Vakansiya: Mühasib – MR Group

vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: MR Group.

  • Şəhər: Bakı
  • Yaş: 23 – 40 yaş
  • Cins: Qadın
  • Təhsil: Natamam ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nahid Məmmədov
  • Telefon: (012) 564 39 12 / (070) 266 80 50
  • E-mail: office@mrgroup.az / info@finstaff.az
  • Əmək haqqı: 500 AZN.

İş barədə məlumat

-Şirkətin muhasibatlıq işlərinin aparılması

-ƏDV hesabatlarının ödənilməsi

-Vergi DSMF ödənişlərinin hesablanması

-Muqavilə, akt və digər sənədlərin hazırlanması

Namizədə tələblər

-İşə məsuliyyətlə yanaşmaq

-Office proqramlarını taxşı bilmək

-Daxili nizam-intizam qaydalarına riayət etmək

CV-lərinizi office@mrgroup.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, mühasib

Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması barədə işəgötürənlərə məlumatlar verilib

posted in: Xəbər | 0

Əmək münasibətləri emekƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nəsimi rayonunda işəgötürənlər üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib. (Əmək münasibətləri, emek)

Tədbirdə əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyd edilib ki, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Həmçinin əmək müqaviləsinə xitam verilməsinin əsasları diqqətə çatdırılıb. O da bildirilib ki, əmək müqaviləsini ləğv etmək barədə əvvəlcədən xəbərdarlıq üçün ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.

Qeyri-rəsmi məşğulluq və onun qarşısının alınması ilə bağlı da çıxışlar olub. Bildirilib ki, rəsmiləşdirilməyən əmək münasibəti işçiləri əmək və sosial hüquqlardan məhrum edir, vergi və sosial sığorta daxilolmalara ciddi ziyan vurulması ilə nəticələnir.Tədbirdə müvafiq mövzularda maarifləndirici çap materialları paylanıb, iştirakçıların sualları cavablandırılıb.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək münasibətləri, emek

Turagentlər və onların vergitutma obyektləri

posted in: Vergi, Xəbər | 0

Turagentlər, vergitutma obyektləriVergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Bu şərtlərlə bağlı Vergilər Nazirliyinin şərhində bildirilir ki, aviabilet və tur-paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Aviabilet və tur-paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.

Aviabilet və tur-paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur-paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur-paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Turagentlər, vergitutma obyektləri

Azərbaycan Mərkəzi Bankı elektron ticarətin vergidən azad edilməsi ilə bağlı təkliflər hazırlayıb

posted in: Bank, Vergi, Xəbər | 0

“Azərbaycan Mərkəzi Bankı (AMB) elektron ticarətə tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) mənfi təsiri ilə bağlı Vergilər Nazirliyi ilə danışıqlar aparır”.

Bunu jurnalistlərə açıqlamasında AMB sədrinin I müavini Alim Quliyev deyib.

“Bu məsələ ilə bağlı təkliflərimiz var. Nağdsız cəmiyyətin inkişafı, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması baxımından vergi inzibatçılığının müasirləşdirilməsi çox mühüm məsələdir. Son illər nazirlik bu istiqamətdə bir sıra islahatlar həyata keçirir. ƏDV-nin elektron ticarətə əngəl olması məsələsi daima gündəmdədir. Yəni, növbəti mərhələlərdə bu məsələyə baxılacaq və müvafiq addımlar atılacaq”, – o qeyd edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergidən azad