Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırıldı

posted in: Xəbər | 0

Uşağın anadan olmasına görə birdəfəlik müavinətƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində növbəti addım kimi, uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı da elektronlaşdırılıb.

Bununla əlaqədar DOST Agentliyində mətbuat konfransı və yeni e-sistemin təqdimatı olub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya təyinatı avtomatlaşdırılıb. Nəticədə ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiya hüququ yaranmış şəxs özü müraciət etmədən və sənəd təqdim edilmədən ona elektron qaydada pensiya təyin edilir. Bununla yanaşı, ilin sonuna kimi 10-a qədər müavinət və təqaüd üzrə təyinatın avtomatlaşdırılması nəzərdə tutulub. Onlardan biri – uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı artıq elektronlaşdırılıb.

A.Kərimov diqqətə çatdırıb ki, uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. Təcrübə göstərir ki, həmin birdəfəlik müavinətin alınması prosesi hər iki valideyn işləmədiyi halda onlar üçün müxtəlif sənədlərin toplanması, təqdim edilməsi və s. baxımından müəyyən çətinliklər, həm də vaxt itkisi yaradırdı. Ona görə də bu amil nəzərə alınmaqla, uşağın anadan olmasına görə birdəfəlik müavinətin e-qaydada təyinatı xidməti ilkin mərhələdə məhz hər iki valideyn işləmədiyi halda həmin valideynləri əhatə edəcək. Növbəti mərhələdə isə müvafiq hazırlıq işlərindən sonra bu e-xidmət işləyən valideynləri də əhatə edəcək.

Nazir müavini deyib ki, cari ildə dövlət başçısı tərəfindən təqdim edilən və 4,2 milyon vətəndaşın rifahına  ciddi dəstək olan iki sosial paketin tərkib hissəsi kimi, ölkədə uşağın anadan olmasına görə birdəfəlik müavinət də 109 manatdan 200 manata çatdırılıb. Bu müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Göründüyü kimi, yeni e-sistemin tətbiqi il ərzində xeyli sayda insanın bu sahədə proaktiv xidmətlə təminatına, həmin müavinətin valideynlər tərəfindən alınmasında vətəndaş rahatlığına və məmnunluğuna imkan yaradacaq.

Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni sistemin təqdimatını edib.

Qeyd edilib ki, uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı (ilkin mərhələdə) hər iki valideyn işləmədiyi halda elektron qaydada həyata keçiriləcək.  Doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunacaq. Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayacaq.

Valideynlərin işləmədiyi barədə məlumat real vaxt rejimində elektron informasiya ehtiyatlarından əldə olunacaq. Birdəfəlik müavinət uşağın anasına (ana olmadıqda və ya digər istisna hallarda atasına) təyin ediləcək və bu barədə, həmçinin müavinəti hansı bankdan alacağı barədə  valideynə sms-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq. (SMS göndərilməsi üçün valideynin adına nömrə yoxdursa, o, məlumatı nazirliyin 142-Çağrı mərkəzindən və ya nazirlik yanında DSMF-nin yerli şöbəsindən əldə edə biləcək.

Təqdimatdan sonra jurnalistlərin sualları cavablandırılıb.

Mənbə: sosial.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət

Hesablama Palatası Maliyyə Bazarlarına Nəzarət Palatasında yoxlama aparıb

posted in: Xəbər | 0

Hesablama Palatası Maliyyə Bazarlarına Nəzarət Palatasında yoxlama aparıb

Hesablama Palatası

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

İclasda dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına ayrılmış vəsaitlərin istifadəsinə dair auditor hesabatı müzakirə edilib və müvafiq qərar qəbul olunub.

Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınmışdır.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar və “Hesablama Palatası tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydaları”nın layihəsi müzakirə olunaraq təsdiq edilib.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Hesablama Palatası MBNP

Estoniya vergi sistemi haqqında bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Estoniya vergi sistemi haqqında 

2-ci hissə

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Estoniyan vergi sistemi haqqında danışacağıq.

Dövriyyədən tutulan vergi (DTV) barədə daha ətraflı

DTV, VÖEN və ƏDV – Estoniyada bu ekvivalent anlayışdır və 20%-ə bərabərdir. Dövriyyədən tutulan vergiyə satılan mallar və ölkə ərazisində sahibkarlıq qaydasında göstərilən xidmətlər, eləcə də Estoniyaya idxal olunan mallar və xidmətlər cəlb olunur. Bəzi hallarda dövriyyədən tutulan vergi tarifi 9% (kitablar, dərmanlar, konsert və tamaşalar üçün biletlər) və ya 0%-ə (Estoniydan mallar və xidmətlərin ixracı) bərabər olur. Əgər, sahibkar Estoniya ərazisindən kənarda mal satır və ya xidmət göstərirsə, belədə dövriyyədən vergi ödəmir. Eləcə də mallar gömrük ərazisində və ya Avropa İttifaqı ərazisində satılırsa, bu halda da sözügedən vergi ödənilmir.

Dövriyyə vergisi ödəyicisinin qeydiyyatı

Gömrük və vergi departamenti 2004-cü ildən başlayaraq, Estoniya ərazisində fəaliyyət göstərən və illik dövriyyəsi 40 000 avro təşkil edən şirkətləri dövriyyədən vergi ödəyicisi kimi qeydiyyata alırlar.

Əgər, yeni və ya satın alınmış şirkət dərhal fəaliyyətə başlayırsa, yeni idarə heyəti illik 40 000 avroluq dövriyyəni  gözləmədən qeydiyyata düşə bilər. Adətən vergi ödəyicisi kimi ərizə verildikdən sonrakı 2-5 gün ərzində qeydiyyata düşmək olur.

Audit

Estoniya müəssisələri üç şərtdən ikisini yerinə yetirirlərsə, onda auditor yoxlamasından keçməlidirlər:

  • işçilərin sayı 30 nəfərdən başlayırsa;
  • gəlir 2 000 000 avro təşkil edirsə;
  • balansın həcmi 1 000 000 avro təşkil edirsə i və ya üç şərtdən biri;
  • gəlir 6 000 000 avro təşkil edirsə;
  • balansın həcmi 3 500 000 avro təşkil edirsə;
  • işçilərin sayı 90 nəfərdən başlayırsa.

Hesabatlar aşağıdakı dövlət orqanlarına təqdim edilir:

  • Əgər, eston müəssisələri VÖEN nömrəsi və ya əməkhaqqı alan işçilərə malikdirlərsə, vergi departamentinə hesabat verirlər. Hesabatlar hər ay: gəlir vergisi və sosial vergiyə görə ayın 20-nə kimi dövriyyədən olan vergiyə görə.
  • Estoniyanın kommersiya registri. Hər il yanvarın 1-dən iyunun 30-na kimi eston müəssisələri ötən maliyyə ilində fəaliyyətləri ilə bağlı təyin olunmuş formada maliyyə hesabatı təqdim edirlər.
  • Statistika departamenti (seçmə). Eston müəssisələri seçmə üsulla hər rübdə statistika departamenti qarşısında hesabat verirlər.
  • Estoniya Mərkəzi bankı (seçmə və çox nadir hallarda). Əgər, eston müəssisələrindən hansısa xarici iqtisadi fəaliyyətlə məşğul olursa, onlardan bir neçəsi mərkəzi bankın kriteriyaları əsasında seçilməklə rüb ərzində bir dəfə hesabat verməlidirlər.
Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Estoniya vergi sistemi

Vergilər Nazirliyi planın 77%-ni yerinə yetirib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi planın 77%-ni yerinə yetirib

2019-cu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 608 milyon 702 min manat məbləğində vergi və rüsum köçürülüb. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və rüsum köçürülmələrinin həcmi 5 milyard 306 milyonmanat təşkil edib. Beləliklə, hesabat dövründə nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 5,7% artıb.

Vergilər Nazirliyinin 2019-cu il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 milyard 316 milyon manat təşkil edir. Beləliklə, 9 ay ərzində plan 76,66% yerinə yetirilib.

Mənbə: banco.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergilər Nazirliyi