» » » Şirkətin balansında olmayan avtomobillərin yanacaq xərci gəlirdən çıxıla bilər?

Şirkətin balansında olmayan avtomobillərin yanacaq xərci gəlirdən çıxıla bilər?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Şirkətin balansında olmayan avtomobillərin yanacaq xərci gəlirdən çıxıla bilər?


Sual:

Balansında yük maşını olmayan, yükdaşıma xidməti göstərən firma daşımaya cəlb etdiyi maşınlara yanacaq verə bilərmi? Əgər verə bilərsə hansı sənədlərə əsasən yanacaq hesablanmalıdır?

Cavab:

Bildiririk ki, müraciətinizdə qeyd olunan halda tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən asılı olaraq müəssisə həmin şəxsləri yanacaqla təmin edə bilər. Qeyd olunan xərclər bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğu halda yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar çəkilən yanacaq xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bu zaman rezident fiziki şəxs yanacağın sərfiyyatına dair işin icrası haqqında məlumatı (haradan haraya), getdiyi yürüşü (km.) və s. əks etdirən müvafiq təsdiqedici sənədləri müəssisəyə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yanacaq xərci