Daha çox8
Daha çox8

ƏDV-nin əvəzləşdirilməsində yeniliklər gözlənilir

posted in: Vergi, Xəbər | 0

Kənd təsərrüfatı ƏDV öhdəliyi EDVAzərbaycanda büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsində yeniliklər gözlənilir. (ƏDV-nin əvəzləşdirilməsi)

Bu barədə Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulur.

Dəyişikliklərdə bildirilir ki, qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əlavə dəyər vergisinin əvəzləşdirilməsinə əsas vermir.

Bununla yanaşı, gömrük orqanları tərəfindən verilmiş idxalda əlavə dəyər vergisinin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

Yalan əqdlər çərçivəsində aparılan əməliyyatlar üzrə rəsmiləşdirilən sənədlər, habelə riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Mənbə: fed.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyətə cəlbetmə qaydası dəyişdirilir

posted in: Vergi, Xəbər | 0

Gələn ildən Azərbaycanda cinayət-prossessual qanunvericiliyinə uyğun olaraq vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarla aparılan səyyar vergi yoxlamalarının nəticələri istisna olmaqla, vergi qanunvericiliyinin pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il) keçəcəyi halda, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməyəcək və vergi öhdəlikləri yaranmayacaq.

Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçibsə, həmin şəxs qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergi qanunvericiliyinin pozulması

Azərbaycanda bu şəxslər üçün vergi güzəştlərinin müddəti dəyişdirilir

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda bu şəxslər üçün vergi güzəştlərinin müddəti dəyişdirilir

Azərbaycanda sənaye zonalarında və texnologiya parklarında fəaliyyət göstərən sahibkarlar üçün vergi güzəştinin müddəti dəyişdiridir.

Bu Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub. 

Dəyişikliklərə görə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıqlə məşğul olan, eləcə də şirkətlərin gəlir vergisi, əmlak və torpaq vergisi üzrə güzəştlərin müddəti 7 ildən 10 ilə qaldırılır. 

Güzəşt müddətinin 7 ildən 10 ilə qaldırılması həxmi şirkətlərin və sahibkarların xaricdən texnika və avadanlıq idxalına da aiddir. 

Mənbə: fed.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi güzəştlərinin müddəti

Tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ ləğv ediləcək

posted in: Vergi, Xəbər | 0

Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. (tikinti)

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin şəxslər vahid vergi rejimində  (əlavə dəyər vergisi (ƏDV)  və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində alqı-satqı müqavilələri üzrə nəzərdə tutulan ƏDV-siz məbləğlər və təqdim edilən həmin sahələrin tikintisinə çəkilən məsrəflər əsasında müəyyən ediləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Qeyd edək ki, qanun layihəsində keçid müddəaları da nəzərdə tutulub. Gələn il yanvarın 1-dək tikinti obyektlərinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş  vergitutma metodunu tıətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyəcək.

Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş məlumat formasını 2020-ci il 1 yanvar tarixədək təqdim etmədikdə tikilən binalar üzrə yaranan vergi öhdəlikləri bu qanunla müəyyən olunmuş qaydada yerinə yetiriləcək.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sadələşdirilmiş vergi ödəyicisi, tikinti
error: Content is protected !!