Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək? (1-ci hissə)

posted in: Xəbər | 0

Bu dəfəki yazımızda qanunvericiliyin mövqeyinə və səlahiyyətli orqanların həyata keçirdiyi hüquqi tədbirlərinə istinad edərək haqlı olduğunuz hallarda hara və necə şikayət edə biləcəyimiz barədə məlumat verməyə çalışacağıq. Əvvəla daha çox rastlaşdığımız hallardan biri kimi ictimai yerlərdə və ya yaşayış evlərində gecə saat 24-dən səhər 7-yə kimi səs-küy salmağa, mahnı oxumağa, gur səslə mahnı oxutmağa görə Daxili İşlər Nazirliyinə müraciət edə bilərsiniz.

Yazının 2-ci hissəsini oxumaq üçün bu linkə daxil olun.

Oğurluq, soyğunçuluq, quldurluq, döymə, sağlamlığa xəsarət yetirmə, avtoqəza hallarında da Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.

Xidmət göstərən, məhsul satan şəxslərin keyfiyyətsiz xidmət göstərməsi və ya məhsul satmasına görə, həmçinin haqsız rəqabətə və ya inhisarçılığa yol verilməsinə görə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.

Heyvan kəsim yerlərindən kənarda kəsimlərin aparılması, qida məhsullarının sanitar qaydalara zidd olaraq hazırlanması hallarında şikayətinizi Qida Təhlükəsizliyi Agentliyinə bildirə bilərsiniz.

Təhsil, tibb müəssisələrində, nəqliyyatda, bərbərxana, kosmetoloji xidmət müəssisələrində sanitariya-epidemioloji qaydaların pozulmasına görə Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Sərnişin daşıma qaydalarının pozulmasına, sərnişin daşıma həyata keçirilərkən tütün çəkilməsinə, gediş haqqının yüksək tətbiq edilməsinə, müntəzəm şəhərdaxili marşrutlarda daşıma ilə əlaqəsi olmadığı halda audio cihazlardan istifadə edilməsi hallarına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərində isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərsiniz.

Bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin qanun pozuntularından Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilərsiniz.

Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:

Daxili İşlər Nazirliyihttps://e-muraciet.mia.gov.az/

102 – qaynar xətti


İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətihttp://www.consumer.gov.az/az/contact-form

195-2 qaynar xətti


Qida Təhlükəsizliyi Agentliyi http://afsa.gov.az/az/contact

Əlaqə – 1003


Səhiyyə Nazirliyihttp://www.sehiyye.gov.az/?do=faq&form


Qaynar xətt məlumatlarıhttp://www.sehiyye.gov.az/unvan.html


Bakı Nəqliyyat Agentliyihttp://bna.az/az/contact

Çağrı mərkəzi – 141


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyihttp://www.mincom.gov.az/az/view/feedback/

Əlaqə – 1655


Maliyyə Bazarlarına Nəzarət Palatasıhttps://www.fimsa.az/az/contact

Çağrı mərkəzi – 966


Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Yazının 2-ci hissəsini oxumaq üçün bu linkə daxil olun.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
şikayət müraciət

Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: QOÇ ƏT MMC

  • Əmək haqqı: 500 – 600 AZN
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Məmmədov Saday Allahverdi oğlu
  • E-mail: hr@qocet.az / info@finstaff.az
  • Telefon: (055) 525-14-97

Vakansiya barədə məlumat

– Vergi və mühasibat uçotunun aparılması
– Vergi hesabatlarının hazırlanması (ƏDV; ÖMV; Mənfəət, gəlir vergisi)
– İşsizlikdən sığorta, MDSS hesabatlarının hazırlanması
– Statistika hesabatlarının hazırlanması
– Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası
– Əmək haqqı, məzuniyyət, xəstəlik və ezamiyyə vərəqəsi üzrə hesablamaların aparılması
– Elektron qaimə fakturaların yazılması
– Bank və kassa əməliyyatları
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Həftədə 6 iş günü ( 9:00-18:00),6-cı gün 15:00-dək
-Nahar şirkət tərəfindən verilir
-İş yeri Qaradağ rayonu,Lökbatan qəsəbəsi

Mühasib üçün tələblər

– 1 C,Akinsoft proqramlarından hər hansı birində işləməyi bacarmalı
– Ofis proqamlarını bilməli-MS office (Word,Excel,Outlook)
– Problem həll etmək bacarığına malik
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Ünsiyyətqurma və komandada işləmək bacarığı
– Analitik təhlil və operativlik bacarığı
-25-40 yaş arası

CV-lərinizi hr@qocet.az / info@finstaff.az ünvanına göndərin.

Mənbə: finstaff.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Təsisçi və direktor eyni adam olduqda yazılı müqavilə bağlanmalıdır?

posted in: Xəbər | 0

Təsisçi və direktor eyni adam olduqda yazılı müqavilə bağlanmalıdır?

təsisçi direktor müqavilə

Sual:

Müəssisənin təsisçisi eyni zamanda müəssisənin direktorudur. Bu halda direktorla əmək müqaviləsi baglanmalıdırmı?

Cavab:

Bildiririk ki, cəmiyyətin rəhbər və təsisçisinə ayrı-ayrı şəxslər kimi baxıldığından hüquqi şəxsin təsisçisinin eyni zamanda həmin hüquqi şəxsin rəhbəri olmasından asılı olmayaraq rəhbər və digər işçilərlə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində həmin hüquqi şəxs çıxış edir.

Hüquqi şəxsin təsisçilərinin təsis müqaviləsində və ya iştirakçılarının ümumi yığıncağının qərarında hüquqi şəxsin adından onun rəhbəri ilə əmək müqaviləsi bağlamaq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti təsisçilərdən birinə həvalə oluna bilər. Bu baxımdan hüquqi şəxslə onun rəhbəri arasında əmək münasibətləri əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Hüquqi şəxslə onun digər işçiləri arasında bağlanmış əmək müqavilələri üzrə bildirişlər hüquqi şəxsin rəhbəri tərəfindən elektron informasiya sisteminə daxil edilir.

Əlavə olaraq bildiririk ki, “Elektron imza olmadan Mobil nömrə və FİN kodla Yerli İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətlərin onlayn dövlət qeydiyyatı” prosesi zamanı istifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını, ən azı bir müqavilə-təmsilçinin (rəhbərin) müqaviləsini sistemə daxil etməlidir.

Bu halda MMC ilə işçilər arasında bağlanmış əmək müqavilələrinin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə birbaşa ötürüldüyü üçün, əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab olunur. İşçilərlə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Mənbə: taxes.gov.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
təsisçi direktor müqavilə

Fərdi sahibkarın aktivlərinin təqdim edilməsi zamanı yaranan vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Fərdi sahibkarın aktivlərinin təqdim edilməsi zamanı yaranan vergi öhdəliyi

Vergi Məcəlləsinin 99.2.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsi və həmin Məcəllənin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiyməti artdığı halda həmin aktivlərin təqdim olunması zamanı yaranan vergi öhdəliyinin müəyyən edilməsi zamanı müxtəlif suallar yaranır. Həmin suallara iqtisadçı ekspert İsmayıl Bağırov aydınlıq gətirir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsi və ilkin qiyməti artdığı halda aktivlərin təqdim olunması zamanı yaranan vergi öhdəliyinin müəyyən edilməsidir. Bu maddələri daha yaxşı anlamaq üçün əvvəlcə aktivlərin dəyərinin necə yarandığını müəyyənləşdirmək lazımdır. Məcəllənin 143-cü maddəsində göstərilir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması, qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

143-cü maddəyə əsasən, əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım aktivlərin dəyərinə daxil deyildir. Ona görə də aktivlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna olmaqla, Vergi Məcəlləsinin 99.2.1 maddəsinə əsasən, sahibkarlıq fəaliyyətində istifadə olunan aktivlərin təqdim edilməsindən əldə olunan gəlirlər sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir. Vergi Məcəlləsinin 99.3.8-ci maddəsində isə deyilir ki, vergi ödəyicisinin aktivlərinin ilkin qiyməti artdığı halda, həmin aktivlərin təqdim edilməsindən əldə olunan gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilir.

Misal 1: Şirniyyat məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkarın balansında ilkin dəyəri 30.000 manat olan avadanlıq var və həmin avadanlığın qalıq dəyəri 25.000 manatdır. Fərdi sahibkar həmin avadanlığı satmaq istəyir və buna görə də lisenziyası olan qiymətləndirmə firması ilə müqavilə bağlayaraq avadanlığını yenidən qiymətləndirir. Nəticədə avadanlığın qiyməti 35.000 manat təşkil edir. Vergi ödəyicisi həmin avadanlığı 45.000 manata satır. Bu halda qeyd olunan əməliyyatlardan fərdi sahibkarın əldə etdiyi gəlir aşağıdakı kimi olur:

Göründüyü kimi, avadanlığın yenidən qiymətləndirilməsindən yaranan dəyəri – 35.000 manat ilə ilkin dəyəri 30.000 manat arasındakı fərq 5.000 manatdır (35.000 – 30.000 = 5.000). Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, aktivin ilkin qiymətinin artığını göstərən 5.000 manat məbləğ qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir və ondan 700 manat (5.000 x 14% = 700) vergi hesablanacaqdır.

Fərdi sahibkarın sahibkarlıqdan əldə etdiyi gəliri avadanlığın satış qiyməti olan 45.000 manatdan avadanlığın qalıq dəyəri 25.000 manatı və yenidən qiymətləndirmədən alınan 5.000 manatı (35.000-30.000) çıxdıqdan sonra qalan 15.000 manat (45.000-25.000-5.000) təşkil edir. Vergi Məcəlləsinin 99.2.1 və 99.2.3-cü maddələrinə əsasən, 15.000 manat sahibkarlıq fəaliyyətindən gəlirlərə aiddir və ondan 3.000 manat (15.000 x 20% = 3.000) vergi hesablanacaqdır.

Misal 2: Şirniyyat məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkarın balansında ilkin dəyəri 30.000 manat olan avadanlıq var və həmin avadanlığın qalıq dəyəri 25.000 manatdır. Fərdi sahibkar həmin avadanlığı satmaq istəyir və buna görə də lisenziyası olan qiymətləndirmə firması ilə müqavilə bağlayaraq avadanlığını yenidən qiymətləndirir. Nəticədə avadanlığın qiyməti 28.000 manat təşkil edir. Vergi ödəyicisi həmin avadanlığı 45.000 manata satır. Bu halda qeyd olunan əməliyyatlardan fərdi sahibkarın əldə etdiyi gəlir aşağıdakı kimi olur:

Fərdi sahibkarın avadanlığının yenidən qiymətləndirilməsindən yaranan dəyəri 28.000 manat, ilkin dəyəri olan 30.000 manatdan azdır. Avadanlığın yenidən qiymətləndirilməsindən yaranan dəyəri ilkin dəyərindən az olduğu üçün, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən vergi öhdəliyi yaranmır. Amma fərdi sahibkarın Vergi Məcəlləsinin 99.2.1 və 99.2.3-cü maddələrinə əsasən sahibkarlıqdan əldə etdiyi gəliri avadanlığın satış qiymətindən – 45.000 manatdan avadanlığın qalıq dəyəri – 25.000 manat çıxdıqdan sonra qalan 20.000 manat (45.000-25.000) olacaqdır ki, ondan da 4.000 manat (20.000 x 20% = 4.000) vergi hesablanacaqdır.

Mənbə: vergiler.az

Həmçinin bax:


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi öhdəliyi