Karantin rejiminin pozulmasına görə hansı sanksiyalar nəzərdə tutulur?

posted in: Məqalə, Xəbər | 0

karantinBu yazımızda bütün dünyanı cənginə alan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya sayılan Covid-19 virusu ilə bağlı Azərbaycan Respublikasında da tətbiq edilən karantin rejiminin pozulması hallarında nəzərdə tutulan məsuliyyət tədbirləri barədə məlumat verəcəyik.

Əvvəla qeyd etmək mümkündür ki, 17 mart 2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində edilmiş əlavə və dəyişikliklərdən sonra karantin (sanitariya-gigiyena, epidemiya əleyhinə rejim də) rejiminə riayət olunmaması halında məsuliyyət tədbirləri konkretləşdi.

Belə ki, mövcud rejimi pozmağa görə

– fiziki şəxslər 100-200 manat,

– vəzifəli şəxslər 1500-2000 manat, yaxud işin hallarına görə, pozuntuya yol verən şəxsin şəxsiyyəti nəzərə alınaraq 1 ayadək inzibati həbs,

– hüquqi şəxslər 2000-5000 manatadək cərimə olunur.

Xatırladaq ki, bu növ inzibati pozuntulara rayon-şəhər məhkəmələri baxacaq.

Eyni zamanda bildiririk ki, 17.03.2020-ci il tarixli digər bir qanunla Cinayət Məcəlləsinə karantin rejimi ilə bağlı məsuliyyət tədbirlərini nəzərdə tutan yeni maddə əlavə edildi. Bu maddəyə görə karantin rejiminin (epidemiya əleyhinə və sanitariya-gigiyena qaydaları üzrə rejimlərin də) pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya yayılmasına real təhlükə yaratdıqda

– 2500-5000 manat cərimə,

– 2 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.

Onu da qeyd edək ki, bu əməllər daha ağır nəticə və ya ehtiyatsızlıqdan şəxsin ölümümə səbəb olduqda 3-5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd etmək zəruridir ki, hazırda 24.03.2020-20.04.2020-ci il tarixləri üzrə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq olunur.

Mövcud rejim üzrə başlıca qadağalar aşağıdakılardır:

– 65 yaşdan yuxarı şəxslər evdən çıxmamalıdır.

– Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna bəzi nəqliyyat vasitələri istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb.

– rayon və şəhərlərarası sərnişindaşıma dayandırılıb.

– ictima yerlərdə, park, bulvar, küçələr və sair yerlərdə 10 nəfərdən artıq toplaşmaq olmaz.

– ictimai iaşə müəssisələri üçün xüsusi iş rejimi müəyyən edildi. Mall-ların fəaliyyəti dayandırıldı.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-dan təqaüdçülərə güzəşt!

posted in: Xəbər | 0

Kapital Bank təqaüdçülər təqaüdKapital Bank-dan təqaüdçülərə güzəşt!


Məlumat verdiyimiz kimi, Kapital Bank koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə Bank, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq təqaüdçülərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

Ölkə üzrə Kapital Bank-ın ödəniş kartları vasitəsilə pensiya alan müştərilərin məmnuniyyətini artırmaq məqsədilə bir neçə yenilik tətbiq edilib. Belə ki, yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılacaq.

Həmçinin, həmin yaşda olan, lakin kartlarının vaxtı bitən mövcud müştərilərin kartları növbəti 3 ay müddətinə uzadılacaq və onlar təqaüdlərini köhnə kartları ilə ala biləcəklər. Yaşı 65-dək olan təqaüdçülər isə Kapital Bank filiallarına gələrək, kartlarını oradan təhvil ala bilərlər.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyondan artıq ödəniş kartı vardır. Bu ödəniş kartları ilə onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. Kapital Bank-ın ölkə üzrə 800-dək bankomatı, 10 000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyiİqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək.

Koronavirus (COVID-19) pandemiyasının ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara təsirini öyrənmək məqsədi ilə müzakirələr aparılıb.

Bu barədə “İqtisadiyyat Nazirliyi”ndən məlumat verilib.

İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.

Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman sahibkarların yanındadır və bu çətin vaxtlarda da sahibkarlara dəstək göstəriləcək.

Koronavirus infeksiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sahibkarlara çatdırılıb və qeyd edilib ki, hazırda koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlığının təmin olunması üçün müvafiq təkliflər hazırlanır.

Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı müstəvisində neqativ iqtisadi təsirlərin aradan qaldrılması üçün tədbirlər görülür. Özəl sektorun sosial məsuliyyəti bölüşməsi mühüm şərtdir və bu istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirilir. Bu baxımdan, sahibkarlara işdən azad edilmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcbari tibbi sığortanın tətbiqi vaxtı uzadıldı

posted in: Xəbər | 0

İcbari tibbi sığortaİcbari tibbi sığortanın tətbiqi vaxtı uzadıldı.


Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda dəyişiklik edilməsi barədə qərara dəyişiklik edilib.

Qərara əsasən, Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında iyul – sentyabr aylarında tətbiqi mümkün olacaq.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 1.2-ci bənd ləğv edilsin.
  2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;”.


Əvvəlki, 2019-cu il 27 dekabr tarixli 504 nömrəli qərarda müddətlər aşağıdakı kimi idi:

1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar – mart aylarında;

2. Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı,  Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel – iyun aylarında;

3. Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;

4. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr – dekabr aylarında tətbiq olunması nəzərdə tutulurdu.

Mənbə: nk.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun