Azərbaycana idxal olunan avtomobillərə diferensial aksiz dərəcələri tətbiq oluna bilər

posted in: Uncategorized, Xəbər | 0

Azərbaycana idxal olunan avtomobillərə diferensial aksiz dərəcələri tətbiq oluna bilər

diferensial aksiz dərəcələri

“Azərbaycana idxal olunan yeni və istehsal buraxılış tarixindən uzun müddət keçmiş nəqliyyat vasitələrinə münasibətdə aksiz dərəcələrinin optimallaşdırılması və diferensial aksiz dərəcələrinin tətbiqi kimi məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılmaqdadır”.

Bunu müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər baş idarəsinin rəisi Mirqasım Vahabov bildirib. Onun sözlərinə görə, müzakirələrin məqsədi ölkəmizdə minik avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaqdır.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
diferensial aksiz dərəcələri

Ana müəssisə ilə törəmə müəssisə arasında maliyyə hesablaşmaları

posted in: Maliyyə, Xəbər | 0

Ana müəssisə törəmə müəssisəyə maliyyə yardımı kimi pul vəsaiti verir. Bu zaman ana müəssisə mənfəət vergisi bəyannaməsində verdiyi maliyyə yardımını öz xərcinə sala bilərmi? Törəmə müəssisənin ana müəssisədən aldığı pul vəsaiti törəmə müəssisənin gəliri sayılırmı və törəmə müəssisənin mənfəət vergisi bəyannaməsində gəlir kimi göstərilməlidirmi?

Vergilər Nazirliyinin açıqlamasına əsasən, müəssisəyə təsisçi tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər.

Hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.

Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldığından təsərrüfat əqdləri həmin şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maliyyə hesablaşmaları

Vakansiya: Mühasib – MR Group

vakansiya MühasibVakansiya: Mühasib.

İşəgötürən: MR Group.

  • Şəhər: Bakı
  • Yaş: 23 – 40 yaş
  • Cins: Qadın
  • Təhsil: Natamam ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nahid Məmmədov
  • Telefon: (012) 564 39 12 / (070) 266 80 50
  • E-mail: office@mrgroup.az / info@finstaff.az
  • Əmək haqqı: 500 AZN.

İş barədə məlumat

-Şirkətin muhasibatlıq işlərinin aparılması

-ƏDV hesabatlarının ödənilməsi

-Vergi DSMF ödənişlərinin hesablanması

-Muqavilə, akt və digər sənədlərin hazırlanması

Namizədə tələblər

-İşə məsuliyyətlə yanaşmaq

-Office proqramlarını taxşı bilmək

-Daxili nizam-intizam qaydalarına riayət etmək

CV-lərinizi office@mrgroup.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, mühasib

Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması barədə işəgötürənlərə məlumatlar verilib

posted in: Xəbər | 0

Əmək münasibətləri emekƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nəsimi rayonunda işəgötürənlər üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib. (Əmək münasibətləri, emek)

Tədbirdə əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyd edilib ki, işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı təminat yaradır. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulması vergi və sosial sığorta daxilolmalarında da əhəmiyyətli rola malikdir.

Həmçinin əmək müqaviləsinə xitam verilməsinin əsasları diqqətə çatdırılıb. O da bildirilib ki, əmək müqaviləsini ləğv etmək barədə əvvəlcədən xəbərdarlıq üçün ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.

Qeyri-rəsmi məşğulluq və onun qarşısının alınması ilə bağlı da çıxışlar olub. Bildirilib ki, rəsmiləşdirilməyən əmək münasibəti işçiləri əmək və sosial hüquqlardan məhrum edir, vergi və sosial sığorta daxilolmalara ciddi ziyan vurulması ilə nəticələnir.Tədbirdə müvafiq mövzularda maarifləndirici çap materialları paylanıb, iştirakçıların sualları cavablandırılıb.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək münasibətləri, emek