» » » Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Agentin həyata keçirdiyi əməliyyatların ƏDV-yə cəlb edilməsi

ƏDV EDV

Həm komisyon, həm də agent qaydasında aparılan əməliyyatlar üzrə ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən tənzimlənir. İqtisadçı ekspert Anar Bayramov bu maddədə diqqət yetirilməli olan məqamları şərh edir.

Tutaq ki, “A” MMC 10.000 manatlıq malları agent qaydada “S” MMC vasitəsilə təqdim edir və bu zaman həmin əməliyyatlar ƏDV-yə cəlb edilir. Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar ( mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Agent Əlavə Dəyər Vergisi üzrə vergi ödəyicisi olduqda, yalnız digər şəxsə göstərdiyi xidmətlərə görə elektron vergi hesab-fakturası verir. Elektron vergi hesab-fakturası ƏDV ödəyicisi olan digər şəxs tərəfindən agentə ödənilmiş ƏLavə Dəyər Vergisini əvəzləşdirmək hüququ verir.

İzah: Misalı davam etdirək. Tutaq ki, həmin 10.000 manatlıq satışa görə 15 faiz haqq ödənilməlidir. Bu zaman 1.500 manat (10.000 manat * 15 faiz) “A” MMC-nin gəlirindən çıxılan xərcinə aid edilir. Həmçinin, “S” MMC ƏDV ödəyicisi olduğu halda, 1.500 manatlıq haqq üçün vergi hesab-fakturası təqdim etməlidir. “A” MMC həmin xidmət haqqına hesablanan ƏDV məbləğinin 324 manatını (1.800 manat * 18 faiz) qaydalara uyğun ödədiyi halda əvəzləşdirə bilər.

Digər şəxs tərəfindən agentə verilmiş malların (işlərin, xidmətlərin) dəyərinə Əlavə Dəyər Vergisi daxil edilib-edilməməsindən asılı olmayaraq, agent malların (işlərin, xidmətlərin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturası verə bilməz.

Bu maddəyə əsasən, “S” MMC agent qaydada aldığı malları başqa vergi ödəyicisinə satdığı halda, ona vergi hesab-fakturası verə bilməz.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV EDV