Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur

posted in: Xəbər | 0

iqtisadi paketin icrasıPrezident: “Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur”

“Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur. Eyni zamanda sosial paket işləyən vətəndaşların işlərinin itirilməməsi üçün sahibkarlara çağırış və nəyinki çağırış, sahibkarlara dəstək olunacaq. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar və kim onlara dəstək verməlidir?! Əlbəttə ki, dövlət və hər zaman olduğu kimi dövlət və dövlət bunu edib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

“Ona görə həm xəstəliyə qarşı mübarizədə, həm iqtisadi fəallığın təmin edilməsi, eyni zamanda sosial məsələlərin həlli hər bir vətəndaşın problemlərinin dəf edilməsi və köməklik göstərmə cəhdlərimiz və niyyətimiz bizim siyasətimizi əks etdirir. Eyni zamanda Azərbaycan vətəndaşlarına, hesab edirəm ki, ən gözəl xidmət olacaq”.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari tibbi sığorta haqqının tutulması vaxtı uzadıldı

posted in: Xəbər | 0

İcbari tibbi sığorta haqqının tutulması vaxtı uzadıldı.

Fövqəladə vəziyyət

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904) 16-4-cü maddəsində aşağıdakı dəyişikliklər edilir:

1. 16-4.1-ci maddədə “2020” rəqəmi “2021” rəqəmi ilə əvəz edilsin.

2. 16-4.3-cü maddənin birinci cümləsində “2021” rəqəmi “2022” rəqəmi ilə əvəz edilsin.

3. 16-4.4-cü maddədə “2020-ci il aprelin 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

4. 16-4.5-ci maddədə “2023” rəqəmi “2024” rəqəmi ilə əvəz edilsin.


“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904) 16-4-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 16-4.1-ci maddədə “2020” rəqəmi “2021” rəqəmi ilə əvəz edilsin.

2. 16-4.3-cü maddənin birinci cümləsində “2021” rəqəmi “2022” rəqəmi ilə əvəz edilsin.

3. 16-4.4-cü maddədə “2020-ci il aprelin 1-dən” sözləri “2021-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilsin.

4. 16-4.5-ci maddədə “2023” rəqəmi “2024” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2020-ci il.

Mənbə: president.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən yüksək vergilər tətbiq edən 27 ölkə (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0

vergilərƏn yüksək vergilər tətbiq edən 27 ölkə

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Ümundünya iqtisadi forumu (ÜİF)  məktəblərdə riyaziyyatın tədrisinin keyfiyyətindən tutmuş ölkədə inflyasiya səviyyəsinə qədər müxtəlif sahələrdə məlumatlara baxır.

20. Kosta-Rika

Vergi yükü: 58%

Bu kiçik ölkə Mərkəzi Amerikanın vergi yükünün 50% – dən çox olduğu az sayda ölkələrindən biridir. Bu, qismən siyasətçiləri vergiləri artırmağa məcbur edən son illərdə “vergi” etiraz aksiyalarının yüksək səviyyədə olması ilə bağlıdır.

19. İspaniya

Vergi yükü: 58,2%

İspaniya yüksək vergi səviyyəsinə malik Avropa ölkələrindən biridir. Bu reytinqə daxil olan daha bir “böyük beşlik” ölkəsidir.

18. Hindistan

Vergi yükü: 61,7%

Hindistanın maliyyə naziri Arun Ceytli növbəti dörd il ərzində korporativ vergini 5% – ə kimi, azaltmaqla, 25% -ə endirmək niyyətindədir.

17. Tunis

Vergi yükü: 62,4%

Ümumiyyətlə götürdükdə, Afrika ölkələri arasında vergi yükünün ən yüksək səviyyəsi heç də Tunisdə deyil, belə ki, cənubda daha yüksək vergiyə malik ölkələr var. Buna baxmayaraq, Şimali Afrika ölkələri haqqında danışırıqsa, Tunis vergi yükünün səviyyəsinə görə ikinci yerdədir.

16. Benin

Vergi yükü: 63,3%

Dünya Bankı bildirir ki, ölkədə korporativ mənfəət vergisi cəmi 15.9% təşkil edir, lakin ölkədə biznes üçün vergi yükünü əhəmiyyətli dərəcədə artıran vergilər çoxdur.

15. Qambiya

Vergi yükü: 63,3%

Ölkənin hər hansı əhəmiyyətli təbii ehtiyatları yoxdur və dünyanın ən yoxsul ölkələrindən biridir.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək

posted in: Xəbər | 0

dəstək proqramıDövlətin dəstək proqramı 2,5 milyard manat təşkil edəcək.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. “McKenzie”nin hesablamalarına görə, bu il iqtisadi geriləmə dünyada 4,7 faiz, Avrozonada 9,7 faiz, Çində 2,7 faiz və ABŞ-da 8,4 faiz olacaq:”Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək.

Bir sözlə, Nassem Talebin “Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələdək heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya XXI əsrin ən ağır böhranına qədəm qoydu. Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kulminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Azərbaycan hökuməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır.

Prezident İlham Əliyev “Biz birlikdə güclüyük!” mottosu ətrafında cəmiyyətin bütün təbəqələrini və resursları böhranla mübarizəyə səfərbər edib. İndiyədək xalqı öz ətrafında birləşdirən şüarlar Fransada “Azadlıq, bərabərlik, qardaşlıq”, ABŞ-da “Biz Allaha inanırıq”, Meksikada “Öncə vətəndir”, Pakistanda “İman, birlik, qanun” və başqa ölkələrdə müxtəlif formalarda ifadə olunub”.

Azərbaycanın antiböhran proqramının 2,5 milyard manat olmaqla ÜDM-in 3,1 faizini təşkil etdiyini deyən V.Qasımlı qeyd edib ki, Gürcüstan hökuməti 1 milyard gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul edib. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3 faizinə bərabərdir. Türkiyə ÜDM-nin 2 faizini təşkil edən 100 milyard lirəlik yardım paketi açıqlayıb. Qırğızıstanın ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək, 9,4 milyon ABŞ dolları, Özbəkistan isə 1 milyard dollar və ya ÜDM-in 1,5 faizi həcmində antiböhran paketi qəbul edib. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər sanballı və miqyaslıdır.

O deyib: “Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir.

Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə, 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyonadək muzdlu işçinin 915 min nəfəri dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək.

Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əməkhaqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əməkhaqqı səviyyəsidir. Eyni zamanda, 290 min mikro sahibkar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib”.

“Hazırda qlobal şokların təsiri ilə kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib.

Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda, yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək və bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək.

Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr – AZAL, Bakı Nəqliyyat Agentliyi, metropoliten, dəmir yolu və sair qurumlara da dəstək veriləcək. Bundan başqa, dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi Qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək”.

“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq. Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır”, – deyə V.Qasımlı bildirib.
Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun