Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

dövlət reyestrindən çıxarışXidmətin adı: Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın verilməsi. dövlət reyestrindən çıxarış

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) – dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun – “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – “İnformasiya əldə etmək haqqında” 30.09.2005-ci il tarixli 1024-IIQ nömrəli Qanunun 24-cü maddəsi – “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri – Vergilər nazirinin 14.03.2019- cu il tarixli 1917040100291100 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Naxçıvan MR VN-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Dövlət reyestrindən çıxarış

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
dövlət reyestrindən çıxarış

Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

posted in: Xəbər | 0

Vergi Məcəlləsi seminarSahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib.


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təkliflərini hökumətə təqdim edib. ASK-dan bildirilib ki, Sahibkarlar Konfederasiyası koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini müəyyən etmək məqsədilə bayram günlərində sahibkarlarla və aidiyyəti dövlət orqanları ilə birbaşa əməkdaşlıq şəraitində çalışıb.

Məlumdur ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsiri, ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə 4 İşçi Qrupu yaradılıb.

İşçi Qruplar real vəziyyətin araşdırılması və infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq olunan məhdudiyyətlərdən birbaşa və ya dolayısı ilə əziyyət çəkmiş iqtisadi subyektlərin və vətəndaşların müvafiq dövlət dəstəyi ilə təmin olunması üzrə təkliflər hazırlayır. Dövlətin sosial tərəfdaşı olan ASK da öz növbəsində təmsil etdiyi özəl sektordakı sahibkarların ən böyük platforması kimi sahibkarlarla birgə məsləhətləşmələr əsasında hazırlanmış təkliflər paketini aidiyyəti İşçi Qruplara təqdim edib.

Qeyd edək ki, ötən müddətdə ASK-nın tərkibində fəaliyyət göstərən 14 sahəvi komissiyanın işi daha da gücləndirilmiş və toplanan təkliflər hüquqi çərçivəyə salınıb. Sahibkarlara göndərilən yazılı sorğulara verilən cavablar analiz edilib, onlardan onlayn iclaslar yolu ilə təkliflər toplanıb. Eləcə də Azərbaycanın bölgələrində fəaliyyət göstərən ASK-nın 40-dan çox nümayəndəsi də bu proseslərə cəlb olunaraq ümumilikdə ölkədəki iqtisadi vəziyyətlə bağlı əhatəli məlumatlar toplanıb.

Təkliflər Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin və konfederasiyanın digər rəhbər şəxslərinin təmsil olunduğu İşçi Qrupların iclaslarında müzakirəyə çıxarılıb.

ASK-nın irəli sürdüyü təkliflər paketi genişdir və ziyan çəkmiş bütün sahibkarlıq sahələrini əhatə edir. Təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi, icarə haqqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən subsidiyalaşdırılması, su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması, işəgötürənlərə, işçilərə dövlət dəstəyinin göstərilməsi və sair təkliflər daxildir.

İşçi Qruplar bu müzakirələrin nəticələri əsasında təkliflər paketinin son variantını hazırlamalıdır.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nümunə üçün verilən mallar necə sənədləşdirilir?

posted in: sual-cavab, Xəbər | 0

Nümunə üçün verilən mallar necə sənədləşdirilir?


Sual:

Şirkət, özünün istehsal etdiyi məhsuldan əvəzsiz qaydada təqdim edirsə ( məhsulun yoxlanması üçün başqa şirkətlərə nümunə olaraq , tanıtım/reklam olaraq məhsulları paylamaq üçün, öz daxili istifadəsi üçün), o zaman həmin məhsullar vergitutma və gəlirlərin (xərclərin) uçotunun aparılması baxımından necə sənədləşdirilməlidir?

Cavab:

Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi malların təqdim edilməsi anlamını verir və bazar qiyməti nəzərə alınmaqla vergiyə cəlb olunur.

Qeyd olunan malların təqdim edilməsi “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda müəyyən olunmuş formada elektron qaimə-faktura və elektron vergi hesab-faktura əsasında sənədləşdirilməlidir.

Əsas:

Vergi Məcəlləsinin 13.2.10-cu, 130.1-1-ci maddələri, 16 iyun 2017-ci il tarixli 1460 saylı “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Mənbə: taxes.gov.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi orqanlarına işə qəbul üzrə test imtahanı təxirə salınıb

posted in: Vergi, Xəbər | 0
dividendVergi orqanlarına işə qəbul üzrə test imtahanı təxirə salınıb.
Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.
Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun