Bu halda Qeyri-rezidentə köçürülmüş pul vəsaitlərinin geri qaytarılması zamanı, ödənilmiş vergi məbləği geri qaytarılır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

          Qeyri-rezidentə köçürülmüş pul vəsaitlərinin geri qaytarılması zamanı, ödənilmiş vergi məbləği geri qaytarılır? Qeyri-rezident

Sual:

Güzəştli vergi tutulan ölkəyə pul köçürmüşük və ÖMV.sini bəyan edib ödəmişik. Həmin pul 1 aydan sonra geri qayıdıb. Bəyannaməyə dəqiqləşmə verə bilərəmmi?

Cavab:

Bildiririk ki, Vergi Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Rezident müəssisə tərəfindən qeyri-rezident şəxsin güzəştli vergi tutulan ölkələrdə olan bank hesabına köçürülmüş pul vəsaitlərinin rezident müəssisənin bank hesabına geri qaytarılması zamanı ödənilmiş vergi məbləğinin nəzərə alınması (geri qaytarılması) vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 128-ci maddəsi.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi məbləği Qeyri-rezident

Lisenziyanı necə əldə etməli?? (1-ci hissə)

posted in: Xəbər | 0

LISENZIYALAR – HANSI LISENZIYANI – HARADAN VƏ NƏ QƏDƏR DÖVLƏT RÜSUMU ÖDƏMƏKLƏ ƏLDƏ ETMƏK OLAR?rüsum

Mülki Məcəllənin 44.2-ci maddəsinə görə kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər.

Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Göründüyü kimi bəzi fəaliyyət növləri ilə məşğul olmaq istəyən şirkətlər mütləq həmin fəaliyyətə dair nəzərdə tutulmuş razılığı mütləq əldə etməlidir.

Bu yazıda qanunvericiliklə nəzərdə tutulmuş bəzi lisenziyaların alınması ilə bağlı hüquqi prosedurlardan bəhs edəcəyik.Mövzuya keçməzdən əvvəl xatırladaq ki, lisenziyalar yalnız onu alan şəxsə məxsus olur və digər şəxsə verilmir.

Lisenziya almış şəxs tək Bakı şəhərində və ya həm Bakı şəhəri, həm də bütün ölkə ərazisində fəaliyyət göstərəcəksə, dövlət rüsumu məbləği tam ödənilir. Bəzi fəaliyyət növləri istisna olmaqla, lisenziya müddətsiz verilir. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu tutulmur.

Lisenziya verən orqan – fəaliyyət sahəsi – rüsumun məbləği

İqtisadiyyat Nazirliyi:
– özəl tibb fəaliyyəti 2250 AZN
– əczaçılıq fəaliyyəti
a) dərman vasitəsi istehsalı 2250 AZN
b) topdansatışı 20000 AZN
c) pərakəndə satışı 1000 AZN
– təhsil fəaliyyəti
a) özəl məktəbəqədər təhsil 1250 AZN
b) özəl ümumi təhsil 10000 AZN
c) peşə təhsili 2000 AZN
– sürətli poçt xidməti 1250 AZN
– möhür və ştamp hazırlanması 1100 AZN
– baytarlıq fəaliyyəti
a) preparat istehsalı 1500 AZN
b) satışı 220 AZN
Qeyd etmək lazımdır ki, İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalarla bağlı müraciət etmək üçün lisenziya.gov.az portalına daxil ola bilərsiniz.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Əbilov

Gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edilmədiyi halda xərcə silə bilərik?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Gömrük xidmətlərinə görə Elektron vergi hesab-faktura təqdim edilmədiyi halda xərcə silə bilərik?

Sual:

İdxal və İxrac əməliyyatları zamanı malların gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı və 18% ƏDV (5.40 manat) alınır. Həmin vəsait nağdsız qaydada bank köçürməsi, gömrük idarəsinin ərazisində olan bank şöbəsinə nağd şəkildə və bank kartı (biznes kart) vasitəsilə Hökumət Ödəniş Portatalı üzərindən onlayn şəkildə ödənilir. Bununla əlaqədar aşağıdakıları bilmək istərdik:

1. AR DGK-nin “Azərterminalkompleks” birliyi tərəfindən bizə elektron qaimə-faktura və elektron vergi hesab-faktura verilməlidirmi? 2. Elektron vergi hesab-faktura olmadan ödədiyimiz ƏDV məbləğini Gömrük bəyannaməsinə əsasən əvəzləşdirə bilərikmi?

3. Sadaladığımız ödəniş üsullarında hansına əsasən ƏDV-ni əvəzləşdirə bilərik?

Cavab:

Bildiririk ki, idxal və ixrac edilmiş mallar üzrə göstərilmiş elektron gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edildiyi halda ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilə bilər. Gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edilmədiyi halda isə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və ödənilmiş ƏDV məbləği malların dəyərinə aid edilməklə gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas:

Vergi Məcəlləsinin 175-ci maddəsi və “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-c il tarixli 168 nömrəli Qərarı.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron vergi hesab-faktura Gömrük

Vakansiya: Mühasib tələb olunur

Mühasib VakansiyaVakansiya: Mühasib

İşəgötürən: Idea Consulting and Solutions

  • Şəhər: Bakı
  • Yaş: 28 – 50 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Kamran bəy
  • Telefon: (012) 598-48-45 / (070) 700-80-85
  • E-mail: hr@ideacs.az / info@finstaff.az

 

Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– Bank ödəniş tapşırıqlarının hazırlanması
– İş qrafiki: Bazar ertəsi – şənbə
– Bazar günü istirahət günüdür
– Əmək haqqı razılaşma yolu ilə

Mühasib üçün tələblər

– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (satış)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
– İngilis dilində e-mail yazışmalar aparmaq bacarığının olması

CV-lərinizi hr@ideacs.az / info@finstaff.az e-mail ünvanına Mühasib başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Vakansiya Mühasib