Yardım proqramlarının əhatə edəcəyi sahibkarlıq subyektlərinin sayı məlum oldu

posted in: Xəbər | 0

Zərgərlik bazarıMikayıl Cabbarov: “Koronavirusun 11 fəaliyyət istiqamətinə təsirini 100% müəyyənləşdirmişik”

İqtisadiyyat Nazirliyi və Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların birgə səyi nəticəsində koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün 9 proqram hazırlanıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“Proqramlar hazırlanarkən biz ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini həyata keçirmişik. Bu zərər 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Ən çox zərər çəkmiş sahələr, əhəmiyyətli mənfi təsirə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış sahələr və təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Hazırda ölkədə 1,555 milyon muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında çalışır. Qalan 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Proqramlar isə 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramların fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir”, – deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, son günlər baş verən proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib: “Bunlar ictimai iaşə, xidmət, turizm və s. sektorlardır. Digər 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalır. Burada biz 70% əmsalını tətbiq edirik. Yəni, təsir aşağıdır, amma əhəmiyyətlidir.

Proqramların çərçivəsi ondan ibarətdir ki, biz işçinin real maaşını, həmçinin respublika üzrə orta aylıq əmək haqqını götürürük. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manata bərabər olub. Aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara, müəssisələrə ayrılması təklif edilir. Orta aylıq əmək haqqını maksimal hədd kimi götürürük. Burada fəlsəfə ondan ibarətdir ki, əgər bu və yaxud digər işçi orta aylıq əmək haqqından çox əmək haqqı alırsa onun daha aşağı əmək haqqı alana nisbətən dərhal dəstəyə ehtiyacı daha fərqlidir”.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi

posted in: Xəbər | 0

Fövqəladə vəziyyətPrezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, fövqəladə vəziyyət rejimini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyinin də qüvvə və vasitələrindən istifadə olunacaq.

Beləliklə, həmin qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirəcəklər.

Qanunda göstərilib ki, müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirak edilməsi məqsədilə cəlb olunur.


“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12, maddə 2303) 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 mart 2020-ci il.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən yüksək vergilər tətbiq edən 27 ölkə (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0

vergilərƏn yüksək vergilər tətbiq edən 27 ölkə

1-ci hissə

Ümundünya iqtisadi forumu (ÜİF)  məktəblərdə riyaziyyatın tədrisinin keyfiyyətindən tutmuş ölkədə inflyasiya səviyyəsinə qədər müxtəlif sahələrdə məlumatlara baxır.

Daha sonra bu məlumatlar ölkədə iqtisadi vəziyyət haqqında tam bir təsəvvür yaratmaq üçün istifadə olunur.

ÜİF-in nəzərdən keçirdiyi göstəricilərdən biri ölkədə vergi yüküdür, bu zaman daha yüksək ballar daha aşağı rəqabətlilik deməkdir. Bundan ötrü Dünya Bankından ümumi vergi dərəcəsi haqqında məlumatlar alınır.

Vergilərin ümumi həcmi hər cür ayırmalardan sonra ödənilən beş müxtəlif vergi və rüsumların məbləğidir: təşkilatlardan tutulan mənfəət vergisi, sahibkarın ödədiyi sosial müavinətlər və işçi qüvvəsinə görə vergilər, daşınmaz əmlaл vergisi, dövriyyədən vergi və digər kiçik vergilər.

Əslində bütün bu vergilər müxtəlif sahələrdə çalışan insanlara görə deyil, biznesə görə təyin edilir. Aşağıda ümumi vergi dərəcəsi 50% – dən yuxarı olan ölkələrin siyahısı göstərilir.

27. Yaponiya

Vergi yükü: 51,3%

Vergilərin ümumi həcminin 50% – dən çox olmasına baxmayaraq, Yaponiya dünyanın ən böyük iqtisadiyyatlarından biridir. Bu göstəriciyə görə, ölkə Asiyada beşinci yerdədir.

26. Meksika

Vergi yükü: 51,8%

Meksika Latın Amerikasında ümumi vergi yükünün 50% – dən çox olduğu bir neçə ölkədən biridir. Burada şirkətlər üçün əsas vergi dərəcəsi 30% təşkil edir.

25. Kot D′ivuar

Vergi yükü: 51,9%

Bu reytinqdə səkkiz Afrika ölkələrindən biridir. Korporasiyanın mənfəət vergisi burada 25% təşkil edir, lakin telekommunikasiya, informasiya texnologiyaları və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün bu rəqəm 30% -dən yuxarıdır.

24. Avstriya

Vergi yükü: 52%

Bu, vergi yükünün 50% – dən yuxarı olduğu reytinqdə altı Avropa ölkəsindən biridir. Avstriya vergi sistemində bir neçə maraqlı məqamlar mövcuddur. Belə ki, ər-arvad hətta rəsmi şəkildə evli olsalar belə, vergiləri ayrı-ayrılıqda ödəyirlər.

23. Ukrayna

Vergi yükü: 52,9%

Ukraynada Biznes yalnız mürəkkəb geosiyasi münasibətlər mühitində deyil, həm də çox yüksək vergilər mühitində də yaşamağı bacarmalıdır. Avropa qitəsində yalnız dörd ölkə Ukraynadan daha yüksək vergilərə malikdir.

23. Şri-Lanka

Vergi yükü: 55,6%

Şri-Lankada şirkətlər üçün baza vergi dərəcəsi 28% -dir, lakin spirtli içkilər və ya tütün məmulatı ilə məşğul olan şirkətlər üçün 40% – ə qədər yüksəlir. Bu zaman vergilərin ümumi səviyyəsi bir neçə əlavə vergiyə görə daha yüksək olur.

21. Belçika

Vergi yükü: 57,8%

Belçika avrozona ölkələri arasında vergi yükünün səviyyəsinə görə dördüncü yeri və Avropa ölkələrinin “böyük beşliyi” arasında birinci yeri tutur.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadıldı

posted in: Xəbər | 0

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılması təklif edilib.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Hazırkı qanunvericiliyə görə icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi. Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Digər dəyişikliklə isə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər), sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) və mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər icbari tibbi sığorta haqlarını 2023-cü il yanvarın 1-dən ödəməli idi. Bu müddət 1 il – 2024-cü ilin yanvarın 1-dək uzadılıb.
Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra qəbul edilib.
Mənbə: report.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun