Vergilər Nazirliyi könüllü fəaliyyətlə bağlı növbəti mərhələni elan edir

posted in: Xəbər | 0

                                       Vergilər Nazirliyi könüllü fəaliyyətlə bağlı növbəti mərhələni elan edir Könüllü fəaliyyət)

Könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur. (

“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunur.

Vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Bakı şəhəri və respublikamızın regionlarında fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi faəliyyət göstərmək üçün 16.10.2019-cu il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları (və ya təhsil aldıqları) ünvana uyğun aparılacaqdır.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Könüllü fəaliyyət

Vakansiya: Mühasib tələb olunur – IWG Consulting

Mühasib VakansiyaVakansiya: Mühasib / İşəgötürən: IWG Consulting

  • Əmək haqqı: 400 – 600 AZN
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Hüseyn Quliyev
  • Telefon: (012) 448-17-71 / (055) 449-22-26
  • E-mail: huseyn@elplastk.az / info@finstaff.az

Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – cümə, 09:30-dan 18:00-dək
– Şənbə-Bazar günü istirahət günüdür

Mühasib üçün tələblər

– Ali təhsilli
– Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi Mühasib başlığı altında huseyn@elplastk.az / info@finstaff.az ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya Mühasib

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

posted in: Vergi, Xəbər | 0

Sadələşdirilmiş verginin ödəmə mənbəyində tutulması

Sual:

Vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış qeyri-yaşayış sahəsi açıq hərrac qaydasında təqdim edilərkən hərrac təşkilatı tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulurmu?

Cavab:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, açıq hərrac qaydasında təqdim olunmuş yaşayış və qeyri-yaşayış sahələrinə görə hərracın nəticələrini təsdiq edən təşkilatlar tərəfindən sadələşdirilmiş vergi tutulur. Lakin vergi borcunun ödənilməsi ilə bağlı siyahıya alınmış yaşayış və qeyri-yaşayış sahələrinin açıq hərrac qaydasında təqdim edilməsindən vergi tutulmur.

Əsas: Vergi Məcəlləsi, 150.1.13-cü maddə

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Sadələşdirilmiş vergi

Notariuslar Vergilər Nazirliyinə xüsusi forma üzrə bəyannamə verəcəklər

posted in: Vergi, Xəbər | 0

Notariuslar Vergilər Nazirliyinə xüsusi forma üzrə bəyannamə verəcəklər

Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Qərarda sənədə aşağıdakı məzmunda abzas əlavə edilib:

“Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinə məlumat və Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə (hesabat) verirlər”.

Mənbə: vergiler.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
bəyannamə