» » » Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda bu ildən başlayaraq quraşdırılan, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.

Bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəddə deyilir ki, ötən ilin sonuna qədər quraşdırılmış, müəyyən edilmiş meyarlara cavab verməyən və əvvəllər istifadədə olan analoqlarını əvəzləməyən nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəliklərindən çıxılmayacaq.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
nəzarət-kassa aparatları