» » » Bu məhsulların idxalı ƏDV-dən azad edildi

Bu məhsulların idxalı ƏDV-dən azad edildi

posted in: Xəbər | 0
birbank biznes

Bu məhsulların idxalı ƏDV-dən azad edildi.

maliyyə dəstəyi sahibkarlar vergi güzəştləri

Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na əlavələr edilib. Belə ki, baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad olunub.

Fərman cari il iyunun 1-dək qüvvədədir.


Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 1993; 2019, № 7, maddə 1212; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 mart tarixli 574 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 28 – 30-cu hissələr əlavə edilsin:

 

/S

Kod Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası

üzrə xammal və materialların adları

 

8.

39262

00001

Baxillər
 

9.

40151

90001

Steril və qeyri-steril əlcəklər
 

0.

63079

09801

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün)

maskalar və respiratorlar

2. Bu Fərman 2020-ci il iyunun 1-dək qüvvədədir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 mart 2020-ci il.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun