Karantin zamanı evdən işləmək qaydaları: bunu necə yaşamalı? (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Karantin zamanı evdən işləmək qaydaları: bunu necə yaşamalı?

1-ci hissə

Evdən çalışmağa başlayanlar üçün bir neçə məsləhət

Koronavirus infeksiyasının yayılması həyatın bütün sahələrinə öz təsirini göstərib. Dünya ölkələrinin əksəriyyətində xəstəliyin qarşısının alınmasından ötrü karantin rejimi tətbiq olunub, ona görə də işçilərin əksəriyyəti evdən, yəni, məsafədən çalışmağa keçiriliblər. Sağlamlığa mənfi təsir olmadan və ofis üçün darıxmadan evdən necə səmərəli işləmək olar, bununla bağlı TCH.ua saytı araşdırma aparıb.

Karantin zamanı iş yerini necə qurmalı?

Bu siyahıda ilk maddə – bu, iş zonasıdır. İdealda bu ayrıca bir otaq olmalıdır, lakin, hamının belə bir imkanı yoxdur. O səbəbdən otaqda stol günəş işığı düşən yerə yaxın qoyulmalıdır.  Rahat kreslo və ya stul. Kompüter arxasında çox saatlıq iş onurğa sütununa və çiyinlərə çox güclü təsir edir, bu təsiri azaltmaq üçün stul düzgün hündürlükdə olmalıdır, bundan əlavə stulun söykənəcəyi də elə olmalıdır ki, sizin rahat işləməyinizə müsbət təsir göstərə bilsin.  Yəni, maksimum rahatlığı təmin edə bilsin.

Stasionar kompüter noutbukdan daha rahatdır, çünki onu gözlərdən bir qədər uzaq və lazımi hündürlükdə tutmaq mümkündür. Əgər monitorda mətnin yuxarı sətirləri gözlərin səviyyəsindədirsə – siz kompüteri düzgün yerləşdirmisiniz.

Ekrandan sifətə qədər olan minimum məsafə 40 sm olmalıdır, ideal varinatda isə belə məsafə yarım metrə çatdırılmalıdır. Mütəxəsislər əlin ovcuna uyğunlaşdırılmış və kompüterə naqilsiz bağlı olan mause istifadə etməyi tövsiyə edirlər.

Əgər sizdə noutbukdursa, əllərinizi artıq gərginlikdən qorumaq məqsədilə mütəxəssislər ona ayrıca klaviatura qoşmağı məsləhət bilirlər. Noutbukun özünü gözlər səviyyəsinə qaldırmaq məqsədilə isə altına kitablar qoymaq mümkündür ki, bu yolla boyun fəqərəsinin gərginliyini aradan qaldırmaq mümkündür.

İş stolunda təmizliyə riayət etmək lazımdır. Gündə bir dəfə antiseptik vasitələrlə mause və klaviaturanı təmizləmək lazımdır. Kompüter arxasına keçməzdən öncə əlləri də ən azından 20 saniyə ərzində yumaq lazımdır.

İş çox mühümdür, amma, sağlamlığı da unutmamalıyıq

Otağı müntəzəm olaraq havalandırma lazımdır, əgər otaqda bir nəfərdən çox işləyən varsa, hər saatdan bir hava təmizlənməlidir. Elə bunun özü stol arasından qalxmaq və bir qədər gəzişmək üçün sizə “bəhanə” verə bilər. Bundan əlavə, koronavirus səbəbiylə həkimlər təkcə otağı deyil, ümumilikdə bütün otaqları da havalandırmağın zəruri olduğunu söyləyirlər.

Bədən tərbiyəsi. Həkimlər hər saatdan bir sadə bədən hərəkətləri etməyi tövsiyə edirlər. Belə etməklə siz öz beyninizə fasilə vermiş olursunuz, bədəninizdə qan dövranını normallaşdırırsınız, əlləriniz və onurğa sütünunu yükdən azad edirsiniz.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bəyannamələrin təqdim edilməsi və vergi ödənişinin son müddəti artırıldı

posted in: Xəbər | 0

vergi orqanlarıBəyannamələrin təqdim edilməsi və vergi ödənişinin son müddəti artırıldı.


Hörmətli vergi ödəyiciləri!

Məlum olduğu kimi, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, ƏDV ödəyən vergi ödəyiciləri ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyirlər.

Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir.

Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə dəyər, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilmişdir.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30 000 manatdan artıq ianə edib

posted in: Bank, Xəbər | 0

BirBank istifadəçiləriBirBank istifadəçiləri koronavirusla mübarizəyə 30 000 manatdan artıq ianə edib.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. Artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə formasında “xərcləyə” bilərlər.

Funksiya tətbiq olunan zamandan, bir neçə gün ərzində artıq 30 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ hazırda artmaqdadır.

Bundan başqa mobil tətbiqdə koronavirusla bağlı xüsusi bölmə yaradılıb. Bu bölmədə virusla bağlı statistik məlumatlar, xəbərlər, virusun simptonları və diaqnostika, virusa yoluxmamaq üçün atılan addımlar və ən çox verilən suallara cavablar yerləşdirilib. Həmçinin tətbiq üzərindən təxirə salınmaz tibbi yardım üçün yaradılan qaynar xəttə də zəng etmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-nin əvəzləşdirmək hüququ olmadığı halda 159.6-cı maddə tətbiq edilir?

posted in: sual-cavab, Xəbər | 0

ƏDV-nin əvəzləşdirmək hüququ olmadığı halda 159.6-cı maddə tətbiq edilir?

Sual:

159.6. maddəyə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.

Həmin mallar sadələşdirilmiş vergi ödəyicisindən alınarsa və ya ƏDV ödəyicisindən alınıb, lakin əvəzləşdirmək hüququ olmazsa (məsələn ƏDV nağd ödənilərsə) yaxud ƏDV-ni əvəzləşdirmək hüquq olduğu halda əvəzləşdirmə aparılmazsa 159.6. maddənin müddəaları tətbiq edilir?

Cavab:

Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən isə bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır.

Göründüyü kimi malları alarkən Əlavə Dəyər Vergisi ödəyən, lakin ödənilmiş bu ƏDV məbləğini əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Bu halda malların ƏDV-nə cəlb olunan əməliyyatlar nəticəsində əldə olunması o deməkdir ki, belə mallar yalnız müəyyən olunmuş qaydada elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməklə və Əlavə Dəyər Vergisi ödəməklə əldə edilmiş olsun.

Digər hallarda Vergi Məcəlləsinin bu maddəsinin müddəaları tətbiq olunmur. Əlavə Dəyər Vergisi ödənilmədən əldə edilmiş əsas vəsaitlərə gəldikdə, Əlavə Dəyər Vergisi qeydiyyatı ləğv edilərkən vergi ödəyicisinin sahibliyində qalan, əvvəllər Əlavə Dəyər Vergisiz əldə olunan və əldə edilərkən Əlavə Dəyər Vergisi əvəzləşdirilməmiş əsas vəsaitlər həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Bu halda amortizasiya hesablanan əsas vəsaitlərə Əlavə Dəyər Vergisi, həmin əsas vəsaitlərin qalıq dəyərinə əsasən hesablanır.

Əlavə olaraq onu da bildiririk ki, Vergi Məcəlləsinin 161.3-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin Əlavə Dəyər Vergisi nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur.

Vergi tutulan əməliyyatın dəyəri Vergi Məcəlləsinin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda Vergi Məcəlləsinin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə, əldə qalan mallara da tətbiq edilir. Məcəllənin 166.4-cü maddəsinin müddəalarına uyğun olaraq Vergi Məcəlləsinin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır.

Mənbə: taxes.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun