» » » Dünyanın ən bahalı sikkəsinin dəyəri açıqlanıb

Dünyanın ən bahalı sikkəsinin dəyəri açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

    Dünyanın ən bahalı sikkəsinin dəyəri açıqlanıb sikkə

Dünyanın ən nadir sikkələrindən biri olan və eramızın 732 ilinə aid qızıl dinar satışa çıxarılmışdır. The Daily Mail nəşri xəbər verir ki, satışa çıxarılan dinarın ilkin qiyməti 1,5 milyon funt sterlinq (1,88 milyon ABŞ dolları) təşkil edir.

Hazırda dünyada onlarla belə sikkə var: onların əksəriyyəti şəxsi kolleksiyalarda və ya muzeylərdə saxlanılır. “Bu sikkə möhtəşəmdir. O, nəinki yaxşı qorunub saxlanılıb, həm də maraqlı, nadir və olduqca mühüm tarixi sənəddir” – islam sikkələri üzrə ekspert Stiven Llloyd belə söyləyir. Dinarın hazırlandığı qızıl Məkkə yaxınlığında, hələ indiyədək  fəaliyyət göstərən qızıl mədənindən əldə olunub. Satış oktyabrın 24-ə təyin olunub.

Sentyabrın sonlarında Londondonda keçirilən hərracda VIII Eduardın –  hansı ki, kral olmaq nəsib olmayıb – profili həkk olunmuş və bürüncdən hazırlanmış penni nümunəsi satılıb. The Sun nəşrinin məlumatıa görə, həmin sikkə 133 min funta (165 min ABŞ dolları) satılıb ki, bu da başlanğıc qiymətdən demək olar ki, iki dəfə çox olub. Misdən hazırlanan penni nümunələri kralın tacqoyma mərasimi üçün hazırlanıbmış, lakin, VIII Eduard könüllü şəkildə taxt-tacdan imtina edib.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
sikkə