Muzdlu işdən gəlir vergisinə tətbiq olunan güzəşt

posted in: Xəbər | 0

Muzdlu işdən gəlir vergisinə tətbiq olunan güzəşt.

güzəştli vergi

Vergilər Nazirliyinin şərhində göstərilir ki, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə əsasən, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bu güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən, müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Siyahı bu sənədləri əhatə edir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti;
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Qeyd olunanlara əsasən, birinci qrup əlil olan şəxsin ona baxan və onunla birlikdə yaşayan övladı olduğunu halda, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsində nəzərdə tutulmuş güzəşt həmin şəxsin birinci qrup əlilin himayəçisi və ya qəyyumu olduğu müvafiq orqanlar tərəfindən verilmiş arayışlarda təsbit olunduğu halda tətbiq oluna bilər.

Əlavə olaraq bildirilib ki, güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikatın verilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

sıfır faiz dərəcəsi ƏDVXidmətin adı: Sıfır faiz dərəcəsi (0 %)  ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikatın verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Hasilatın Pay bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən təsdiqlənmiş Əlavə dəyər vergisi haqqında Protokollarda nəzərdə tutulmuş ərizə, müqavilə

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– Hasilatın Pay bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən təsdiqlənmiş Əlavə dəyər vergisi haqqında Protokol

Xidmətin göstərildiyi yer: 

MGD-nin Vergi ödəyicilərinə xidmət mərkəzi və MGD-nin Sənədlərlə iş şöbəsi

Müraciəti emal edən struktur vahidi: 

MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələr

İcra müddəti: 

Sənədlər daxil olduğu gündən sonra 20 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Sıfır faiz dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 5.9-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Prezident: “Sahibkarlar işçilərin ixtisarına yol verməməlidir”

posted in: Xəbər | 0

SahibkarlarPrezident: “Sahibkarlar işçilərin ixtisarına yol verməməlidir”.

“Təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
“Onlara müvəqqəti olaraq dövlət tərəfindən əməkhaqlarının əhəmiyyətli hissəsi ödəniləcək. Eyni zamanda sahibkarlar da, əlbəttə, bir də demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidir”, – dövlət başçısı vurğulayıb.
Mənbə: report.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DMX: Aprelin 30-dək müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmayacaq

posted in: Xəbər | 0

MallarDövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda tətbiq edilən karantin rejiminin yeni tələblərinə uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət edib.

Bunu DMX -nin rəisi Vüsal Hüseynov bildirib.

O, Miqrasiya Xidmətləri ilə bağlı aşağıdakı 4 məsələnin nəzərə alınmasını xahiş edib: “Birincisi, aprelin 30-dək edilən müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmur (elektron müraciət zamanı bu sənədlərin əslinin skan olunaraq sistemə yüklənməsi kifayət edir).

İkincisi, yaşama icazələrinin alınması zamanı tələb olunan fotoşəkii mobil telefonla çəkilib müraciətə əlavə edilə bilər. Ümumi olaraq elektron müraciət zamanı skanner olmadığı təqdirdə telefonun kamerası, göstəriciləri imkan verirsə, sənədlər telefon vasitəsilə çəkilib göndərilə bilər.

Üçüncüsü, yaşama icazələrinin alınması zamanı müvafiq razılıq ərizələrinin tarix göstərilməklə ev şəraitində əl ilə yazılıb imzalanması kifayət edir.

Dördüncü, mövcud vəziyyət aradan qalxdıqdan sonra yalnız bəzi sənədlərin notarial təsdiqi Sizdən tələb oluna bilər”.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun