» » » Karantin rejiminin pozulmasına görə hansı sanksiyalar nəzərdə tutulur?

Karantin rejiminin pozulmasına görə hansı sanksiyalar nəzərdə tutulur?

posted in: Məqalə, Xəbər | 0

karantinBu yazımızda bütün dünyanı cənginə alan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya sayılan Covid-19 virusu ilə bağlı Azərbaycan Respublikasında da tətbiq edilən karantin rejiminin pozulması hallarında nəzərdə tutulan məsuliyyət tədbirləri barədə məlumat verəcəyik.

Əvvəla qeyd etmək mümkündür ki, 17 mart 2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində edilmiş əlavə və dəyişikliklərdən sonra karantin (sanitariya-gigiyena, epidemiya əleyhinə rejim də) rejiminə riayət olunmaması halında məsuliyyət tədbirləri konkretləşdi.

Belə ki, mövcud rejimi pozmağa görə

– fiziki şəxslər 100-200 manat,

– vəzifəli şəxslər 1500-2000 manat, yaxud işin hallarına görə, pozuntuya yol verən şəxsin şəxsiyyəti nəzərə alınaraq 1 ayadək inzibati həbs,

– hüquqi şəxslər 2000-5000 manatadək cərimə olunur.

Xatırladaq ki, bu növ inzibati pozuntulara rayon-şəhər məhkəmələri baxacaq.

Eyni zamanda bildiririk ki, 17.03.2020-ci il tarixli digər bir qanunla Cinayət Məcəlləsinə karantin rejimi ilə bağlı məsuliyyət tədbirlərini nəzərdə tutan yeni maddə əlavə edildi. Bu maddəyə görə karantin rejiminin (epidemiya əleyhinə və sanitariya-gigiyena qaydaları üzrə rejimlərin də) pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya yayılmasına real təhlükə yaratdıqda

– 2500-5000 manat cərimə,

– 2 ilədək azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.

Onu da qeyd edək ki, bu əməllər daha ağır nəticə və ya ehtiyatsızlıqdan şəxsin ölümümə səbəb olduqda 3-5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd etmək zəruridir ki, hazırda 24.03.2020-20.04.2020-ci il tarixləri üzrə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq olunur.

Mövcud rejim üzrə başlıca qadağalar aşağıdakılardır:

– 65 yaşdan yuxarı şəxslər evdən çıxmamalıdır.

– Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna bəzi nəqliyyat vasitələri istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb.

– rayon və şəhərlərarası sərnişindaşıma dayandırılıb.

– ictima yerlərdə, park, bulvar, küçələr və sair yerlərdə 10 nəfərdən artıq toplaşmaq olmaz.

– ictimai iaşə müəssisələri üçün xüsusi iş rejimi müəyyən edildi. Mall-ların fəaliyyəti dayandırıldı.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun