Gələn il pensiya, sosial müavinət, təqaüd və əmək haqqı artırılacaq

posted in: Xəbər | 0

Pensiya, sosial müavinət, təqaüd və əmək haqqıGələn il pensiya, sosial müavinət, təqaüd və əmək haqqı artırılacaq.


2020-ci ilin dövlət büdcəsindən əhalinin sosial təminatının – sağlamlıq, təhsil, mədəniyyət, idman, turizm, elm və digər məsələlərin maliyyələşdirilməsinə daha yüksək məbləğdə vəsait ayrılıb. Bütövlükdə büdcə xərclərinin 38,6 faizi sosial istiqamətlərə aiddir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bunlar Azərbaycanın sosial dövlət olmaq yönündə gələn il daha bir uğurlu addım atacağını göstərir: “Səhiyyə xərcləri bu ilə nisbətən 340 milyon manat, yaxud 31 faiz artaraq 1 milyard 400 milyon manat təşkil edir. Nəzərə alsaq ki, gələn ildən icbari tibbi sığortanın tətbiqi başlanacaq, sığorta ödəyənlərin, yəni işəgötürənlərin və işçilərin tibbi sığorta haqlarından da 500 milyon manat vəsaitin büdcəyə daxil olması gözlənilir. Beləliklə, bütövlükdə gələn il səhiyyə xərcləri 2 milyard manatdan çox olacaq. Bu da vətəndaşlarımızın keyfiyyətli, əlçatan səhiyyə xidmətləri almasına imkan yaradacaq.

2019-cu ilin birinci yarısında cənab Prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 30-a yaxın fərman və sərəncamı oldu. Gələn il də vətəndaşlarımızın pensiya, sosial müavinət, təqaüd və əmək haqqının artırılması gözlənilir”.

Millət vəkilinin sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsinin xərclərinin artması ölkədə həyata keçirilən balanslaşdırılmış iqtisadiyyatın hesabına baş verir: “Hələ 10-12 il bundan öncə cənab Prezident neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna yatırılması və bu sahənin inkişaf etdirilməsi siyasətini elan etmişdi. Artıq bu öz nəticəsini verir. Qeyri-neft sektoruna qoyulan investisiyalar ildən-ilə daha çox gəlir gətirir və 2020-ci ildə ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunun hesabına formalaşacaq. Xüsusilə kənd təsərrüfatı, tranzit yükdaşıma, turizm və İKT sektoru ölkəyə əlavə gəlirlər gətirir. Bundan başqa, ölkədə sənayeləşmə geniş vüsət alıb. Paytaxt ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə yaradılan sənaye parkları, texnoparklar gəlir gətirməyə başlayıb.

Neft-qaz sektorunda da gəlirlərimiz artır. Gələn ildən Avropaya qaz satışına başlanılacaq. Bunlara baxmayaraq 2020-ci ilin büdcəsinin əsas artım tempi qeyri-neft sektorunun hesabına təmin olunub”.

Musa Quliyev bildirib ki, gələn ilin büdcəsində tikinti xərclərində azalma var: “Bu, yalnız dövlət sektoruna aid azalmalardır, özəl sektorda isə işlərin davam etdirilməsinə münbit şərait yaradılacaq ki, bu da büdcəyə vergilər şəklində daxilolmaların artmasına, həm də vətəndaşların yeni iş yerləri ilə təmin olunmasına imkan verəcək.

Dövlət xətti ilə tikinti-abadlıq işlərinə ayrılan vəsaitin azaldılmasına səbəb isə əvvəlki illərdə bu sahəyə kifayət qədər investisiyanın qoyulması ilə bağlıdır. Artıq yolların böyük hissəsi yenidən çəkilib, infrastuktur qurulub, məktəblər, bağçalar, xəstəxanalar, poliklinikalar, mədəniyyət evləri, olimpiya kompleksləri tikilib. İndi bu sahəyə əlavə vəsait qoymağa o qədər də ehtiyac yoxdur, rəqəmlərin şişirdilməsinin qarşısının alınması dövlətin nəzarəti altındadır. Ona görə də müəyyən xərclərin azaldılması təbiidir”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Pensiya, sosial müavinət, təqaüd və əmək haqqı

Vergilər Nazirliyi “AMV Consulting” şirkətinin müraciətini araşdırıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi “AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Bu günlərdə mətbuatda “AMV Consulting” şirkətinin Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətindən şikayət etməsi ilə bağlı informasiyalar yayılmaqdadır. “AMV Consulting” şirkəti iddia edir ki, xidmət göstərdiyi vergi ödəyicilərinin bank hesabına əsassız olaraq sərəncam qoyulması və hesablardan pul silinməsi barədə Vergilər Nazirliyinə müraciət ünvanlayıb.

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, qeyd olunanlarla bağlı “AMV Consulting” şirkətinin müraciəti Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən diqqətlə araşdırılıb. Belə ki, “AMV Consulting” şirkətinin nümayəndələri Nazirliyin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinə dəvət olunub və vergi bəyannamələrində aşkarlanmış uyğunsuzluqlar barədə onlara ətraflı izahat verilib. Şirkətin nümayəndələrinə dəqiqləşdirilmiş hesabatın verilməsinin zəruriliyi, həmçinin vergi qanunvericiliyi pozulduğu təqdirdə yaranan məsuliyyət halları barədə xəbərdarlıq edilib. Şirkətin nümayəndələri vergi bəyannamələrində uyğunsuzluqlar olduğunu etiraf ediblər və ən qısa zamanda dəqiqləşdirilmiş hesabatın təqdim ediləcəyini bildiriblər.

Vergilər Nazirliyi bildirir ki, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan aydın və şəffaf münasibətlərin qurulması vergi xidmətinin fəaliyyətində əsas prioritet olaraq müəyyən edilib. Başlıca yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini şəffaf prinsiplər üzərində qurmalıdır. Bu səbəbdən Nazirlik tərfindən vergi ödəyicilərinin hüquq və qanunla müdafiə olunan mənafelərinin qorunmasına, eləcə də onların müraciətlərinə və şikayətlərinə ədalətli baxılmasına diqqətlə yanaşılır. Biz vergi ödəyicilərini dinləməyə, problemlərini həll etməyə, aşkar olunan hər-hansı çatışmazlıqları aradan qaldırmağa hazırıq.

Lakin vergi ödəyiciləri də qanunlar çərçivəsində işləməli olduqlarını bilməlidirlər. Bunun ən doğru yolu vergi orqanı ilə qarşılıqlı inam və etimada əsaslanan şəffaf əməkdaşlıq mühitinin təmin edilməsidir.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergilər

Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192; Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1616-VQD, 1619-VQD nömrəli və 9 iyul tarixli 1643-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.1-ci maddəyə “Avtomobil Yolları” sözlərindən əvvəl “bu Qanunun 4.1-4-cü maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin və həmin maddədə “4.1-3-cü” sözləri “4.1-4-cü” sözləri ilə əvəz edilsin;

1.2. 4.1-4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.1-4. Bu Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürülür.”;

1.3. aşağıdakı məzmunda 4.1-5-ci maddə əlavə edilsin:

“4.1-5. Bu Qanunun 4.1-ci və 4.1-1 – 4.1-4-cü maddələrində nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

1.4. 18.65.1.1-ci və 18.65.2.1-ci maddələrdə “20” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

Mənbə: president.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dövlət rüsumu

Gəlir və xərclərin uçotunun düzgün aparılması qaydaları

posted in: Xəbər | 0

Gəlir və xərclərin uçotunun düzgün aparılması qaydaları xərclər

Vergi tutulan gəlirin dəqiq hesablanması məqsədilə gəlir və xərclərin uçotunun düzgün aparılması üçün hansı qaydalara əməl olunmalıdır? Mövzunu “BSC konsalting” şirkətinin maliyyə direktoru Arzu Xəlilova şərh edir.

Vergi Məcəlləsinin 131 və 134- cü maddələrinə uyğun olaraq vergi ödəyicisi gəlir və xərclərinin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.

Vergi ödəyicisi bir vergi ili ərzində eyni metodu tətbiq etməlidir və tətbiq etdiyi uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməlidir.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hər bir vergi ödəyicisi gəlir və xərclərinin uçotunu sənədləşdirilmiş məlumatlar əsasında aparmalıdır.

İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq normativ aktlarla tənzimlənir. Hazırda qüvvədə olan ictimai iaşə və istehsal sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarında vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməsi nəzərdə tutulub.

Bu qaydalara görə maddi dəyərlilərin mədaxili, məxarici, təsərrüfatdaxili yerdəyişməsi, silinməsi müvafiq sənədlərlə, xüsusilə də ciddi hesabat blankları ilə qeydə alınmalıdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlir xərclər