Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz

posted in: Xəbər | 0

elektron icazəArtıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz.

“Yaxın saatlarda küçəyə çıxmaqla bağlı elektron icazə qaydaları açıqlanacaq”.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

DİN rəsmisi Əziz Baqişev isə deyib ki, vətəndaşlar elektron qaydada icazə aldıqdan sonra küçəyə çıxa biləcəklər: “Vətəndaşa paytaxtın Nizami rayonuna getməsinə icazə verilibsə, o Xətai rayonunda saxlanılsa, bu, artıq karantin qaydalarının pozulması deməkdir”.

Mənbə: banker.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Məcburi dövlət sığorta haqlarının tarif sistemi müzakirə edilib

posted in: Xəbər | 0

elektron idarəetmə sistemi sosial xidmətlərƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Səfər Mehdiyev və departament müdiri Elşad Xanəlibəyli Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə Avrasiya regionu üçün nəzərədə tutulan onlayn konfransda iştirak edib.

Konfrans “İqtisadi sabitsizlik dövründə məcburi dövlət sığorta haqlarının tarif sisteminin aktuar əsaslandırılması” mövzusuna həsr edilib. Konfransda qocalıq, əlillik və ailə başçısını itirmə ilə bağlı yarana biləcək risklərin qarşılanması üçün Avrasiya regionu üzrə pensiya proqramlarının maliyyə mənbələri, gəlir və xərclər arasındakı tarazlığın uzunmüddətli təminatı üçün məcburi dövlət sosial sığorta (MDSS) haqlarının müəyyən edilməsinə dair təcrübə mübadiləsi aparılıb.

Tədbirdə COVID-19 pandemiyası səbəbindən müşahidə olunan iqtisadi sabitsizlik dövründə pensiya həcmlərinin qorunub saxlanılması kimi məsələlər müzakirə edilib.

Fondun nümayəndəsi “Qlobal iqtisadi sabitsizlik dövründə Azərbaycanda MDSS haqlarının tarif sistemi” mövzusunda təqdimatla çıxış edib.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Moody’s agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

posted in: Xəbər | 0

Kapital BankMoody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Agentlik bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1” səviyyəsində təsdiqləyib. Dünyada yaranmış çətin iqtisadi vəziyyət, eləcə də koronavirus (COVID-19) pandemiyasının yayılması və neftin qiymətinin aşağı düşməsi səbəblərindən, Bankın reytinq proqnozu “neqativ” dərəcəsində müəyyənləşib.

“Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1” olaraq təsdiqlənməsi, kəskinləşən xarici iqtisadi təzyiq şəraitində Bankın zərərə və neqativ təsirlərə tab gətirmək bacarığının göstəricisidir. 2019-cu ildə Bank 134,7 mln AZN məbləğində yüksək xalis mənfəət göstərib ki, bu da ümumi aktivlərin 3,3%-dir, həmçinin Bank-ın Tier 1 (kapitalın yetərliliyi) göstəricisi yüksək olaraq 14,9% təşkil edir”, – deyə hesabatda qeyd olunur.

Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın korporativ idarəetmə qaydaları ilə bağlı narahatlığın olmadığı bildirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Statistika Komitəsinin hesabatlarla bağlı müraciəti

posted in: Xəbər | 0

Dövlət Statistika Komitəsindən statistik vahidlərə müraciət.

Statistika Komitəsi

Dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin idarə, müəssisə və təşkilatlara müraciətində bildirilir.

Qurum bəyan edib ki, dövlət dəstəyinin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.

“Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən yuxarıda qeyd olunanları nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmadan cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddətdə, lakin aprelin 7-nə qədər onlayn rejimdə təqdim edilməsini sizdən xahiş edirik”, – deyə müraciətdə qeyd olunub.

Mənbə: report.az


 


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun