Vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

posted in: Vergi, Xəbər | 0

vahid bəyannaməVahid bəyannamənin təqdim edilməsinə başlanılıb.


Vergilər Nazirliyi vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatlarının sayının azaldılması və vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılmasını həyata keçirib.

Bu məqsədlə Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək, yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib.

Vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə 01.04.2020-ci il tarixindən başlanılıb.

Bundan əlavə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanunu ilə muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan şəxslər üzrə icbari tibbi sığorta haqlarının hesablanması və hesabatların təqdim olunması müddəti 01.04.2021-ci il tarixinədək uzadılıb.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar

posted in: Müqavilələr, Xəbər | 0

Əmək müqaviləsi olanlar dövlətdən dəstək alacaqlar.

Əmək müqaviləsi

COVİD-19 pandemiyasının tüğyan etdiyi bu çətin günlərdə sosial təcrid vəziyyətində olan bir çox insanlar son ümidini dövlətin dəstəyinə bağlayır.

Martın 19-da prezident İlham Əliyev pandemiyanın ölkə iqtisadiyyatına təsirini qiymətləndirmək üçün iqtisadiyyat nazirinin rəhbərliyi ilə xüsusi işçi qrupun yaradılması barədə fərman imzalayıb. İşçi qrup qarşısında pandemiyanın ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədi ilə müvafiq təkliflər hazırlamaq vəzifəsi qoyulub. Yəni dövlət əhalinin rifahını və təhlükəsizliyini təmin etmək üçün daha bir addım atdı.

Bundan 10 gün sonra işçi qrupunun rəhbəri iqtisadiyyat naziri Mikayıl Cabbarov COVİD-19 virusunun ölkə iqtisadiyyatındakı fəsadlarını minimuma endirməyə yönələn tədbirlərin müəyyənləşdirildiyi təməl sənədi təqdim edib. Sənəddə iqtisadiyyatın və özəl sahibkarlığın müxtəlif sahələrinə dövlət dəstəyini nəzərdə tutan 10 proqram yer alıb. Həmin proqramların başlıca məramı iş yerlərinin azalmasına yol verməmək, vətəndaşlara maliyyə dəstək göstərməkdir. Yəni hər kəs təlaşa qapılmadan karantin qaydalarına əməl edərək zəruri ehtiyac olmadan evdən bayıra çıxmasın.

Sözügedən 10 proqramdan birincisi koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdə çalışanların üzləşdiyi zərəri ödəmək üçün maliyyə dəstək tədbirlərini nəzərdə tutur. Belə ki, pandemiyanın fəsadlarına bütövlükdə məruz qalan 11 sahə, o cümlədən ictimai iaşə, nəqliyyat, ticarət, turizm, xidmətlər sahələri müəyyənləşdirilib.

Sadalanan sahələrdə qanuni əmək müqaviləsi əsasında şəffaf şəkildə çalışan hər kəs bu proqram çərçivəsində dövlət tərəfindən maliyyə dəstəyi alacaq.

Proqram bütövlükdə 304 min əməkdaşı olan 44 min müəssisəni əhatə edir. Yəni rəsmi əmək müqaviləsi ilə çalışmağın əhəmiyyəti bir daha əyani şəkildə ortaya çıxdı. Hazırda ölkədə əmək müqaviləsi ilə çalışanların sayı 1 555 mindir ki, bunların 915 mini dövlət və neft-qaz sektorlarında, yerdə qalan 640 mini isə qeyri-neft sektorunda çalışır.

Proqrama əsasən maliyyə dəstəyinin mexanizmi ya işçinin həqiqi əməkhaqqına, ya da ölkədə rəsmi orta aylıq əmək haqqına görə hesablanacaq. Xatırladaq ki, bu ilin yanvar ayında orta aylıq əmək haqqı 712 manat təşkil edirdi. Proqramda əməkhaqqı fondunun 50 faizini müəssisələrə və sahibkarlara birbaşa ödəmələr şəklində ayırmaq nəzərdə tutulur.

Bununla belə müəssisələr özləri də gərək arxayınlaşmasın. Dövlət başçısı İlham Əliyev də sahibkarların üzərində böyük məsuliyyət olduğunu qeyd edib: “Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxacağıq”.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən yüksək vergilər tətbiq edən 27 ölkə (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0

vergilər, Vergi hesabatlarının hazırlanması, muhasibat,Ən yüksək vergilər tətbiq edən 27 ölkə

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Ümundünya iqtisadi forumu (ÜİF)  məktəblərdə riyaziyyatın tədrisinin keyfiyyətindən tutmuş ölkədə inflyasiya səviyyəsinə qədər müxtəlif sahələrdə məlumatlara baxır.

14. Çad

Vergi yükü: 63,5%

Qambiya kimi, Çad da iqtisadiyyatı kənd təsərrüfatına əsaslanan çox yoxsul bir ölkədir. Burada dövriyyə vergisi 1.5%, mənfəət vergisi isə 40% təşkil edir, bu zaman şirkətlər həmin vergilərdən birini – daha yüksək olan vergini ödəyirlər.

13. Çin

Vergi yükü: 64,6%

Bu siyahıda bir çox digər ölkələr kimi, Çində də şirkətlər mənfəət vergisinə deyil, dövriyyə vergisini cəlb edilir.

12. İtaliya

Vergi yükü: 65,4%

İtaliya yüksək vergiləri ilə tanınır. Lakin vergi yükünün səviyyəsinə görə Avropada yalnız ikinci yeri tutur.

11. Venesuela

Vergi yükü: 65,5%

Venesuela hökuməti Çavesin prezidentliyi dönəmində yüksək vergi siyasəti həyata keçirirdi – xarici neft şirkətləri xüsusilə yüksək vergiyə cəlb olunurdu.

10. Nikaraqua

Vergi yükü: 65,8%

2012-ci ildə Beynəlxalq Valyuta Fondu ölkəyə mürəkkəb və şaxələnmiş vergi sistemini, o cümlədən korporasiyaların vergitutmasını sadələşdirməyi tövsiyə edib.

9. Fransa

Vergi yükü: 66,6%

Bu ölkə Avropada vergi yükünün səviyyəsinə görə birinci yerdədir. Lakin, ölkənin hazırkı hökuməti vergi sisteminə yenidən baxılacağına və korporativ vergilər – i azaldacağına söz verib.

8. Qvineya

Vergi yükü: 68,3%

Qvineyada şirkətlər ötən il üçün vahid dövriyyə vergisini ödəyirlər.

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlara müraciət: onlayn iş rejiminə keçin

posted in: Xəbər | 0

TƏBİB sahibkarlara müraciət edib: onlayn iş rejiminə keçin.

online iş rejimi

 

“Sahibkarlara müraciət edirəm ki, bacardığınız qədər onlayn iş rejiminə keçin. Bir idarənin içində 60 nəfər işləyirsə, o demək deyil ki, hamının təması mütləqdir”.
Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.
TƏBİB rəsmisi qeyd edib ki, bütün müəssisələr çağırışlarımıza əməl etməlidir.
Mənbə: report.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun