» » » Moody’s agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

Moody’s agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

posted in: Xəbər | 0
birbank biznes

Kapital BankMoody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Agentlik bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1” səviyyəsində təsdiqləyib. Dünyada yaranmış çətin iqtisadi vəziyyət, eləcə də koronavirus (COVID-19) pandemiyasının yayılması və neftin qiymətinin aşağı düşməsi səbəblərindən, Bankın reytinq proqnozu “neqativ” dərəcəsində müəyyənləşib.

“Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1” olaraq təsdiqlənməsi, kəskinləşən xarici iqtisadi təzyiq şəraitində Bankın zərərə və neqativ təsirlərə tab gətirmək bacarığının göstəricisidir. 2019-cu ildə Bank 134,7 mln AZN məbləğində yüksək xalis mənfəət göstərib ki, bu da ümumi aktivlərin 3,3%-dir, həmçinin Bank-ın Tier 1 (kapitalın yetərliliyi) göstəricisi yüksək olaraq 14,9% təşkil edir”, – deyə hesabatda qeyd olunur.

Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın korporativ idarəetmə qaydaları ilə bağlı narahatlığın olmadığı bildirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun