» » » Vergilər nazirinin müavini Sahib Ələkbərov vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini Sahib Ələkbərov vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər nazirinin müavini Sahib Ələkbərov Hacıqabulda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavini

Vergilər nazirinin müavini Sahib Ələkbərov 24 oktyabr 2019-cu il tarixində Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 15) Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 17-22 oktyabr 2019-cu il tarixlərində Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergilər nazirinin müavini