Mal material üzrə Mühasib tələb olunur

Vakansiya Mühasib Mal materialVakansiya: Mal material üzrə Mühasib / İşəgötürən: Kristal Abşeron MTK

  • Əmək haqqı: 600 AZN
  • Şəhər: Bakı
  • Yaş: 25 – 38 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@kristalabsheron.az / info@finstaff.az

Vakansiya barədə məlumat:

– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
– Daxil olunan mal-materialların uçotunu aparmaq, proqram təminatına daxil etmək.
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
– Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
– Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
– İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 600 AZN-dən

Mühasib üçün tələblər:

– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
– Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analoji sahədə ən azı 3 il iş təcrübəsi (tikinti şirkətlərində təcrübəsi arzuolunandır);

Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq

– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
– 1C yüksək səviyyədə bilmək
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

Elektron ünvan: hr@kristalabsheron.az / info@finstaff.az

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib Mal material

2000 AZN əmək haqqı ilə Baş Mühasib tələb olunur

Baş Mühasib VakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: BERC Group

  • Əmək haqqı: 1500 – 2000 AZN
  • Şəhər: Bakı
  • Yaş: 24 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rəşad Ağayev
  • Telefon: (012) 555-14-85 / (050) 555-14-85
  • E-mail: hr@bercgroup.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Mövcud uçotun təhlil olunması və müvafiq hesabatların hazırlanması
– Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək
– Əməliyyatları 1C proqramında aparmaq
– Tabeçiliyində olan əməkdaşların icra etdikləri əməliyyatlara nəzarət etmək
– İş qrafiki: həftə içi 09:00-dan 18:00-dək
– Sabit əmək haqqı 1500 AZN
– İş yükündən və nəticədən asılı olaraq əmək haqqına 500 AZN-ə qədər əlavə bonuslar olacaqdır
– Ünvan: Bakı şəh., Nəsimi ray., Tbilisi prospekti, 3007-ci məhəllə (20 Yanvar metrosunun çıxışı, Bravo marketin yanı)

Baş Mühasib üçün tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analitik qabiliyyətə, ünsiyyət və idarəetmə təcrübəsinə malik olmaq
– Analoji sahədə 2 illik iş təcrübəsinə malik olmaq
– Mühasibat Uçotu üzrə yüksək biliklər (ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür)
– Vergi və Kadr uçotu üzrə biliklərə sahib olmaq
– 1C proqramını yüksək səviyyədə bilmək
– Məsuliyyətli, təşəbbüskar və innovativ olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına və davranış keyfiyyətlərinə malik olmaq
– Xarici dil bilikləri (Rus və İngilis dili) olan namizədlərə üstünlük veriləcək

CV-lərinizi fotoşəkil ilə birlikdə hr@bercgroup.az / info@finstaff.az elektron ünvana Baş Mühasib başlığı altında göndərməyiniz mütləqdir.

Mənbə: finstaff.az
Bax: 


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Baş Mühasib

Bakıda vergitutma mövzusuna həsr olunmuş regional iclas işə başlayıb

posted in: Xəbər | 0

Bakıda vergitutma mövzusuna həsr olunmuş regional iclas işə başlayıb

Oktyabrın 8-də Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclas öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson iştirakçıları salamlayıb. Və iclasın keçirilməsinin əsas məqsədinin BEPS layihəsinin Avrasiya ölkələrində tətbiqi prosesinin müzakirəsi olunmasını qeyd edib.

Bildirilib ki, “İyirmilər qrupu” (G20) və OECD tərəfindən “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə” layihəsi hazırlanıb. Bu tədbirlər paketi vergitutma bazasının aşınmasına imkan yaradan hallarla mübarizə məqsədilə dövlətlərin daxili qanunvericilikləri və bağladıqları beynəlxalq sazişlərdə OECD tərəfindən standart kimi qəbul edilən müddəaların əksini tapmasını nəzərdə tutur. OECD və IOTA-nın birgə təşkilatçılığı ilə hər il keçirilən bu kimi tədbirlər Avrasiya ölkələrinin mütəxəssisləri üçün səmərəli platformaya çevrilib. Hazırda bu layihəyə 134 ölkə qoşulub.

Tədbirdə çıxış edən Vergilər nazirinin müavini İlkin Vəliyev regional iclasın Bakıda təşkilinə verdiyi dəstəyə görə IOTA və OECD rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, inkişaf etmiş beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi vergidən yayınma ilə mübarizədə uğurlu yollardan biridir. Azərbaycanın vergi sistemini qabaqcıl təcrübələrə və beynəlxalq standartlara uyğun inkişaf etdirmək baxımından OECD Vergi Siyasəti və İdarəetmə Mərkəzi və IOTA əhəmiyyətli bir platformadır. Nazir müavini Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, “kölgə iqtisadiyyatı”nın azaldılması və vergi mühitinin yaxşılaşdırılması, qeyri-rəsmi əmək bazarının leqallaşdırılması, daha səmərəli vergi güzəştləri vasitəsilə kiçik və orta sahibkarlığın inkişafının təşviq edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb.

Diqqətə çatdırılıb ki, ölkələrin gəlir mənbələrini qorumaq üçün beynəlxalq müstəvidə yeni standartlar hazırlanıb. Bu mənada, OECD və G20 ölkələri tərəfindən təqdim olunan BEPS layihəsi qlobal miqyasda getdikcə artan və dərinləşən vergi problemlərinə çox spesifik və vahid yanaşmanı ehtiva edir və vergi administrasiyalarına onları həll etmək üçün əlverişli vasitələr təqdim etməkdədir.

Nazir müavini qeyd edib ki, Azərbaycan hələ BEPS İnklüziv Çərçivəsinə qoşulmasa da, məlumat mübadiləsində beynəlxalq standartların tətbiqi üçün mühüm işlər görülüb və bu fəaliyyət hazırda davam etdirilir. “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” mövzusunda davam edən Tvinninq layihəsinin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini ümumi məqsədin Vergilər Nazirliyi tərəfindən səmərəli transfer qiymət qanunvericiliyinin və transfer qiymətləndirmə təftişinin tətbiqi və həyata keçirilməsi olduğunu bildirib.

Vergilər Nazirliyinin, yerli və xarici dövlət orqanlarının, özəl sektor, təhsil müəssisələri, beynəlxalq və regional təşkilatlardan 80-ə yaxın nümayəndənin iştirak etdiyi regional iclasın öz işini oktyabrın 10-dək davam etdirməsi nəzərdə tutulur.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
regional iclas Vergitutma

Vergilər nazirinin birinci müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin birinci müavini Masallıda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 2019-cu il oktyabrın 15-də Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Füzuli küçəsi, 6) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 8-11 oktyabr 2019-cu il tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergilər