» » » Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir

Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir

posted in: Xəbər | 0
birbank biznes

Hadı Rəcəbli: “Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir”

dsmf

 

“Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiyada olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb: “Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. Ona görə də insanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq”.

Mənbə: report.az



Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
dsmf