» » » Bəyannamələrin təqdim edilməsi və vergi ödənişinin son müddəti artırıldı

Bəyannamələrin təqdim edilməsi və vergi ödənişinin son müddəti artırıldı

posted in: Xəbər | 0
birbank biznes

vergi orqanlarıBəyannamələrin təqdim edilməsi və vergi ödənişinin son müddəti artırıldı.


Hörmətli vergi ödəyiciləri!

Məlum olduğu kimi, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir. Bundan başqa, ƏDV ödəyən vergi ödəyiciləri ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyirlər.

Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir.

Bu səbəbdən, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə dəyər, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannamələrinin təqdim edilməsinin və vergilərin ödənilməsinin son müddəti 06.04.2020-ci il tarixə keçirilmişdir.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun