Karantin zamanı evdən işləmək qaydaları: bunu necə yaşamalı? (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

karantinKarantin zamanı evdən işləmək qaydaları: bunu necə yaşamalı?

1-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Evdən çalışmağa başlayanlar üçün bir neçə məsləhət

Koronavirus infeksiyasının yayılması həyatın bütün sahələrinə təsirini göstərib. Dünya ölkələrinin əksəriyyətində xəstəliyin qarşısının alınmasından ötrü karantin rejimi tətbiq olunub. Ona görə də işçilərin əksəriyyəti evdən, yəni məsafədən çalışmağa keçiriliblər. Sağlamlığa mənfi təsir olmadan və ofis üçün darıxmadan evdən necə səmərəli işləmək olar?

Qidalanma

Birinci qayda – iş stolu arxasında yeməyin. Bu həm gigiyenik deyil, həm də faydasızdır. Əməyin səmərəliliyini artırmaq üçün qida qəbulundan ötrü tam dəyərli fasilə vermək lazımdır.

Yüngül qida atışdırmaları, doğrudan da deyildiyi kimi yüngül olmalıdır. Çünki evdə olduğunuzu unutmayın, hər dəfə soyuducuya doğru getməyin özü də problem yarada bilər.

Məlum olduğu kimi, mətbəxdən kotletləri daşımaqdansa, bir alma yemək daha yaxşıdır.

Əsəbiləşməmək üçün nə etməli

Evdən çalışmaq ona görə çətindir ki, doğmalarınız sizin işlədiyinizi çox vaxt yaddan çıxarırlar. Sizi işinizdən ayırmasınlar deyə, onlara vaxtında xəbərdarlıq edin. Belə bir qayda qoyun: işlə məşğul olduğunuz saatlarda sizi ümumiyyətlə, söhbətə tutmasınlar.

Evdə kiçik yaşlı uşaqlar varsa – bu, əlbəttə çox çətin olacaq. Karantin zamanı onları da məşğul etməyin üzərində düşünmək lazımdır.

İnternetin stabil işləməsi də çox mühümdür. Buna da xüsusi diqqət yetirmək lazımdır. Ola bilsin ki, əvvəllər internetin gücü bəs edirdi, bir neçə nəfər evdən çalışmağa başladıqdan sonra isə problemlər ortaya çıxa bilər.

Əsəbləriniz tarıma çəkildikdə: sakitləşmək üçün tənəffüs məşqlərindən istifadə edin. Psixoterapevtlər 5-7 dəqiqə ərzində burun vasitəsilə çox tez-tez nəfəs almağı məsləhət bilirlər.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mənfəət vergisi üzrə güzəşt tətbiq edilən şəxslərin müəyyən edilməsi meyarları

posted in: Vergi, Xəbər | 0

qeyri-rezidentMənfəət vergisi üzrə güzəşt tətbiq edilən şəxslərin müəyyən edilməsi meyarları.

Vergi Məcəlləsinə əlavə edilmiş 106.1.18-ci maddə ilə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə mənfəət vergisindən azad olunmuşdur.

Vergi hüququ üzrə ekspert Sirac Piriyev bildirib ki, həmin dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli Qərarı ilə “Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib. Bununla da elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən təşkilatların hər biri üçün ayrıca meyarlar müəyyənləşdirilib.

Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına – təsis sənədlərində “Elm haqqında” Qanunun 1.0.9-cu maddəsi ilə müəyyən olunan elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesinin həyata keçirilməsinin nəzərdə tutulması, həmin Qanunun 24-cü maddəsinə uyğun olaraq akkreditasiyadan keçməsi, 3.3-cü maddədə göstərilən elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqatın aparılması və ən azı 5 (beş) nəfər elmi işçisinin olması daxildir.

Təhsil sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına – dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması, “Təhsil haqqında” Qanunla müəyyən edilmiş qaydada lisenziya alması aid edilib.

Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına – dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması, köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi daxildir.

İdman sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarını – “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları, köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi təşkil edir.

Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarlarına – Azərbaycan mədəniyyətinin, milli-mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla), teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərən qurumlar aid edilib.

Göstərilən meyarlar üzrə fəaliyyət göstərən müəssisə və təşkilatlara ödənişlər edilərkən ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir.

Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan mənfəət vergisi -ndən azadolmaya əsas vermir.

Bununla yanaşı, ödənişi alan və güzəşt hüququndan yararlanmaq istəyən müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alğı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim etməlidir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin surətlərinin verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Bəyannamələrin təqdim edilməsi bəyannaməXidmətin adı: Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli 1308-IVQ nömrəli Qanun – VN Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” – Vergilər nazirinin 06.03.2013- cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞnin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, , “ASAN Xidmət” mərkəzləri (yalnız şəhadətnamənin yeni nüsxəsi), Naxçıvan MR VN-nin struktur bölmələrinin Koordinasiya şöbələri/koordina siya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVDnin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGDnin, BŞLGD-nin, KSİD-nin Vergi ödəyicilərinin uçotu idarəsi/şöbəsi, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, KSİD-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, ƏVD-nin və ƏVİnin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbələri, Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, RVŞ-lərin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölməsi

İcra müddəti: – 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Sənədlərin yeni nüsxələri (vergi bəyannamələrinin (hesabatların) surətləri)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

 

Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək

posted in: Bank, Xəbər | 0

Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək.

bankların iş rejimi

Xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə maliyyə təşkilatları üzrə bəzi istiqamətlərdə fəaliyyətlər davam etdiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Xüsusi rejim dövründə maliyyə təşkilatları üzrə fəaliyyət göstərəcək sahələr aşağıdakılardır:

• Banklar və valyuta mübadiləsi məntəqələri
• Sığorta təşkilatları
• Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun