Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

posted in: Xəbər | 0

xüsusi karantin rejimi koronavirusKoronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti məlumatı açıqlanıb. 

29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Belə ki, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq. Lakin, Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

Ticarət obyektləri üzrə isə xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

Eyni zamanda xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılıb.

Tam Qərara nəzər yetirin:

Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın MƏLUMATI

29 mart saat 00:00-dan etibarən

Xüsusi karantin rejimi gücləndirilsin.

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın.

Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Nəqliyyat vasitələri üzrə:

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin.

Ticarət obyektləri üzrə

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

İctimai iaşə obyektləri üzrə:

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Əhalinin  hərəkəti üzrə:

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari tibbi sığorta haqlarının tətbiqinə dəyişiklik təklif olunur

posted in: Xəbər | 0
“Tibbi sığorta haqqında” qanuna icbari tibbi sığorta haqları ilə dəyişiklik edilməsi müzakirə edilir”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ( İTSDA) mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib. O qeyd edib ki, icbari tibbi sığorta haqlarının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin 1 aprel tarixindən tətbiqinə dəyişiklik edilməsi təklif olunur.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu məhsulların idxalı ƏDV-dən azad edildi

posted in: Xəbər | 0

Bu məhsulların idxalı ƏDV-dən azad edildi.

maliyyə dəstəyi sahibkarlar vergi güzəştləri

Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na əlavələr edilib. Belə ki, baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad olunub.

Fərman cari il iyunun 1-dək qüvvədədir.


Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilsin:

 

/S

Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası

üzrə xammal və materialların adları

 

8.

39262

00001

Baxillər
 

9.

40151

90001

Steril və qeyri-steril əlcəklər
 

0.

63079

09801

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün)

maskalar və respiratorlar

2. Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 mart 2020-ci il.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (17-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

17-ci hissə.

Məqalənin 16-cı hissəsini buradan oxuya bilərsiniz.

Müəssisənin mühasibat uçotunun bəzi prinsiplərini seçmək hüququ var, lakin bu seçimdən imtina etmək hüququ yoxdur.

R.F. Qalimzayanov

Bir dəfə ilkin şərhi seçməklə, ondan sapmaq lazım deyil, əksinə onu ardıcıl surətdə inkişaf etdirmək lazımdır. Prinsiplərin  qarışırsa, bu günahdır. Yalnız əvvəlcədən seçilmiş prinsiplərin nəticələrinin ardıcıl məntiqi yerləşdirilməsi,  mühasibat tapşırıqlarını effektiv şəkildə həll etməyə imkan verən məntiqi cəhətdən düzgün və daxilən ziddiyyətsiz nəzəriyyə yaratmağa imkan verir.

Y.V. Sokolov

Hesabdarlıqda nəzəriyyə görkəmli rol oynayır və fənnin ruhunu təşkil edir.

A.Poqruzov

Nəzəriyyə müşahidə etmək və ya öyrənmək sənətini təsvir edir, lakin bu sənətə tamamilə yiyələnmək və tam etibarını yalnız onun hər bir ayrıca qaydasını təsdiq edən faktlarla əyani tanışlıqdan sonra əldə edir.

S.M. Barats

İstənilən uçot nəzəriyyəsi təsərrüfat həyatının müəyyən faktlarına uyğun olan müəyyən simvolların idarəetmə aparatı və digər şəxslər tərəfindən keçmiş haqqında rəylərin çıxarılması və gələcək hərəkətlərin qiymətləndirilməsi üçün necə istifadə oluna biləcəyini izah etməlidir.Fərdi ideyaların ümumi təfsiri “nəzəriyyələr” təşkil etmir: “xərclər”, “gəlirlər”, “fəaliyyət göstərən müəssisə” və digər terminlərin nə demək olduğunu təsvir etmək nəzəriyyə deyildir, bu, yalnız müəyyən anlayışlardır. Lakin, hər bir termin iqtisadi həyatın hər hansı faktlarına uyğun gəlmədiyi halda tərifi də faydasızdır.

R.Dj. Çambers

Nəzəriyyə, öz mənşəyinə görə, onun qidalandığı təcrübəyə düşmən ola bilməz.

Linkoln

Hesabdarlıq elminin çiçəklənməsinin rəhni – onun nəzəriyyə və təcrübəsi arasındakı harmoniyadır.

Mikabo

 Mühasibat nəzəriyyəsi yalnız hesablama və hesabatların tətbiqi praktiki hissəsində deyil, həm də heç bir hesablama olmadığı və bütün dövriyyə və hesabların yalnız yaddaşda saxlanıldığı yerdə xidmət göstərə bilər.

N.U. Popov

Nəzəriyyə hətta XX əsrin əvvəllərində ingilis dilli ölkələrin mühasiblərini az maraqlandırırdı. O, ən yaxşı halda, lazımsız görünürdü. Bir çox mühasiblərdə ona qarşı davamlı immunitet yarandı və onsuz keçinmək üçün zərərli bir vərdiş doğuldu.

Məqalənin 18-ci hissəsini buradan oxuya bilərsiniz.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun