Xarici ölkə vətəndaşları Azərbaycanda məsafədən bank hesabları aça biləcək

posted in: Bank, Xəbər | 0

Xarici ölkə vətəndaşları Azərbaycanda məsafədən bank hesabları aça biləcək.


“Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması ilə əlaqədar hazırlanmış infrastruktur “Bakutel 2019″ sərgisində nümayiş etdiriləcək”.

Bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdir müavini Həbib Abbasov bildirib. H.Abbasov deyib ki, nazirliklə Mərkəzi Bank arasında məsafədən hesabların açılması ilə bağlı görüş olub: “Həmin informasiya sisteminə elektron imza infrastrukturu da inteqrasiya olunub.

Türkiyə ilə Azərbaycan arasında elektron imzaların qarşılıqlı tanınması bizə nə verəcək?

Texniki tərəfləri həll etmişik, hüquqi tərəfləri ilə bağlı da araşdırma apardıq. Hüquqşünaslar gördülər ki, qanunda heç bir məhdudiyyət yozdur. Bu o deməkdir ki, biz məsafədən hesab açmağa başlayırıqsa, hansı ölkələrlə elektron imzanın qarşılıqlı tanınmasını təmin etmişiksə, həmin ölkə vətəndaşları da Azərbaycanda özlərinə bank hesabları aça biləcəklər.

Bununla bağlı həm Türkiyə, həm Belarusla bağlı proses gedir. “Bakutel 2019” sərgisində bu infrastruktur ilə tanış ola bilərsiniz”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank hesabları

Bu ilin əvvəlindən 30 auditor bazarı tərk edib

posted in: Audit, Xəbər | 0

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 auditor təşkilatı və 2 sərbəst audit könüllü qaydada, 8 auditor təşkilatı və 8 sərbəst auditor isə məcburi qaydada bazardan kənarlaşdırılıb.

Bu barədə Auditorlar Palatasından bildirilib.

Palata auditorların fəaliyyətinin məcburi qaydada dayandırılmasının səbəblərindən biri kimi onların üzvlük haqqı ödəməmələrini göstərib.

Bundan başqa, qurum 10 ay ərzində 25 auditor təşkilatına və 3 sərbəst auditora fəaliyyət üçün icazə verib.

Beləliklə, noyabrın 1-nə ölkədə 105 auditor təşkilatı və 45 sərbəst auditor fəaliyyət göstərib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
auditor

Vakansiya: Mühasib – Azertexnolayn MMC

vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: Azertexnolayn MMC.

  • Şəhər: Bakı
  • Yaş: 26 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Sevda xanım
  • Telefon: (012) 377 44 44, daxili (168) / (051) 250 83 05
  • E-mail: sevda.eliyeva@azertexnolayn.com / info@finstaff.az
  • Əmək haqqı: 1000-1100 AZN

İş barədə məlumat

Gündəlik kassa və bank əməliyyatlarının uçotunun aparılması, mühasibatlıq proqramına işlənməsi,

  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasının tərtib edilməsi,
  • Təhtəl şəxslərlə hesablaşmaların aparılması,
  • Debitor və kreditorlarla üzləşmələrin aparılması,
  • Sənədləşmələrin düzgün tərtib edilməsi və arxivlənməsinin həyata keçirilməsi,
  • İnventarizasiyanın aparılmasında iştirak,

Namizədə tələblər

Təhsili/ixtisası: Ali iqtisadi təhsil

  • Dil bilikləri: İngilis və ya rus dillərindən birini irəli səviyyədə bilməlidir.
  • Kompüter bilikləri: Ofis proqramları (excel irəli səviyyədə), Logo proqramı.
  • Aidiyyatı sahədə minimum 1 il təcrübə

CV-nizi sevda.eliyeva@azertexnolayn.com / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib

Azərbaycanda 40 minə yaxın fermer vergi uçotuna alınmaqla bağlı müraciət edib

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda 40 minə yaxın fermer vergi uçotuna alınmaqla bağlı müraciət edib

vergi uçotu

Bu gün Ağcabədidə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə həsr olunmuş zona müşavirəsi keçirilib. (vergi uçotu)

Bu barədə Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən məlumat verilib.

Tədbirdə ölkəmizin Qarabağ bölgəsində yerləşən rayonlarının icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Ağcabədi Rayon İcra Hakmiyyətinin başçısı Şahin Məmmədov kənd təsərrüfatında aparılan islahatların əhəmiyyətindən danışıb. Əldə olunmuş ilkin nəticələr barədə məlumat verib.

Müşavirədə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətə uyğun olaraq, kənd təsərrüfatının inkişafı prioritet vəzifə kimi müəyyən edilib. Son illər bu sahəyə böyük investisiyalar qoyulub. Qeyd olunub ki, aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Cari ilin 9 ayında qeyri-neft sənayemiz 15 faizdən çox, kənd təsərrüfatı isə 7 faizdən çox artıb.

Nazir müavini ölkə başçısının cari ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə vurğuladığı kimi, kənd təsərrüfatının mövcud potensialından daha səmərəli şəkildə istifadə olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblərə, mövcud problemlərin aradan qaldırılması istiqamətində vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər mühüm məsələlərə toxunub. Bildirilib ki, aqrar sahədə uçotun və hesabatlılığın hazırkı səviyyəsi qənaətbəxş hesab edilə bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulması və şəffaflığın təmin olunmasıdır.

S.Ələkbərov bildirib ki, avqust ayından etibarən bütün ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib. Ötən müddət ərzində 40 minə yaxın şəxs tərəfindən vergi uçotuna alınmaqla bağlı ərizə təqdim edilib. Qeydiyyatda olan bir çox vergi ödəyicilərinin uçot məlumatları dəqiqləşdirilib. Vurğulanıb ki, uçotun dürüstləşdirilməsi və şəffaflaşdırlması son məqsəd deyil və şəffaf uçot sisteminin qurulması istehsal olunan kənd təsərrüfatı məhsullarının real həcmi barədə düzgün məlumatların əldə edilməsinə, mövcud kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının səmərəliliyinin artırılmasına, dövlət tərəfindən ayrılan subsidiyaların, yardımların, kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilən kreditlərin yalnız məhsul istehsalçılarının fəaliyyətinin genişləndirilməsinə sərf olunması hesabına istehsalın həcminin daha böyük templərlə artırılmasına və nəticə etibarilə bu sahədə çalışanların rifahının yüksəldilməsinə nail olunmasına xidmət etməlidir.

Tədbirdə Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi Baş İdarəsinin rəisi Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət barədə təqdimatla çıxış edib.

Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Zaur Adilov rəhbərlik etdiyi qurumun əhatə dairəsinə aid olan rayonlarda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülən işlər, qarşıya çıxan suallar və problemlər barədə məlumat verib.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun