Azərbaycanda riskli vergi ödəyicilərinə nəzarət gücləndiriləcək

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda riskli vergi ödəyicilərinə nəzarət gücləndiriləcək

Gələn il yanvarın 1-dən Azərbaycanda riskli vergi ödəyicilərinə nəzarət gücləndiriləcək.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə təsdiq edilmiş meyarlara uyğun olan və barəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olan vergi ödəyicisidir.

Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və ya vergi sirri sayılmayacaq. Vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, bu hal onda növbədənkənar səyyar vergi yoxlaması və operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsas sayılacaq.

Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq. Habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal yetirməyi tələb edə bilər. Vergi orqanının bu halda verginin onun ödənildiyi tarixədək hesablamaq hüququ olacaq.

Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq. Riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura da əvəzləşdirməyə əsas olmayacaq.

Qanun layihəsi Milli Məclisin 12, 13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
riskli vergi ödəyiciləri

Vergilər Nazirliyi ləğv edilərək bu qurumun tərkibinə verildi

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi ləğv edilərək bu qurumun tərkibinə verildi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialın artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.

İqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.
  2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilsin (əlavə olunur).
  3. Müəyyən olunsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.
  4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əsasnaməsinin yeni layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. barələrində nizamnamə kapitalındakı dövlət payının idarə edilməsi funksiyaları həyata keçiriləcək kommersiya təşkilatlarının siyahısını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2019-cu il.

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 23oktyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu

  1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparatı (şöbələr və sektorlar).
  2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti.
  4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.
  5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri.
  6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad olunub

posted in: Vergi, Xəbər | 0

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad olunub

M.Ç.Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2019-cu il.

Mikayıl Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib

M.Ç.Cabbarovun Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2019-cu il.

Mənbə: president.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mikayıl Cabbarov Vergilər Naziri vergiler

Azərbaycanda yem və yem əlavələrinin satışı ƏDV-dən azad edilir

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda yem və yem əlavələrinin satışı ƏDV-dən azad edilir.


Gələn ildən Azərbaycanın heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi” barədə qanun layihəsində öz əksini tapıb.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV yem EDV