblər” təsdiq edilsin (əlavə olunur).
  1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması və təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrini müəyyən etsin.

Azərbaycan Respublikasının
Baş Naziri                         Əli Əsədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin:  Patentin alınması barədə iddia sənədinə aid Tələblər (68 downloads )

Mənbə: cabmin.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
patentin alınması, patent, tələblər
error: Content is protected !!