Daha çox8
Daha çox8

İcbari (Məcburi) Sığorta növləri hansılardır?

posted in: Xəbər | 0

Sığorta növləri icbariİcbari (Məcburi) Sığorta növləri hansılardır?

Bu yazımızda hal-hazırda Azərbaycan Respublikasında tətbiq edilən və icbari qaydada həyata keçirilən sığorta növləri barədə qısa izah verməyə çalışacağıq. Mövzuya keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edirik ki, müvafiq sığorta növlərinin edilməsi tələb edilən şəxslərin bu sığorta növünü etməməsi İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi ilə müəyyən edilmiş cərimə ilə nəticələnəcəkdir.

Azərbaycan Respublikası qanunvericiliyinə görə aşağıdakı sığorta növləri icbari qaydada tətbiq olunmalıdır:

– Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası. Bu sığorta növü hər bir avtonəqliyyat vasitəsi sahibi üçün məcburidir. Bu sığorta növü sürücülərin yol-hərəkəti qaydalarını pozması zamanı üçüncü şəxslərin (ailə üzvləri istisna olmaqla) sağlamlığı və əmlakına vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın icbari sığortası. Bu sığorta növü hər bir daşınmaz əmlak sahibi üçün məcburidir. Qanunla nəzərdə tutulmuş hadisələr nəticəsində əmlak sahibinin yalnız daşınmaz əmlakına (tavan, divar, pəncərə, qapı, döşəmə, elektrik, su, qaz xətlərinə və digər daşınmaz əmlak konstruksiyasına) dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası. Fərdi sahibkarlar və ya hüquqi şəxslər üçün məcburidir. Bu sığorta növü həmin şəxslərin istifadəsində olan daşınmaz əmlaklarda baş verəcək müəyyən hadisələr (yanğın, subasma və digər) nəticəsində üçüncü şəxslərin əmlakı və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Sərnişinlərin icbari fərdi qəza sığortası. Bu sığorta növü sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitəsi sahibləri üçün məcburidir. Bu növ sərnişin daşıma zamanı sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta. Bu sığorta növü hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, seçkili orqanlar və əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlər üçün məcburidir. Adından da göründüyü kimi həmin şəxslərdə əmək funksiyalarını həyata keçirənlər, təcrübə keçənlər və təbii fəlakətlərin qarşısının alınmasına cəlb edilənlərin istehsalatda alacağı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sağlamlıqlarına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası. Bu sığorta növü adıçəkilən şəxslərin xidməti vəzifələrinin icrası zamanı sağlamlıqlarına dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir və həmin şəxslərin çalışdıqları müəssisələr tərəfindən sığortalanması məcburidir.

– Auditorların peşə məsuliyyətinin icbari sığortası. Bu sığorta növünün tətbiqi auditorlar üçün məcburidir. Bu sığorta növü auditorların fəaliyyəti nəticəsində üçüncü şəxslərə dəyəcək zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası. Bu sığorta növü adıçəkilən şəxslərin fərdi qəza nəticəsində sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

– İcbari tibbi sığorta. Bu sığorta növünün tətbiqi əhalinin tibbi sığorta proqramı çərçivəsində mütəmadi olaraq tibbi xidmətlərdən istifadə edərək sağlamlığının qorunması məqsədilə tətbiq edilir. Bu sığorta növünün 2020-ci ildən tətbiqi gözlənilir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fəaliyyətini dayandıran sahibkarın vergi öhdəliyi olurmu?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

vergi öhdəliyi, vergi öhdəliyi,Fəaliyyətini müvəqqəti dayandıran sahibkarların vergi öhdəlikləri barədə müəyyən suallar yaranır. Məsələn, fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin balansında olan əsas vəsaitlər konservasiya edilmiş əsas vəsaitlər hesab edilir. Bu halda həmin əsas vəsaitlərə amortizasiya hesablanmadıqda onlar əsas vəsait kateqoriyasından çıxılır. Belə olan halda həmin vəsaitlərin əmlak vergisinə cəlb edilməsi doğrudurmu? (vergi öhdəliyi)

Sualın izahı ilə bağlı Vergilər Nazirliyindən Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə istinadən bildirilib ki, müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir. Eyni zamanda, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansında olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər. Lakin hesablanmış amortizasiya xərcləri növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Vergi Məcəlləsinin 16.4-cü maddəsinin tələbinə görə, Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Qanunvericilikdə fəaliyyətini müvəqqəti dayandıran iş adamlarının vergi hesabatları təqdim etməsinin qaydaları da əksini tapıb. VM 72.2-ci maddəsinə əsasən, bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.

Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Hesabatı elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir.

Vakansiya: Baş Mühasib axtarılır

Böyük Mühasib VakansiyaVakansiya: Baş Mühasib.

İşəgötürən: Mətanət A

  • Şəhər: Bakı
  • Yaş: 30 – 50 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Ələkbər Bədəlov
  • Telefon: (012) 404 14 34 / (050) 208 66 95
  • E-mail: hr@matanata.com / info@finstaff.az
  • Əmək haqqı: 1200 – 1500 AZN

Vakansiya barədə məlumat

– Təhtəl şəxslərlə hesablaşmaların uçotunun aparılması;
– Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
– Digər kreditor və debitorlar ilə hesablaşmaların uçotunun aparılması;
– Mal-material uçotu;
– Elektron vergi hesab-faktura, qaimə-faktrura, hesab-fakturaların işlənməsi;
– Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyasının hesablanması və inventarizasiya aparılmasına nəzarət edilməsi;
– İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması;
– İstehsal olunan məhsulun maya dəyərinin hesablanması, xammal və materialların silinməsi;
– Kreditor və debitorlar ilə üzləşmələrin aparılması.
– İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və bazar günü.

Baş Mühasib üçün tələblər

Təhsil: Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
İş təcrübəsi: 3-5 il iş təcrübəsi olan;
Yaş həddi: 30-50
Dil bilikləri: Azərbaycan və Rus dili;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
Beynəlxalq mühasibat uçotu standartları sahəsinədə sertifikasiyası olmalı;
Vergi qanunvericiliyini mükəmməl bilmək.

Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşmaq bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya Baş Mühasib

Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Mətin Eynullayev noyabrın 18-də Ağcabədi şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Ü.Hacıbəyli küçəsi) Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 12-14 noyabr 2019-cu il tarixlərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər
error: Content is protected !!