» » » Bu halda Qeyri-rezidentə köçürülmüş pul vəsaitlərinin geri qaytarılması zamanı, ödənilmiş vergi məbləği geri qaytarılır?

Bu halda Qeyri-rezidentə köçürülmüş pul vəsaitlərinin geri qaytarılması zamanı, ödənilmiş vergi məbləği geri qaytarılır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

          Qeyri-rezidentə köçürülmüş pul vəsaitlərinin geri qaytarılması zamanı, ödənilmiş vergi məbləği geri qaytarılır? Qeyri-rezident

Sual:

Güzəştli vergi tutulan ölkəyə pul köçürmüşük və ÖMV.sini bəyan edib ödəmişik. Həmin pul 1 aydan sonra geri qayıdıb. Bəyannaməyə dəqiqləşmə verə bilərəmmi?

Cavab:

Bildiririk ki, Vergi Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Rezident müəssisə tərəfindən qeyri-rezident şəxsin güzəştli vergi tutulan ölkələrdə olan bank hesabına köçürülmüş pul vəsaitlərinin rezident müəssisənin bank hesabına geri qaytarılması zamanı ödənilmiş vergi məbləğinin nəzərə alınması (geri qaytarılması) vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 128-ci maddəsi.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi məbləği Qeyri-rezident