Azərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib

posted in: Uncategorized, Xəbər | 0

peşəkar investorAzərbaycanda peşəkar investora dair meyarlar müəyyənləşib. (peşəkar investor)

Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə təsdiqlənən “Marja ticarətinə dair Qaydalar”da əksini tapıb.

Qaydaya əsasən, marja ticarəti üzrə ən azı 2 il təcrübəsi olan (rüb ərzində ən azı 10 ticarət əməliyyatı aparmaqla) və müştəri hesabında 100 min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olan şəxslər peşəkar investor sayılacaq.

Marja ticarəti investora baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir. Baza aktivinə qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri daxildir.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
peşəkar investor

SİF auditor yoxlaması xidməti üzrə kotirovka sorğusu elan edib

posted in: Audit, Xəbər | 0

SİF auditor yoxlaması xidməti üzrə kotirovka sorğusu elan edib

 

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) 2019-cu il üzrə Fondun fəaliyyətinin auditor yoxlaması xidməti üzrə kotirovka sorğusu elan edib.

Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reytinq cədvəllərində ilk yerlərdə olan və analoji maliyyə institutlarında kənar auditinin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər.

Qeyd edək ki, SİF-in 2018-ci il ərzində maliyyə hesabatının auditinin keçirilməsi “PricewaterhouseCoopers” (PwC) şirkətinə həvalə olunmuşdu.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
kotirovka sorğusu auditor yoxlaması

Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi

posted in: Vergi, Xəbər | 0

                               Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi Müvəqqəti əvəzetmə

Mənfəət vergisinin ödəyicisi olan işəgötürən tərəfindən işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin birinci hissəsində nəzərdə tutulan minimum məbləğdən daha artıq məbləğ ödənilərsə, həmin artıq məbləğ işəgötürənin vergi tutulan gəlirlərindən çıxıla bilərmi?

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Vergi ödəyicisinin müraciətində qeyd olunan halda işçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməli olan məbləğdən artıq ödənilmiş hissəsi işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirilməklə gəlirdən çıxılan xərclərə aid edilmir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
haqqın ödənilməsi Müvəqqəti əvəzetmə

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Bank, Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8 faizdən 7,75 faizə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə keçirdiyi mətbuat konfransında qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 9,5 faiz (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 13-də baxacaq.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi