» » » Ən yüksək vergilər tətbiq edən 27 ölkə (4-cü hissə)

Ən yüksək vergilər tətbiq edən 27 ölkə (4-cü hissə)

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergilərƏn yüksək vergilər tətbiq edən 27 ölkə

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Ümundünya iqtisadi forumu (ÜİF)  məktəblərdə riyaziyyatın tədrisinin keyfiyyətindən tutmuş ölkədə inflyasiya səviyyəsinə qədər müxtəlif sahələrdə məlumatlara baxır.

7. Braziliya

Vergi yükü: 69%

Ötən il Latın Amerikasının ən böyük iqtisadiyyatı işçi heyətinə 20%-lik vergini ləğv edib ki, bu da vergi sisteminin islahatının bir hissəsinə çevrilib.

6. Mavritaniya

Vergi yükü: 71,3%

2013-cü ildə iqtisadiyyatı kənd təsərrüfatına əsaslanan bu ölkə qeyri-rezidentlərdən tutulan mənfəət vergisini 15% həcmində tətbiq edib.

5.Əlcəzair

Vergi yükü: 72,7%

Əlcəzairdə Afrikada ən yüksək vergilər mövcuddur.


Teleqram qrupumuza üzv olun


4.Kolumbiya

Vergi yükü: 75,4%

Bu ölkədə sərvətə görə yeni bir vergi tətbiq edib. Bu ölkə vergi yükünün səviyyəsinə görə dünyada dördüncü, Latın Amerikasında isə üçüncü yeri tutur.

3.Tacikistan

Vergi yükü: 80,9%

Bu kiçik Orta Asiya ölkəsində şirkətlər qazancın əhəmiyyətli bir hissəsini qarət edən 2% dövriyyə vergisi ödəyirlər.

2.Boliviya

Vergi yükü: 83,7%

Boliviyada 3% əməliyyat vergisi şirkətləri digər vergilər hesablanmazdan əvvəl mənfəətinin 60% -dən məhrum edir.

1.Argentina

Vergi yükü: 137,3%

Bu heyrətamizdir, ancaq, Argentinada vergi yükü həqiqətən də mənfəəti 100% aşır. Yalnız bir dövriyyə vergisi şirkətlərin mənfəətinin 90% -ni qarət edir, lakin, bundan sonra əməkhaqqı və maliyyə əməliyyatları üçün də vergi ödənilməlidir.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun