Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (16-cı hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın roluMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

16-cı hissə.

Məqalənin 15-ci hissəsini buradan oxuya bilərsiniz.

Kapitalist uçotu xüsusi mülkiyyət sahiblərinin maraqlarına uyğun aparılır və buna görə də ictimai maraqlara ziddir, əsl mənbənin və mənfəətin həcminin örtülməsi vasitəsidir.

A.Muxin

Milliləşdirmə şəraitində uçot bürokratik nəzarət altında olur, kənardan idarə olunmaqla mexaniki olur.

M. Steyns

Mühasibat sahəsində hər hansı bir vəziyyətlə rastlaşarkən, ilk növbədə, sual vermək lazımdır: bu, kimə sərfəlidir?

Y.V. Sokolov

Mühasibat uçotunun müsbət nəzəriyyəsi bütün fərdlərdə eqoizm haqqında ehtimalları yayır, onların rifahı uçot prosedurlarından və ya metodlarından asılı ola bilər. Bunlara səhmdarlar, kreditorlar, menecerlər, muzdlu işçilər, qanunvericilər, mühasiblərin peşəkar orqanları, siyasətçilər və ictimai xadimlər daxildir. Təbii ki, bu fərdlərin eqoist məqsədləri bəzən ziddiyyət təşkil edir. Bu münaqişənin məqsədlərlə necə həll edilməsi mövcud uçot metodlarının və praktiki prosedurların müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.

C.Henderson, Q. Peyrson, R. Braun

Hesablama prinsipləri sabit olduğundan, bu günə qədər onun tətbiqləri sonsuzdur. Tətbiqlər deyil, prinsiplər öyrədilməlidir.

J.Q. Kursel-Senel

Mühasibat prinsiplərinin ümumi tanınması onların üç meyara nə qədər cavab verməsindən asılıdır: uyğunluq, obyektivlik və həyata keçirilmə. Prinsip münasibdir, əgər informasiya əhəmiyyətlidirsə, müəyyən təsərrüfat vahidi haqqında informasiyanın istehlakçılarına fayda gətirəcək. Prinsip obyektivdir, əgər informasiyaya onun tərtibçilərinin şəxsi fikirləri və ya qiymətləndirmələri təsir etmirsə. Obyektivlik aşağıdakıları nəzərdə tutur: etibarlılıq, yoxlama qabiliyyəti, həqiqətə uyğunluq. Əgər onun həyata keçirilməsi həddən artı çətinlik və xərclər tələb etmirsə, prinsip həyata keçirilə bilər.

M.İ. Kuter

Prinsiplər – onlar iman simvollarıdır, kim onları bölüşmür, sanki küfrə düşür və peşəkar birlikdən kənarlaşdırılmalıdır.

Y.V. Sokolov

Mühasibat uçotu metodologiyasının inkişafı müxtəlif istiqamətlər üzrə gedir, lakin mühasibat uçotunun informasiya strukturunun əsasını müəyyən edən və təsərrüfat fəaliyyətinin idarə edilməsi və idarə olunması üçün uçot-iqtisadi informasiyanın bütün məcmuluğunun əks olunmasını və alınmasını təmin edən hesab sisteminin və ikili qeydiyyat sisteminin inkişafını müəyyən edən əsas məqam hesabların inkişafıdır.

V.F. Paliy

Məqalənin 17-ci hissəsini buradan oxuya bilərsiniz. 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əvəzləşdirilməyən ƏDV Mənfəət bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

posted in: Xəbər | 0

Əvəzləşdirilməyən ƏDV Mənfəət bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

ƏDV öhdəliyi

Sual: “A” Müəssiəsinin fəaliyyət növü çörəyin istehsalı və satışı olduğuna görə Vergi Məcəlləsinin 164.1.27 maddəsinə görə əlavə dəyər vergisindən azaddır. Bu səbəbdən də Vergi Məcəlləsinin 175.4 cü maddəsinə əsasən ödənilən Əlavə Dəyər Vergisi məbləğləri əvəzləşdirilməsi yol verilməyən Əlavə Dəyər Vergisi məbləğlərinə aid edilir və buna görə də Əlavə Dəyər Vergisi məbləğləri malların (iş və xidmətlərin) dəyəri ilə birlikdə müəssisənin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilir.

Əvəzləşdirilməsi yol verilməyən ƏDV məbləğləri müəssisənin gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərə aid edilirsə bu məbləğ mənfəət vergisi bəyannaməsinin hansı sətrində göstərilməlidir?

Cavab: Bildiririk ki, ƏDV-yə cəlb edilən əməliyyatlar aparan şəxslər tərəfindən əvəzləşdirilməsinə yol verilməyən Əlavə Dəyər Vergisinin məbləği həmin malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməklə gəlirdən çıxılır.

Qeyd olunan xərclər mənfəət vergisi bəyannaməsinin “Malın dəyəri” sətrinin xanalarında əks olunur.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək haqqının verilməli olduğu (saxlandığı) hallar hansılardır?

posted in: Xəbər | 0

Əmək haqqıƏmək haqqının verilməli olduğu (saxlandığı) hallar hansılardır?

Bu yazımızda Nazirlər Kabineti tərəfindən bəzi qurumlarda əmək haqqı saxlanılmaqla onların ödənişsiz məzuniyyətə getməsi barədə tədbir görüldükdən sonra cəmiyyətdə yaranan əmək haqqı saxlanması ifadəsindəki çaşqınlığı izahla aradan qaldırmağa çalışacağıq.

Qanunvericiliyə görə işçi dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.
İşçinin iş yeri və.orta əmək haqqının saxlandığı hallardan bəziləri aşağıdakı kimidir:

a) təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına (şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə) çağırıldıqda; – bu halda işçi həqiqətən də həmin qurumlarda olduğunu təsdiq edən sənədi iş yerinə təqdim etməli olacaq.

b) ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə; – Bu halda da iştirakı təsdiq edən sənədi işəgötürənə təqdim etməli olacaq.

c) seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda; – bu halı arayış və ya rəsmi məktubla təsdiq edərək işəgötürənə təqdim etməlidir.

d) müvafiq dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;

e) kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin hazırlanmasına cəlb edildikdə; – bu halda hamsı kollektiv danışıq və ya sazişdə iştirak etməsi barədə işəgötürənə məlumat verilməsi məqsədəuyğundur.

f) mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə;

g) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda; – qeyd etmək zəruridir ki, hərbi və fövqəladə vəziyyət dövlət tərəfindən müəyyən edildiyi üçün işçi cəlb edilmənin hər kəsə məlum olmayan hallarla bağlı olduğu təqdirdə səlahiyyətli qurumlardan təsdiqedici sənəd alaraq işəgötürənə verə bilər.

h) işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə;

i) yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;

J) müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;

K) donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdikləri gün; , bu halda tibb müəssisəsindən qan verməni təsdiqedici sənəd alınmalıdır.

l) tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;

m) işçilərin öz ixtiralarını və səmərələşdirmə təkliflərini əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə; – qanunverici işçilərin yaradıcılığı üçün güzəştli imkanlar nəzərdə tutmuşdur ki, bu halı da bir sübut kimi qeyd etmək olar. Sözsüz ki, işçi bu halı da işəgötürənə ətraflı izah etməli və təsdiqedici sənədi təqdim etməli olacaq.

n) bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda. Bu hala adi misal kimi ödənişsiz məzuniyyət zamanı əmək haqqı saxlanmasını misal göstərmək olar.

o) dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə;

p) hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Qeyd etmək mümkündür ki, orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 2 aydan az işləndikdə isə faktiki iş günləri üzrə hesablanır.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Həmçinin bax:


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu məmulatlar gömrük rüsumlarından azad edildi

posted in: Xəbər | 0

qeyri-iş günləriBu məmulatlar gömrük rüsumlarından azad edildi.


Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən pambıq (vata), keçə və ya fetr və toxunmamış materiallar, xüsusi iplik, ciyə (viş), kəndir, kanat və troslar və onlardan məmulatları gömrük rüsumlarından azad edilib.

Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 yanvar tarixli 28 nömrəli, 7 fevral tarixli 34 nömrəli, 17 fevral tarixli 44 nömrəli, 27 fevral tarixli 72 nömrəli və 5 mart tarixli 84 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 5603 12 100 0 və 5603 13 100 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.
    1. Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 25 mart 2020-ci il
№ 114



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun