» » » Gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edilmədiyi halda xərcə silə bilərik?

Gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edilmədiyi halda xərcə silə bilərik?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Gömrük xidmətlərinə görə Elektron vergi hesab-faktura təqdim edilmədiyi halda xərcə silə bilərik?

Sual:

İdxal və İxrac əməliyyatları zamanı malların gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı və 18% ƏDV (5.40 manat) alınır. Həmin vəsait nağdsız qaydada bank köçürməsi, gömrük idarəsinin ərazisində olan bank şöbəsinə nağd şəkildə və bank kartı (biznes kart) vasitəsilə Hökumət Ödəniş Portatalı üzərindən onlayn şəkildə ödənilir. Bununla əlaqədar aşağıdakıları bilmək istərdik:

1. AR DGK-nin “Azərterminalkompleks” birliyi tərəfindən bizə elektron qaimə-faktura və elektron vergi hesab-faktura verilməlidirmi? 2. Elektron vergi hesab-faktura olmadan ödədiyimiz ƏDV məbləğini Gömrük bəyannaməsinə əsasən əvəzləşdirə bilərikmi?

3. Sadaladığımız ödəniş üsullarında hansına əsasən ƏDV-ni əvəzləşdirə bilərik?

Cavab:

Bildiririk ki, idxal və ixrac edilmiş mallar üzrə göstərilmiş elektron gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edildiyi halda ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilə bilər. Gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edilmədiyi halda isə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və ödənilmiş ƏDV məbləği malların dəyərinə aid edilməklə gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas:

Vergi Məcəlləsinin 175-ci maddəsi və “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-c il tarixli 168 nömrəli Qərarı.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Elektron vergi hesab-faktura Gömrük