» » » Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (2-ci hissə)

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (2-ci hissə)

posted in: Müqavilələr, Xəbər | 0
birbank biznes

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız 

Əmək müqaviləsi xitam

Müddət bitərsə

Əmək müqaviləsi də adi müqavilə kimi müəyyən müddətə bağlana bilir ki, bu halda da müddətin bitməsi müqaviləyə xitam verilməsi üçün əsasdır.

Müqavilə müddəti bitdikdən sonra 1 təqvim həftəsi ərzində əgər tərəflərdən biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə xəbərdarlıq etməzsə, müqavilə uzadılmış hesab edilir. Xatırladaq ki, müddətin bitməsi halında müqaviləyə xitam verilməsi işdə saxlamağa üstünlük hüququ olanlar üçün də dəyişməyən hallardan biridir.

Əgər işçi əmək müqaviləsi müddətinin bitdiyi vaxt məzuniyyətdə, ezamiyyətdə, qismən ödənişli sosial məzuniyyətdə, iş yeri və əmək haqqı saxlandığı hallarda yaxud xəstəliyi ilə əlaqədar işə çıxmadığı halda işçi işə çıxan gündən 1 təqvim həftəsi müddət ərzində işəgötürən müqaviləyə xitam verə bilər.

Qeyd etmək mütləqdir ki, müddətsiz bağlanmış yaxud 5 il müddətdən artıq davam etmiş müqavilələrə müddətin bitməsi əsası ilə xitam verilə bilməz.

Müəllif: Praktiki Hüquqşünas Şəhriyar Həbilov

Məqalənin 1-ci hissəsini oxumaq üçün bu linkə daxil ola bilərsiniz.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmək müqaviləsi xitam